Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-284/2026 10.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd oğlunın sədrliyi, məhkəmə iclasının katibi Nəsirova Ayan Fərhad oğlunın katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami Rayon İcra Şöbəsi tərəfindən AR İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN1478951 nömrəli protokola əsasən məlum olur ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-151/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədi üzrə "xxxx" MMC-dən 56.460 (əlli altı min dörd yüz altmış manat) manat borcun tutulması qərara alınmışdır. Nəticədə "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Nizami rayon İcra şöbəsinin icra məmuru X2 izahat verərək bildirmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-151/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, "xxxx" MMC-dən 56.460 (əlli altı min dörd yüz altmış manat) manat borc tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir, lakin bugünə kimi heç bir ödəniş edilməmişdir. İcra məmuru qeyd etmişdir ki, icra sənədi üzrə borclu "xxxx" MMC-nin rəhbərinin Şəxs olduğu müəyyən edilmiş, həmin şəxs dəfələrlə polis şöbəsinə əvət edilmiş, izahatı alınmışdır. Verilmiş sorğulara əsasən "xxxx" MMC-nin adında heç bir əmlak olmaması, yalnız bank hesabı olması müəyyən edilmişdir. Həmin sorğu nəticəsində "xxxx" MMC-nin bank hesabı üzrə inkasso sərəncamı verilməsi üçün "xxxx"a müraciət edilmişdir, bank həmin hesabda heç bir vəsait olmadığından əməliyyatın mümkün olmadığını bildirmişdir. Nizami rayon İcra şöbəsinin icra məmuru zərərçəkmişin sualına cavab olaraq bildirmişdir ki, Şəxs barəsində bugünə kimi axtarış elan edilmişdir və o tapılan kimi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Nizami rayon İcra şöbəsinin icra məmuru yekun qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmazda ev tikmək məqsədi ilə "xxxx" MMC-ə müəyyən məbləğdə ödəniş etmişdir. Lakin "xxxx" MMC üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-151/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 56.460 (əlli altı min dörd yüz altmış manat) manat məbləğində pulun "xxxx" MMC-dən tutulması qət edilmişdir, lakin Şəxs tərəfindən icra sənədi üzrə bugünə kimi heç bir ödəniş edilməmişdir. Zərərçəkmiş Şəxs barəsində müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs "xxxx" MMC-nin rəhbəri olduğunu, bugünə kimi zərərçəkmişə heç bir ödəniş etmədiyini, özünü qismən təqsirli bildiyini bildirmişdir. Rəhbəri olduğu MMC-nin hazırda heç bir gəliri olmadığını, ziyanı razılaşma yolu ilə ödəyə biləcəyini qeyd etmişdir.Zərərçəkmiş şəxslə əvvəllər danışdığını, lakin aralarında yanlış anlaşmalar olduğunu bildirmişdir. Bu il ərzində 2.000 (iki min) manata yaxın ödəniş edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs isə bu təkliflə razılaşmadığını qeyd etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-151/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs arasında bağlanmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsi və həmin müqavilənin xx.xx.2021-ci il tarixli əlavəsinin ləğv edilməsi, keyfiyyətsiz və qüsurli tikinti nəticəsində Zərərçəkmiş şəxs dəymiş 42.760 (qırx iki min yeddi yüz altmış manat) manat məbləğində ziyan, habelə Zərərçəkmiş şəxs alınmış 13.700 (on üç min yeddi yüz manat) manat pul "xxxx" MMCdən alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. - xx.xx.2023-cü il tarixdə Nizami rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən 2(067)-151/2022-011 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. - "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə AR ƏN Nizami rayon icra şöbəsinə ünvanlanan məktubda göstərilmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 151/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, "xxxx" MMC-nin qeyd edilən hesabı aktiv olmadığı üçün üzərinə həbs qoyulması təmin olunmamışdır. - Şəxs xx.xx.2023-cü il tarixli izahatında bildirmişdir ki Xaçmaz Rayon Məhkəməsinin 2(067)-151/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində nəzərdə tutulan borc məbləğini bugünə kimi ödəməməsinin səbəbi rəhbəri olduğu müəssisənin fəaliyyətini dayandırması, gəlirinin və əlavə işlərinin olmamasıdır. hal-hazırda ödəməyə imkanı yoxdur. "xxxx" MMC-nin adında daşınar və ya daşınmaz əmlak olmadığını, borcu razılaşma yolu ilə ödəyə biləcəyini qeyd etmişdir. xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixdə də eyni məzmunda izahatlar vermişdir. - xx.xx.2024-cü il tarixli "xxxx" MMC barəsində elektron qaydada sorğudan müəyyən edilir ki, MMC fəaliyyətini müvəqqəti dayandırmışdır. - Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2026-cı il tarixli MN1478951 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN1478951 nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə tərəfindən AR İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, onun barəsində təqsirləndirildiyi AR İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : xx.xx.1982-ci il təvəllüdlü, ünvan 3i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1.200 (bir min iki yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(5-99)-284/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-284/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver