Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(5-99)-1593/2026 18.03.2026 BAKI ŞƏHƏRI NIZAMI RAYON MƏHKƏMƏSI Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokolu ona əlavə olunan sənədlərlə birlikdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsindən daxil olmuş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə Nizami rayonu Q.Qarayev prospektində ictimai yerdə X1 qeyri-etik ifadələr işlədərək mübahisə etmiş, nəticədə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 62.1-ci maddəsinə əsasən inzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 100.3-cü maddəsinə əsasən orotokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir; 100.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır; 100.5.6-cı maddəsinə əsasən nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları göstərilir. Təqdim olunan materialın öyrənilməsi ilə müəyyən olunur ki, inzibati xəta haqqında protokolda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə Nizami rayonu Q.Qarayev prospektində ictimai yerdə X1 qeyri-etik ifadələr işlədərək mübahisə etməklə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi göstərilsə də, iş üzrə zərərçəkmiş şəxs hesab olunan X1 bununla bağlı rəsmi müraciəti, şikayəti materialda mövcud olmamaqla, onun inzibati icraatda iştirakı təmin edilməmiş, İnzibati Xətalar Məcəlləsinin 62-ci maddəsində əksini tapmış hüquqlarını həyata keçirməsinə şərait yaradılmamış, vəzifələrinə əməl etməsi təmin edilməmiş, o cümlədən izahatı alınmamış, inzibati xəta haqqında protokolun surəti ona verilməmiş və ya ünvanına göndərilməmişdir. Bundan başqa, Nizami RPİ-nin 24-cü polis şöbəsinin rəisi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərardadla, Azərbaycan Respublikası İXMnin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs inzibati tənbeh növünün tətbiqi şəhər (rayon) məhkəmələrinin səlahiyyətində olduğundan, materialın aidiyyəti üzrə məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından, Məcəllənin 157, 209, 211, 212.1, 212.4, 266.4, 290.1.1–290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 357, 358, 443.2, 457-1.1.1, 457-1.1.2, 457- 1.2, 510, 513, 514, 517.0.1–517.0.6, 517.0.9–517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583–586, 588, 589, 590.1, 591 və 593-cü maddələrində, Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq Məcəllənin 517.0.7 və 517.0.8-ci maddələrində, habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 189-2, 189-3.1, 212.5, 243.0.1 (yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərini pozmaqla torpaq və ya qum ehtiyatlarının əldə edilməsinə münasibətdə), 244-1, 252, 266.3, 266.4-1, 272, 276-1, 430.1, 454, 455.2, 457-1.1.3 və 457-1.1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri, onların müavinləri, nəqliyyatda polis idarələrinin, şöbələrinin, xətt bölmələrinin, məntəqələrinin rəisləri, onların müavinləri tərəfindən baxılır. Lakin Nizami RPİ-nin 24-cü polis şöbəsinin rəisinin Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxaraq müvafiq qərar qəbul etmək səlahiyyəti olduğu halda, bu səlahiyyətdən istifadə edilməmiş, ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərardad əsasında işin məhz məhkəmədə baxılmalı olmasının əsasları göstərilməmiş, bunun zəruriliyi əsaslandırılmamış və buna dair sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olubolmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilibedilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109cu maddəsinin şərh edilməsinə dair” # ### 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, qeyd olunan səbəblərdən inzibati xəta haqqında protokola dair material onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(5-99)-1593/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(5-99)-1593/2026
18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver