Məhkəmə qərarları › İş №3(5-99)-246/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-246/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-246/2026 19.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X1 iclas katibliyi, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin polis sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakı ilə, xx.xx.1996-cı ildə Naxçıvan MR, Culfa rayonu, Bənəniyar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Naxçıvan Muxtar Respublikası, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2şayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, həmçinin onlara qarşı nalayiq ifadələr işlədərək ictimai asayişi pozmuş, daha sonra 24-cü PŞ-də yenidən səsküy salaraq ictimai asayişi, şöbənin normal iş rejimini pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi tərəfindən xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin polis sahə inspektoru X6 məhkəməyə protokolun məzmununa uyğun izahat verərək şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, Şəxs 24-cü PŞ-də etdiyi hərəkətlərin şahidi olmuş, şöbəyə qədər olan hadisələrdən raport əsasında məlumatı var. 24-cü PŞ-də isə Şəxs səs-küy salaraq şöbənin normal iş rejimini pozmuş, hətta öz paltarı ilə özünü asmağa çalışmışdır. Polis əməkdaşları onu sakitləşdirməyə çalışsalar da, buna məhəl qoymayaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında törətdiyi əməli etiraf edərək bildirdi ki, o, polisin qanuni tələblərinə tabesizlik göstərməmiş, ictimai asayişi pozmamışdır. Belə ki, yol nəqliyyat hadisəsi baş vermiş, lakin onlar özləri məsələni həll etmək istəmiş, Babək prospektində bu məqsədlə dayanarkən polis əməkdaşları ona yaxınlaşmış, bu zamanı özünü təqdim etməmiş, o isə açıq hava şəraitində siqaret çəkmiş, polis əməkdaşı siqaret çəkdiyi üçün ona irad bildirmiş, ona qarşı nalayiq ifadələr işlətmiş, onu zorla maşına əyləşdirmiş, bu zaman o, köhnə polis əməkdaşı olduğunu, özü polis şöbəsinə gedəcəyini bildirmişdir. O, polis şöbəsinə özü gəlmiş, heç bir tabesizlik göstərməmiş, şöbəyə də özü girmişdir, ancaq polis şöbəsində onu söydükləri üçün o əsəbləşib həmin hərəkətlərə yol vermişdir. Şöbəyə gələrkən də polis əməkdaşından niyə belə etdiklərini soruşmuş, polis əməkdaşı siqaret çəkdiyi üçün belə etdiklərini bildirmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmuş, 2 polis əməkdaşı tərəfindən döyülmüşdür. Polis şöbəsinin qarşısında isə maşında pulu və digər əşyaları olduğu üçün yaxın qohumlarının gəlməsini gözləmişdir. Polis şöbəsində səsküy salmış ola bilər, buna görə peşmandır, üzr istəyir. Ancaq onun belə etməsinin səbəbi polis əməkdaşlarının ona qarşı nalayiq ifadələr işlətməsi, onu söyməsi olmuşdur. Bütün bunları nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X7 bildirdi ki, şəxsin əməllərində İXM-nin 510 və 535.1-ci maddəsinin tərkib əlamətləri yoxdur, hadisələr polis əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində baş vermişdir. Həmçinin şəxsin siqaret çəkməsi inzibati xəta tərkibi yaratmır, bu, etik davranış qaydalarının pozuntusu ola bilər. Bütün bunları nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN ƏÇPA-nın PB-nünü polis nəfəri, polis serjantı X8 ifadəsində bildirdi ki, xx.xx.2026-cı il tarixdə saat 17:25 radələrində xidmətdə olarkən efir vasitəsilə Babək prospektində “X9” qarşısındakı dairədə nəqliyyat hadisəsi olduğu bildirilmiş, həmin yerə yaxınlaşdıqda hadisə yerində qəza törədən maşınlar olmamış, inzibati əraziyə qayıdarkən Babək prospektində körpüdə köməkçi yolda 2 maşının arxa-arxaya dayandığını görərək onlara yaxınlaşmış, yol nəqliyyat hadisəsi törədən maşının onlar olub-olmamısının Şəxs soruşmuş, lakin o, həmin maşınlar olmadıqlarını bildirmişdir. Daha sonra digər maşına yaxınlaşdıqda əslində nəqliyyat hadisəsini törədənin həmin maşınlar olduğu məlum olmuşdur. Bu zaman Təmkinə yaxınlaşaraq niyə yalan dediyini soruşmuş, Təmkin siqaret çəkə-çəkə kobud şəkildə cavab verdikdə o, siqaret çəkməməyini tələb etsə də, Təmkin nalayiq ifadələr işlədərək səs-küy salmağa başlamışdır. Bu zaman onu sakitləşdirməyə çalışmış, maşına əyləşməyə dəvət etsə də, o tabe olmamış, maşına əyləşməkdən imtina etmişdir. Bunun razılıqla mümkün olmadığını gördükdə onu maşına əyləşdirmiş, maşına əyləşən zaman Təmkin köhnə polis əməkdaşı olduğunu bildirmişdir. Daha sonra onu sakitləşdirərək polis şöbəsinin qarşısına gətirmişlər. Orada Təmkin maşından düşməkdən imtina etmiş, maşında pulunun, dəyərli əşyalarının olduğunu bildirmiş, o isə buranın polis şöbəsi olduğunu, onun maşınından kiminsə oğurluq etmə ehtimlaının olmamasını bildirsə də, Təmkin buna məhəl qoymamış, daha sonra onun yaxın qohumları gəlmiş, Təmkin onları görən kimi yenidən səs-küy salmağa başlamış, qaçmağa çalışmış, çətinliklə onu polis şöbəsinə salsa da, o, orada da öz əməllərinə davam etmiş, onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN ƏÇPA-nın PB-nünü polis nəfəri, polis serjantı X4 şahid X8 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. “Polis haqqında” Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının digər hüquqları ilə yanaşı, inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, aparılan işləri dayandırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək, şəxsi axtarış aparmaq, əşyalarını yoxlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu polisdə saxlamaq hüquqları vardır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü PŞ-nin rəisinə ünvanlanmış xx.xx.2026-cı il tarixli raportla, şahid ifadələri və digər sübutlarla Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. Göstərilənlərə əsasən müəyyən edilmiş əməl polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama və xırda xuliqanlıq etmə kimi qiymətləndirilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və digər sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2026-cı il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 20:00-da tutulmuşdur. Məhkəmə Şəxs himayəsində 1 azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs törədilmiş inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 03 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla, 33 manat məbləğində əmək haqqı müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib İXM-in 34.3-cü maddəsinə əsasən İXM-in 535.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2026-cı il tarixindən, saat 20:00dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X5 33 (otuz üç) manat (3x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar