Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-99)-261/2026 10.03.2026 BAKI ŞƏHƏRI NIZAMI RAYON MƏHKƏMƏSI Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Zadiyə Zaur qızının katibliyi, qərardan şikayət vermiş Qərardan şikayət verən orqan (şəxs) və onun vəkili Abşeron rayon vəkil bürosunun vəkili X2 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər DYPİ R X1 ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* saylı qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Qərarın qəbul edilməsinə əsas Qərardan şikayət verən orqan (şəxs) barəsində ## ####### 2025-ci il tarixli, İXP******* nömrəli protokol olmuşdur ki, həmin protokola görə Qərardan şikayət verən orqan (şəxs) həmin tarixdə, saat 20:22-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində “Hyundai Avante” minik markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməklə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Aşağıda qeyd olunanlara əsasən Bakı şəhər Baş Polis İdarəsi DYP İdarəsinin ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* saylı qərarı qanunsuz əsassız və ədalətsiz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İlk öncə məhkəmənin diqqətinə onu çatdırmaq istəyir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətam törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi DYP İdarəsi tərəfindən ##.##.2025-ci il tarixli, İXP 7485687 seriyalı inzibati xəta haqqında protokol və əlavə olunmuş material baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadına əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair toplanmış inzibati xəta haqqında material natamam olduğundan Bakı şəhər Baş Polis İdarəsi DYP İdarəsinə geri qaytarılmışdır. Eyni zamanda onun barəsində yazılmış inzibati xəta haqqında protokol qərəzli olaraq tərtib olunmuş, o, həmin vaxt içkili olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən onu alkotestrlə yoxlamış, lakin nəticə 0 (sıfır) göstərmiş, onlar dəfələrlə onu yoxlamış, lakin yenə də içkili çıxmamışdır. Hətta YPX inspektoru alkotestrin işləmədiyini hesab edərək onu üfləyərək cihazın işləyib-işləmədiyini yoxlamış və alkotestrin işlədiyini görmüşdür. Həmin vaxt içkili olmağı barədə qeydi polis əməkdaşları onu aldadaraq yazdırmışdır. Belə ki, onlar ona demişlər ki, az içki içməyi barədə izahat yazsa onu buraxacaqlar və o, çıxıb gedəcək. Bundan başqa YPX inspektoru məhkəmə iclası zamanı ziddiyyətli ifadələr vermiş, həmçinin protokolda da zidddiyyətli məqamlar vardır. Protokolda xətanın törədilmə vaxtı saat 20:22 göstərilsə də, inspektor bundan 15-20 dəqiqə sonra PPX əməkdaşlarının dəvət olunmasını bildirmişdir. Halbuki, digər məhkəmə qərarında onun İXMnin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilmə vaxtı kimi saat 22:00-23:00 radələri göstərilmişdir. Həmçinin o, polis əməkdaşlarının iştirakı ilə tibbi müayinədən keçmiş, həmin vaxt sərxoşluğun müayinəsi aktı tərtib olunmuşdur ki, akta əsasən o, ayıq olmuşdur. Hesab edir ki, tibbi müayinənin aktı daha mötəbər sübut olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğu halda, polis əməkdaşları onun barəsində qanunsuz və əsassız olaraq protokol tərtib etmiş və qərar qəbul etmişlər. Qeyd olunanlara əsasən, Bakı şəhər Baş Polis İdarəsi DYP İdarəsinin ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, ziddiyyətlər olması və qəbzin həqiqiliyinə şübhə yaranmasına əsasən iş araşdırılması üçün məhkəmə tərəfindən geri qaytarılmışdır. Lakin heç bir araşdırılma aparılmadan qərar qəbul edilmiş və o, 400 manat cərimə edilmişdir. Hesab edir ki, qərar əsassız qəbul edilmişdir. Polis əməkdaşları saat 20-22 radələrində protokol tərtib edildiyi halda PPX çağırmışlar. Ancaq həmin protokolda saat 22-23 radələri qeyd edilmişdir. Həmin qəbz də, protokol da əsassızdır. Ona yalandan deyilmişdir ki, müalicəyə aparırlar, amma o, biləndə ki, bölməyə aparılır, maneə yaratmışdır. Barəsindəki inzibati qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxsin vəkili X2 şikayət vermiş şəxsin dəlillərini müdafiə etmiş, şikayətin təmin olunmasını və qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nə bilavasitə tabe olan YPX alayının yol-patrul xidməti inspektoru X3 izahatında göstərmişdir ki, yerində müayinə zamanı Qərardan şikayət verən orqan (şəxs) özü qeyd etmişdir ki, o, içki qəbul etmişdir, müayinəyə aparılmağa ehtiyyacı yoxdur. Alkotestrin nəticəsi şəxsin özünə göstərilmişdir. Dəfələrlə özü də yoxlamış, nəticə 0,330% çıxmışdır. Alkotesrin xarab olma ehtimalı yoxdur. Daha sonra digər YPX inspektoru nəqliyyat vasitəsini idarə edərkən Qərardan şikayət verən orqan (şəxs) açarı çıxartmış, qəza şəraiti yaratmışdır. Bu səbəbdən də kömək üçün PPX çağırılmışdır. Mübahisə xarakterli danışıqlar getmişdir. Qərardan şikayət verən orqan (şəxs) müəyyən saat keçdikdən sonra həkim müayinədən keçmişdir. Təbii ki, zaman fərqinə görə faiz aşağı göstərilmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxsin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, o, bu proseslərin iştirakçısı olmuşdur, Qərardan şikayət verən orqan (şəxs)lə birlikdə oturub yemək yeyərkən Kamil cəmi 50-60 qram pivə içmişdir. Polis yolda onları saxlamış, dəfələrlə alkotestrlə yoxlasalar da nəticə 0 göstərmişdir. Polis Kamili alkotestrlə 4 dəfə yoxlamış, lakin həmin yoxlamalar zamanı akotestrdən kağız çıxardıb göstərməmişlər. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Hyundai Avante minik” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində, ## ####### 2025-ci il tarixdə, saat 20:22-də “nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə”, ## ####### 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə 400 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün istifadə edilmiş xüsusi texniki vasitənin nəticəsindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ####### 2025-ci il tarixdə, saat 20:18-də keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0,330% olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün texniki vasitədən istifadə olunmasına dair ## ####### 2025-ci il tarixli protokolda Qərardan şikayət verən orqan (şəxs) tərəfindən yazılmış izahatından görünür ki, o, “yarım bakal pivə içmişəm maşın sürmüşəm həkimə ehtiyac yoxdu getməyə imzamla izahatı təsdiq edirəm” yazmış və imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Qərardan şikayət verən orqan (şəxs) təqdim etdiyi “Sərxoşluq vəziyyətinin tibbi müayinə”sinə dair ## ####### 2025-ci il tarixli, */***** nömrəli protokoldan görünür ki, onun həmin tarixdə, saat 00:45-də keçirilən tibbi müayinəsi zamanı ayıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər işin faktiki halları ilə təkzib olunur, belə ki, həmin şəxsin alkoqoldan istifadə etməsi və bunun nəticəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi faktı yerində olmaqla xüsusi texniki vasitənin vasitəsi ilə müəyyən olunmuşdur, bu nəticənin şübhə altına alınması üçün əsaslar yoxdur. Sərxoşluq faktı xüsusi texniki vasitə ilə ## ####### 2025-ci il tarixdə, saat 20:18-də yerində aşkar olunmuş, Qərardan şikayət verən orqan (şəxs) isə ## ####### 2025-ci il tarixdə, saat 00:45-də tibbi müayinədən keçmişdir. Aradakı saat fərqinin özü də şəxsin təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayılmasına, sərxoşluq vəziyyətinin aradan qaldırılmasına yetərli hesab oluna bilər. Bundan başqa inzibati araşdırma zamanı, ## ####### 2025-ci il tarixdə Qərardan şikayət verən orqan (şəxs) yazılı izahat verib həmin göstərici ilə razılaşaraq, tibbi müayinə üçün həkim müayinəsindən keçməyə ehtiyac olmadığını göstərmişdir. Qərardan şikayət vermiş Qərardan şikayət verən orqan (şəxs) şikayətinin əsasını təşkil edən hallar isə onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Həmin əməli ilə o, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin xətanın Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilməsi və xətada həmin şəxsin təqsirinin olması inzibati araşdırma zamanı öz təsdiqini tapmış və sübuta yetirilmişdir. Şahidin izahatına gəldikdə isə, qeyd olunmalıdır ki, həmin şəxs qərardan şikayət vermiş şəxsin yaxın münasibətdə olduğu şəxs olmaqla, məhkəməyə onunla birlikdə gəlmişdir, onların vəsatəti əsasında da izahat vermişdir. Həmçinin, alkoqoldan istifadə faktı mötəbər hesab olunan sübutlarla (xüsusi texniki vasitənin izahatı, şəxsin yerində izahatı və s.) müəyyən olunan bir haldır, ona görə hazırda bu qaydada verilən izahat həmin sübutların cəmi və mötəbərliyi baxımından təkzib olunur, şəxsi məsuliyyətdən yayındırmağa xidmət etməyə cəhd kimi qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(5-99)-261/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-261/2026
10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver