Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-99)-262/2026 30.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclas katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsnin 07 oktyabr 2025-ci il tarixli, EQ 31145161 və 20 oktyabr 2025-ci il tarixli, EQ 31437798 saylı inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsnin 07 oktyabr 2025-ci il tarixli, EQ 31145161 və 20 oktyabr 2025-ci il tarixli, EQ 31437798 saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2026-cı il tarixdə şikayətçi məhkəməyə ərizə ilə müraciət edərək şikayətin və əlavə olunmuş sənədlərin baxılmadan ona geri qaytarılmasını xahiş etmişdir. Şikayət və təqdim edilmiş sənədləri və əirizəni nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırda şikayətçi ərizə ilə müraciət edərək şikayətin və əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etdiyi üçün şikayət geri qaytarılmalıdır. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət və ya prosest verilə bilməz. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(5-99)-262/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(5-99)-262/2026
30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver