Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-16/2026 27.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X4 iclas katibliyi, qərarından şikayət verilən orqanın – Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X3 iştirakları ilə, X5 Azərbaycan Respublikası DİN Bakı şəhər X15 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər X15 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərara əsasən X7 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində ünvan 1 ünvanında yerləşən Bakı şəhəri Nizami Rayon Prokurorluğunun qarşısında avtomobili park edərkən avtomobilə polis serjantı Bəkir Həmzəyev yaxınlaşaraq giriş qadağandır yol nişanının tələbinə riayət etmədiyini, buna görə də barəsində inzibati xəta haqqında protokol tərtib edəcəyini bildirmişdir. O, həmin protokola qeyd vermiş, qeydli protokolu polis əməkdaşına təqdim etmişdir. Belə ki, Bəkir Həmzəyev onun barəsində inzibati xəta haqqında protokol tərtib edərkən ümumiyyətlə hüquq və vəzifələrinin nədən ibarət olmasının ona izahını vermədən, eyni zamanda nişanın o gəldiyi istiqamətdə görüş məsafəsində olmadığı, nişanı onun görməyinin gəldiyi istiqamətdə müəyyən etməyi mümkün olmadığını qeyd etsə də, polis serjantı barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Nişanın gəldiyi hissədə yerləşdirildiyi yerə görə görünməməsi barədə videoçəkiliş etmişdir. Bundan sonra tərəfindən e-polis mobil tətbiqi vasitəsi ilə xx.xx.2025-ci il tarixində qərarın təqdim edilməsi üçün müraciət ünvanlamışdır. Barəsində tərtib edilən inzibati xəta haqqında protokoldan tam 10 gün keçdikdən sonra, yəni, xx.xx.2025-ci il tarixində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxanlmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Qeyd olunan Məcəllənin 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-d maddəsin 1 və 2ci hissəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası, İnzibati Xətalar Məcəlləsinin 129.13-cü maddəsinin şərh olunmasına dair xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenum qəranna əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.13-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri DYPİ-nin polis serjantı X8 tərəfindən çıxarılmış xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın – Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X6 baş vermiş inzibati xəta hadisəsinin görüntülərini məhkəməyə təqdim edərək bildirdi ki, şikayət əsassızdır, qərar qanuni və əsaslıdır. Bunu nəzərə alaraq, şikayətin rədd edilərək qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında X2 bildirmişdir ki, o, “Bona Dea” xəstəxanası tərəfdən üzü Neftçilər istiqamətində gələrkən “Nanə” adlı restoranın qarşısından sola dönərək qeyd olunan küçəyə girmiş, lakin həmin istiqamətdən gəlib sola döndüyü üçün “Giriş qadağandır” nişanını görməmişdir, çünki həmin vəziyyətdə nişan görsənmir. Məhkəmə tərəfləri dinləyərək, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərara əsasən X7 xx.xx.2025-ci il tarixdə, saat 18:00-da idarə etdiyi **-ZY-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” minik markalı nəqliyyat vasitəsi ilə ünvan 3 ünvanında 3.1 “Giriş qadağandır” yol nişanın tələblərinin pozulmasına görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş foto görüntülərdən görünür ki, sözügedən küçənin girişində həqiqətən 3.1 “Giriş qadağandır” yol nişanı mövcuddur. Qərarından şikayət verilən orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş video materiala baxış keçirilərkən müəyyən edilmişdir ki, şikayətçi tərəfindən həmin inzibati xəta hadisəsi həqiqətən törədilmişdir. Belə ki, “Hyundai Elantra” minik markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X7 “Giriş qadağandır” yol nişanın tələbinə riayət etməyərək Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsinə daxil olmaqla öz hərəkətinə davam etmiş, bununla da İXM-nin 327.2-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-1-ci maddəsinə əsasən yol hərəkətinin təşkilinin texniki vasitələri – yollarda hərəkətin təşkili və tənzimlənməsi, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların təhlükəsizliyinin və fasiləsiz hərəkətinin təmin edilməsi, yolların buraxıcılıq qabiliyyətinin artırılması üçün tətbiq edilən qurğular, avadanlıqlar və təsvirlərdir (svetoforlar, yol nişanları, nişanlama xətləri, qoruyucu sədlər, dirəkciklər və s.) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hussəsinin 2-ci bəndinə yol hərəkəti iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, X7 xx.xx.2025-ci il tarixdə, saat 18:00-da ünvan 4 ünvanında “Giriş qadağandır” yol nişanın tələblərini pozmaqla qeyd olunan küçəyə daxil olmaqla hərəkətinə davam etmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Məhkəmə iclasında şikayətçi onun sola dönmə əməliyyatı etdikdən sonra qeyd olunan nişanın onun görüş çərçivəsində olmadığını, dönmə əməliyyatı etdiyi yerdən həmin nişanın görünmədiyini əsas gətirmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sürücü məhz 1.1 üfüqi nişanlanma xəttinin tələbinə riayət etməyərək sola dönmə əməliyyatı həyata keçirmişdir. 1.1 nişanlanma xətti əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. Bu xətt nəqliyyat vasitələrinin həmin xətti kəsərək əks hərəkət zolağına çıxmasını və ya sola dönməsini qadağan edir. Bu nişanlama xəttinin tələbinin pozulması özü-özlüyündə inzibati xəta tərkibi yaradır. Sürücü məhz qeyd olunan qayda pozuntusuna yol verdiyi üçün giriş hissəsində “Giriş qadağandır” yol nişanı quraşıdırlmış, bununla da girişin qadağan olunduğu küçəyə daxil olmuşdur. Sürücünün göstərilən yol nişanını görməməsi barədə gətirdiyi dəlillər hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Belə ki, nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarının tələblərinə uyğun olaraq yol nişanlarını və nişanlama xətlərini diqqətlə müşahidə etməyə və onların tələblərinə əməl etməyə borcludur. Sürücü əgər 1.1 nişanlama xəttinin tələbinə əməl etsəydi, ümumiyyətlə həmin küçəyə giriş mümkün olmayacaqdı. Bu səbəblərdən X7 barəsində tərtib olunmuş protokol əsasında qəbul edilmiş qərar tam əsaslıdır və ləğv edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, şikayətçinin həmin inzibati xətanı törətməsi qərar, foto və video görüntü və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə müəyyən edilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Bakı şəhər X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(5-99)-16/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-16/2026
27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver