Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-99)-202/2026 14.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, X2 inzibati tənbeh vermə haqqında qərardan şikayətini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X1 rayon yol-patrul xidmətinin 10 oktyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Şəki Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 3(075)-661/2025 nömrəli iş üzrə 17 oktyabr 2025-ci il tarixli qərardadına əsasən iş materialının baxılması üçün Bakı şəhəri Nəsimi Rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materialı Şəki Rayon Məhkəməsinin 19 dekabr 2025-ci il tarixli məktubu ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş, 12 yanvar 2026-cı il tarixdə məhkəməyə daxil olmaqla icraatıma verilmişdir. Şikayəti və ona əlavə edilən sənədi nəzərdən keçirərək, hesab edirəm ki, şikayət, icraata qəbul edilməsinin və baxılmasının mümkünlüyü məsələsinin yoxlanılması üçün aidiyyəti məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Eyni Məcəllənin 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127- 3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göründüyü kimi, Şəki Rayon Məhkəməsi şikayətə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olması ilə bağlı nəticəyə gəlmiş və bu barədə qərardad qəbul etmişdir. Lakin material həmin məhkəməyə deyil, Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, hesab edirəm ki, şikayətin baxılması Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aid deyil, səhvən daxil olmuş həmin şikayətə dair material baxılması üçün onu göndərmiş məhkəmənin aidiyyəti müəyyən etdiyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, qeyd edilənlər texniki səbəbdən baş verdiyindən hazırkı mərhələdə aidiyyətin mübahisələndirilməsinə qanuni əsaslar və zərurət yoxdur. Yalnız işi qəbul etməli olan Nəsimi Rayon Məhkəməsi tərəfindən şikayətin icraata qəbul edilməsinin və baxılmasının mümkünlüyü məsələsi yoxlanıla, aidiyyət məsələsi mübahisələndirilə bilər. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118 və 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəki Rayon Məhkəməsindən poçt vasitəsi ilə səhvən göndərilmiş X2 Şamaxı rayon yol-patrul xidmətinin 10 oktyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(5-99)-202/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(5-99)-202/2026
14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver