Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(5-99)-1600/2026 19.03.2026 BAKI ŞƏHƏRI NIZAMI RAYON MƏHKƏMƏSI Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi ilə Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh vermə haqqında protokol və qərardan şikayətinə baxılmağa hazırlanması zamanı baxaraq məhkəmə, müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixli EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2026-cı il tarixli EQ******** nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta haqqında protokolu əsassız hesab edərək, şikayət vermiş, ##.##.2026-cı il tarixli EQ******** nömrəli inzibati xəta haqqında protokolun və qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, materiallar baxılmadan geri qaytarılmalıdır. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixli EQ******** nömrəli inzibati xəta haqqında protokoldan və ##.##.2026-cı il tarixli qərardan şikayət vermiş, lakin həmin protokol əsasında tətbiq edilmiş inzibati tənbeh vermə haqqında qərarı şikayətə əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 129.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla); 129.1.3-1-ci maddəsinə əsasən, bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 132.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; Göründüyü kimi, inzibati xətalar qanunvericiliyində səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında protokoluna deyil, inzibati xəta haqqında iş üzrə qərarına yenidən baxılması nəzərdə tutulmuş və tənzimlənmişdir. Bunun üçün isə barəsində şikayət verilmiş qərarın mövcud olması və onun şikayətlə birlikdə məhkəməyə təqdim edilməsi zəruridir, həmçinin şikayətdə qərarla müəyyən olunmuş hallar müvafiq qaydada əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, Qərardan şikayət verən orqan (şəxs) mübahisələndirdiyi qərarı təqdim etməmiş və şikayətini qərarın müvafiq hallarına uyğun əsaslandırmamışdır. Bu səbəbdən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayət Qərardan şikayət verən orqan (şəxs) geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsinin təyinatı iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətləri etmədən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxılması üçün şəraitin təşkil edilməsindən, onun uğurla həyata keçirilməsi üçün ilkin təminatların yaradılmasından ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 100 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ##.##.2026-cı il tarixli EQ******** nömrəli inzibati xəta haqqında protokoldan və ##.##.2026-cı il tarixli qərardan verilən şikayət geri qaytarılsın. Qərardan şikayət verən orqan (şəxs) izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırmaqla məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(5-99)-1600/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(5-99)-1600/2026
19.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver