Məhkəmə qərarları › İş №3(5-99)-285/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-285/2026

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-285/2026 10.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X4 iclas katibliyi, zərərçəkmiş şəxslər X1, X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1948-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, "xxxx" Kiçik Müəssisəsində direktor, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-89/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, cavabdeh "xxxx" Kiçik Müəssisəsindən 118000 manat məbləğində vəsaitin X1, 118000 manat məbləğində vəsaitin X3 ödənilməsi, məhkəməxəttşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 326 manatın tutularaq Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Lakin, "xxxx" Kiçik Müəssisəsinin direktrou Şəxs üzərinə qoyulmuş həmin vəzifəni icra etməmişdir. Borclu icra sənədində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nizami rayon icra şöbəsinin böyük icra məmuru X9 tərəfindən xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, icra vərəqəsi üzrə Şəxs tərəfindən ona heç bir ödəniş edilməmişdir, pulun ödənilməsini tələb edir, Şəxs şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirdi ki, icra vərəqəsi üzrə Şəxs tərəfindən ona heç bir ödəniş edilməmişdir, pulun ödənilməsini tələb edir, Şəxs şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, icra sənədindən məlumatı var, icra sənədi üzrə tutma pensiyasına yönəldilsin, oradan tutulmalar aparılsın. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-89/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh "xxxx" Kiçik Müəssisəsindən 118000 manat məbləğində vəsaitin X1, 118000 manat məbləğində vəsaitin X3 ödənilməsi, məhkəmə-xəttşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 326 manatın tutularaq Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir İş materiallarında olan xx.xx.2025-ci il tarixli “icraata başlamaq” haqqında qərardan görünür ki, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru Tahir Ağayev tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, "xxxx" Kiçik Müəssisəsinə tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, bildiriş xx.xx.2025-ci il tarixdə Şəxs tərəfindən qəbul edilmişdir. Şəxs xx.xx.2025, xx.xx.2025, xx.xx.2026-cı il tarixli izahatlarından görünür ki, icra sənədində göstərilən tələbin icrası ilə bağlı İcra İdarəsinə dəvət edilmiş və icra sənədi üzrə tələbi icra etməsi, əks halda barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq oluncağı bildirilmiş, Şəxs bundan məlumatlı olduğunu izahatında bildirmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, məhkəmədə verilmiş ifadələrlə tam sübuta yetirilir. Bununla da vəzifəli şəxs tərəfindən qeyd olunan İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmış olur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inizabti xəta haqqında iş üzrə icraat aparılan şəxsin müəyyən məbləğdə ödəniş etməsini, himayəsində 3 azyaşlı uşağının olmasını onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Hazırki iş üzrə məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Kiçik Müəssisəsinin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar