Məhkəmə qərarları › İş №3(5-99)-1618/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-1618/2026

30.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-99)-1618/2026 30.03.2026 BAKI ŞƏHƏRI NIZAMI RAYON MƏHKƏMƏSI Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, məhkəmə iclasının katibi İmanzadə Türbət Rəşad qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər DYPİ polis kapitanı X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, 27.03.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 25, mənzil 4 ünvanında qeydiyyatda olan və yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Bakı şəhər Baş Polis idarəsi X2 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən Etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Nizami rayon məhkəsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, “X3 minik” markalı, 99 EP 999 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sürücülük vəsiqəsi olmadan 24.03.2026-cı il tarixdə saat 00:25-də Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə M.Gəncəvi küçəsi kəsişməsində yol ver nişanının tələbini pozaraq yol ayrıcına daxil olmuş və M.Gəncəvi hərəkət edən X5 oğlunun idarə etdiyi “BYD” markalı 90 YR 473 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə maddi zərər dəymişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər DYPİ polis kapitanı X6 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, mart ayın 24-ü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sürücülük vəsiqəsi olmadan avtomobil idarə etmiş və Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsində yol qəzası baş vermişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirmişdir ki, restoranın parkovkasına baxır. Restoranın parkovkasında son maşın qalmışdı, çıxmaq istəyirdi, lakin içkili idi. Ondan içkili olduğu üçün nəqliyyat vasitəsini idarə etməsini xahiş etdi. O sürücülük vəsiqəsi olmamasını bildirməsinə baxmayaraq israr etdiyi və ödəniş edəcəyini bildirdiyi üçün o da razı oldu. Belə ki, ailədə tək gəlir gətirən odur. Peşman olduğunu bildirmiş və məhkəmədən cərimə təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X1 hüquqlarını müdafiə etdiyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlindən səmimi peşman olması, əməlini etiraf etməsi nəzərə alınaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan 24.03.2026-cı il tarixli İXP 7928921 saylı inzibati xəta haqqında protokol və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatına əsasən müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. X4 tərəfindən verilmiş 24.03.2026-cı il tarixli izahatdan görünür ki, 24.03.2026-cı il tarixdə, təxminən saat 00:25 radələrində o, etibarnamə əsasında idarə etdiyi “X3 minik” markalı, 99 EP 999 dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün ayıq sürücü qismində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vermişdir. Nizami rayonu ərazisində R.Rüstəmov küçəsi ilə M. Gəncəvi küçəsində yol ayrıcının keçmə qaydasını pozaraq “BYD” markalı 90 YR 473 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə baş verən vaxt o, avtomaşında olmuşdur. O, həmin şəxsin sürücülük vəsiqəsinin olmadığını bilmirdi.

2. X5 tərəfindən verilmiş 24.03.2026-cı il tarixli izahatdan görünür ki, 24.03.2026-cı il tarixdə, təxminən saat 00:25 radələrində o, etibarnamə əsasında idarə etdiyi “BYD” markalı, 90 YR 473 dövlət qeydiyyat nişanlı avtomaşınla Nizami rayonu, R.Rüstəmov küçəsi ilə tərəfdən M.Gəncəvi küçəsinə tərəf hərəkət edirdi. Kəsişmədə sol tərəfdən hərəkət edən “X3 minik” markalı, 99 EP 999 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü onu buraxmadı və onun avtomaşının sol hissəsi ilə toqquşdu. Hadisə zamanı bədən xəsarəti alan olmadı. Avtomaşına maddi ziyan dəymişdir.

3. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş 24.03.2026cı il tarixli izahatdan görünür ki, 24.03.2026-cı il tarixdə, təxminən saat 00:25 radələrində ayıq sürücü kimi fəaliyyət göstərən zaman “X3 minik” markalı, 99 EP 999 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. M. Gəncəvi 22 küçəsində hərəkət etmiş və yol ayrıcına düzgün daxil olmamışdır. İdarə etdiyi “X3 minik” markalı, 99 EP 999 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi düzünə hərəkət edən “BYD” markalı, 90 YR 473 dövlət qeydiyyat nömrəli avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Sərxoş olmamışdır, xəsarət almamışdır. Onun heç vaxt sürücülük vəsiqəsi olmamışdır. O, sürücülük vəsiqəsi olmayaolmaya fəaliyyət göstərib avtomobil idarə etmişdir.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsi tərəfindən verilmiş “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” barədə 24.03.2026-cı il tarixli, 2/16177 nömrəli protokoldan görünür ki, X5 ayıqdır, alkol qəbulu əlamətləri yoxdur.

5. Bakı şəhəri BPİ-nin DYPİ-nin YHN üzrə şöbəsi tərəfindən tərtib edilmiş “yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş əmlaka” dair arayışdan görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “X3 minik” markalı, 99 EP 999 dövlət qeydiyyat nişanlı avtomobilin sol-yan hissəsi bütövlükdə əzilib, “X3 minik” markalı, 99 EP 999 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi əzilibdir. Beləliklə də məhkəmə iclasında araşdırılmış obyektiv sübutların məcmusu ilə, yəni inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəssinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün etirafı və iş materiallarında olan digər sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən müəyyən edilir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü və 327.2-ci maddəsi də nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş və hər iki maddə üzrə inzibati məsuliyyət məsələsinin həlli üçün materiallar Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim edilmişdir. Nəzərə alınmalıdır ki, Qanunvericilikdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxılması məhkəmələrin səlahiyyətinə aid edilməmişdir. Odur ki, məhkəmə hazırki inzibati xəta haqqında iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə inzibati məsuliyyətə cəlb edilmə məsələsinə baxmalıdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanının 5.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1–327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsində əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxsin eyni vaxtda törətdiyi (bir hərəkətlə ideal məcmu yaradan) bir neçə inzibati xətaya dair işlərə baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid olduqda, bu işlərin eyni vaxtda, eyni orqan tərəfindən baxılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Yuxarıda qeyd olunduğu kimi, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini səmimi etraf etməklə peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 4 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Nazirlər Kabinetinin 28.04.2025-ci il tarixli, 141 saylı qərarına əsasən 44 manat məbləğində vəsait dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə,

Qərara Aldı:

Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə materiallar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdət tutulan inzibati xəta üzrə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə Bakı şəhər DYPİ-nə göndərilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğluna 4 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 44 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhər Nizami rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar