Məhkəmə qərarları › İş №3(5-99)-286/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-286/2026

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-286/2026 10.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Şadiyə Zaur qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X8, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs43, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs44, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs30 və Zərərçəkmiş şəxs24 iştirakları ilə, xx xxxxxxxx 1982-ci il tarixdə Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Sovx-2 Xəzri küçəsi, ev 1, mənzil 1-də qeydiyyatda olan, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş 21 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə: -“Zərərçəkmiş şəxs1 ilə "xxxx" MMC arasında xx.xx.2013- cü il tarixli müqaviləyə əsasən kirayə haqqı qismində hər ay 500 manat olmaqla, cəm 9000 manat ödənilməmiş kirayə haqqı borcu, gecikdirilmiş vaxt 450 manat faiz borcu, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi "xxxx" MMC-dən tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. İddia üzrə ödənilməli olan əlavə 14,5 manat dövlət rüsumu "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(007)-2309/2023 nömrəli icra sənədi üzrə; -“Cavabdeh "xxxx" MMC-dən mənəvi zərərə görə 5.000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. İddiaçı Zərərçəkmiş şəxs2 ödədiyi 300 manat dövlət rüsumunun 275.10 manatı iddiaçının özünə aid edilsin, qalan 24.90 manatı cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. Cavabdeh "xxxx" MMC Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, ev 2, mənzil 15-də tikilmiş yaşayış binasının 6-cı mərtəbəsində söküntüsü nəzərdə tutulmuş mənzilin faktiki ölçülmüş sahə üzrə sahəsinə 52,4% əlavə etməklə 36,1 kv.m. əvəzinə sahəsi 55 kv.m. (balkonun ölçüsü 0,3 əmsal nəzərə alınmaqla) olan və binanın Mehdi Mehdizadə küçəsinə baxan hissəsində yerləşəcək (həyətə istiqamətlənmiş hissədə və eləcə də binanın künc tərəflərində olmayacaq), bütün otaqların (dəhliz və sanitar qovşaq istisna olmaqla) təbii günəş işığına çıxışı təmin olunacaq və balkonu olacaq mənzilin təmirli şəkildə iddiaçıya təhvil verilməsi və 2024-cü ilin yanvar ayında başlayaraq mənzil təhvil verilən günədək aylıq 900 manat kirayə haqqı və vəkilin göstərdiyi hüquqi xidmətə görə ödənilmiş 500 manat pulun iddiaçıya ödənilməsi cavabdeh tərəfindən təmin edilsin.” ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-961/2025 nömrəli icra sənədi üzrə; -“İddiaçı Zərərçəkmiş şəxs3 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə ləğv edilsin. ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasından 3-cü blok, 13-cü mərtəbə, 2 otaqdan ibarət ümumi sahəsi 101,84 kvadrat metr ölçüdə olan 189 nömrəli mənzil üçün ödənilmiş 51200 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq, iddiaçı Zərərçəkmiş şəxs3 ödənilsin.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-108/2022 nömrəli icra sənədi üzrə; -“ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə təqsirli bilinib, barəsində 300 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(007)-395/2024 nömrəli icra sənədi üzrə; -“Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olan iddiaçı Zərərçəkmiş şəxs4 cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilələrin ləğvi və pul” tələbinə dair 2(007)- 2957/2022 saylı müllki iş üzrə yekun məhkəmə aktının icrasına qədər, "xxxx" MMC-nin bank hesabları üzərinə (aşkar ediləcəyi təqdirdə) ümumilikdə 634537 manat həcmində həbs qoyulsun.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 16(007)-29/2022 nömrəli icra sənədi üzrə; -“X13 ilə "xxxx" MMC arasında bağlanmış 14 oktyabr 2019-cu il tarixli, 166001 nömrəli müqavilə etibarsız hesab edilsin.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(007)-117/2025 nömrəli icra sənədi üzrə; -“ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 5000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(007)-21/2024 nömrəli icra sənədi üzrə; -“Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq dövlət büdcəsinə ödənilsin.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-1909/2021 nömrəli icra sənədi üzrə; -“ "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs6 ilə aralarında bağlanılmış 28 iyul 2016-cı il tarixli müqavilə üzrə Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi, ev 22, 4 saylı mənzilin sökülməsinə görə həmin mənzilin ümumi sahəsinə 20% əlavə edilməklə bu sahədə yeni tikilməsi nəzərdə tutulan yaşayış binasında yeni mənzil Zərərçəkmiş şəxs6 sahiblik və istifadəsinə (məcburi köçkünlər öz yerlərinə qayıdanadək və yaxud dövlət tərəfindən digər başqa bir mənzillə təmin edilənədək) verilsin. "xxxx" MMC-dən Zərərçəkmiş şəxs6 xeyrinə kirayə haqqı qismində 3500 manat vəsait tutulsun. "xxxx" MMC-dən Zərərçəkmiş şəxs6 azad olduğu dövlət rüsumuna görə 55 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1433/2023 nömrəli icra sənədi üzrə; -“ "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixli müqavilə şərtlərinə əməl edilməklə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasında ümumi sahəsi 55,65 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 12 saylı mənzil Zərərçəkmiş şəxs7 təhvil verilsin. xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərinə uyğun olaraq Zərərçəkmiş şəxs7 2020-ci il ərzində 3 ay, 2021-ci il ərzində 9 ay, 2022-ci il ərzində 10 ay olmaqla, cəmi 22 ay ödənilməmiş 5500 manat, müqavilə şərtlərinin pozulması səbəbindən ona dəymiş maddi ziyanın əvəzi kimi 10000 manat, mənəvi ziyanın əvəzi kimi 500 manat məbləğində pul "xxxx" MMC-dən tutularaq Zərərçəkmiş şəxs7 ödənilsin. "xxxx" MMC-dən Zərərçəkmiş şəxs7 azad olduğu dövlət rüsumuna görə 138 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(007)-2887/2022 nömrəli icra sənədi üzrə; -“ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 2000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri təyin edilsin.” ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(004)-277/2021 nömrəli icra sənədi üzrə; -“ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 350 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin.” ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(004)-540/2023 nömrəli icra sənədi üzrə; -“10 aprel 2018-ci il tarixdə bağlanmış ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasından 2-ci blok, 14-cü mərtəbə, 2 otaqdan ibarət ümumi sahəsi 102,54 kvadrat metr ölçüdə olan 149 nömrəli mənzilin alqı-satqısına dair 149002 nömrəli müqaviləyə əsasən, 11,62 kv.m sahə üçün artıq olaraq ödənilmiş 9296 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq, iddiaçı Zərərçəkmiş şəxs8 ödənilsin.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-1909/2021 nömrəli icra sənədi üzrə; -“ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 20000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(007)-2342/2021 nömrəli icra sənədi üzrə; -“ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 3000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(007)-1553/2022 nömrəli icra sənədi üzrə; -“ "xxxx" MMC-dən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538- ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə ümumi sahəsi 117 kv.m olan 4 saylı mənzilin hansı tarixdən satılması ilə əlaqədar qeydiyyat kitabının əsli götürülərək məhkəməyə təqdim edilsin.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-1813/2021 nömrəli icra sənədi üzrə; -“ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 14cü mərtəbədə yerləşən, ümumi sahəsi 143,84 kv.m olan, 3 otaqlı, 65 saylı mənzildə cavabdeh "xxxx" MMC və digər şəxslər tərəfindən təmir işlərinin aparılmasına və mənzildən istifadə olunmasına qadağa qoyulsun.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(007)-19/2023 nömrəli icra sənədi üzrə; -“Zərərçəkmiş şəxs11 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən 5 mərtəbəli, 92 nömrəli mənzili yaşayış binasının söküntüsündən sonra müqavilədə nəzərdə tutulan müvəqqəti yaşayış üçün hər ayın 5-də 300 manat olmaqla ödənilməli olan kirayə ödənişinin-2020-ci ilin oktyabr və noyabr ayları üzrə ödənilməmiş 600 manat, 2021-ci ilin yanvar, mart, aprel, iyun, iyul və dekabr ayları üzrə ödənilməmiş 1800 manat, 2022-ci ilin 12 ayı üzrə ödənilməmiş 3600 manat və 2023-cü ilin yanvar ayından avqust ayının 5-dək ödənilməmiş 2400 manat olmaqla, ümumilikdə 8400 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 96 manat dövlət rüsumu "xxxx" MMC-dən tutularaq, iddiaçı Zərərçəkmiş şəxs11 verilsin.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1827/2023 nömrəli icra sənədi üzrə; -“ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli SAT-25/2018 saylı müqavilə üzrə öhdəliklərin icrası qaydasında mis və optik rabitə kabellərin yeni tikiləcək olan qurğulara köçürülməsi ücün ödənilməli olan 30799,04 manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Bakı şəhəri, Nobel prospekti 13 ünvanında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılan qazıntı işləri zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus yeraltı magistral kabel-kanalizasiya rabitə qurğuların və rabitə kabellərin yararsız hala düşməsi nəticəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dəymiş 569,92 manat məbləğində zərər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 29,39 manat hissəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 97,98 manat hissəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün.” ilə bağlı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-380/2020 nömrəli icra sənədi üzrə; -“ "xxxx" MMC-dən xx.xx.2019-cu il tarixli müqavilə üzrə 4664,27 manat əsas borc, 466,42 manat penya məbləği, ödənilmiş dödlət rüsumunun əvəzi 11,31 manat və 60 manat mediasiya xərci tutularaq "xxxx" Şirkətinə ödənilsin.” ilə bağlı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5420/2022 nömrəli icra sənədi üzrə; -“ "xxxx" MMC-dən 18 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən ödənilməli olan aylıq 400 manat, cəmi 16000 manat kirayə haqqı (40 ay x 400 manat=16000 manat) Zərərçəkmiş şəxs14 xeyrinə tutulsun. Müqavilədə qeyd olunan ev təhvil verilənədək hər ay 400 manat kirayə haqqı "xxxx" MMC-dən Zərərçəkmiş şəxs14 xeyrinə tutulsun.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-1594/2022 nömrəli icra sənədi üzrə; -“ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 350 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin.” ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(011)-300/2025 nömrəli icra sənədi üzrə; -“ "xxxx" MMC-dən 1.127.880 manat pul tutularaq Zərərçəkmiş şəxs15 verilsin.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-1086/2021 nömrəli icra sənədi üzrə; -“ "xxxx" MMC-dən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 2538-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən 39 saylı mənzilə dair "xxxx" MMC ilə X9 arasında bağlanmış alqısatqı müqaviləsi, ödənişlərə dair arayışlar, borcun olub-olmamasına və digər zəruri sənədlərin təsdiq edilmiş surətləri götürülərək məhkəməyə təqdim edilsin.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(007)-3077/2023 nömrəli icra sənədi üzrə; -“ "xxxx" MMC-dən 200000 manat əsas borc, 5000 manat dəbbə pulu tutularaq Zərərçəkmiş şəxs17 MMC-yə ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 15,15 manat məbləği "xxxx" MMC-dən tutularaq Zərərçəkmiş şəxs17 MMC-yə ödənilsin.” ilə bağlı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1420/2021 nömrəli icra sənədi üzrə; -“Zərərçəkmiş şəxs18, X4, X6, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs23, X3 və Zərərçəkmiş şəxs24 yaşayış sahəsi ilə təmin etmək və ya onlara müvafiq kompensasiya verilmə öhdəliyi "xxxx" MMC-yə həvalə edilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində "xxxx" MMC-dən iddiaçıların xeyrinə 30 manat məbləğində pul vəsaiti tutulsun.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)-5901/2016 nömrəli icra sənədi üzrə; -“ "xxxx" MMC tərəfindən iddiaçı Zərərçəkmiş şəxs25 ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 8 ünvanında yerləşən istifadəsində olan ümumi sahəsi 29,5 kv.m mənzilin sökülməsi əvəzində həmin ünvanda mənzilin ümumi sahəsinə 20% və 10 kv.m sahə əlavə edilməklə ümumilikdə 45,4 kv.m sahəsi olan 2 otaqlı təmirli mənzil Zərərçəkmiş şəxs25 verilsin və həmin müqavilənin şərtlərinə uyğun olaraq ödənilməmiş 7150 manat pul "xxxx" MMC-dən tutularaq Zərərçəkmiş şəxs25 ödənilsin. "xxxx" MMC-dən Zərərçəkmiş şəxs25 azad olduğu dövlət rüsumuna görə 191,50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1417/2023 nömrəli icra sənədi üzrə; -“ "xxxx" MMC-dən 293,000 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat tutularaq Ləğv prosesində olan Zərərçəkmiş şəxs26 ASC-yə ödənilsin.” ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(82)-247/2018 nömrəli icra sənədi üzrə; -“Məhkəmənin icraatında olan Zərərçəkmiş şəxs27 iddiası üzrə e-2(007)-2894/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanda inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının blok 2, 15-ci mərtəbədə yerləşən, ümumi sahəsi 119.7 kv.m olan 143 nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzilində hər hansı söküntü-tikinti, təmir işlərinin aparılması X7 və X1, X2 qadağan edilsin. Həmçinin Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının blok 2, 15-ci mərtəbədə yerləşən, ümumi sahəsi 119.7 kv.m olan 143 nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzilə dair hər-hansı sənədləşdirmə işlərinin aparılması "xxxx" MMC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qadağan edilsin.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-16(007)-159/2025 nömrəli icra sənədi üzrə; -“ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirli bilinib, 3000 manat məbləğində cərimə edilsin.” ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(103)-2666/2024 nömrəli icra sənədi üzrə; -“ "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə təqsirli bilinib, barəsində 1500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(007)-4946/2024 nömrəli icra sənədi üzrə; -“ "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 266.2 və 271-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla İXM-nin 266.2-ci maddəsi ilə barəsində 10.000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.” ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(004)-5482/2024 nömrəli icra sənədi üzrə; -“Zərərçəkmiş şəxs28 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 90,4 kv.m olan, 2 otaqdan ibarət 66 nömrəli mənzil cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı Zərərçəkmiş şəxs28 təhvil verilənədək hər ay 550 manat kirayə haqqı və 8000 manat məbləğində mənəvi ziyan tutularaq iddiaçılara ödənilsin.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(007)-1721/2024 nömrəli icra sənədi üzrə; -“ "xxxx" MMC ilə Zərərçəkmiş şəxs30 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs30 Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov 25/38 (əvvəlki Əzim Əzimzadə 22/7) ünvanında tikilmiş yeni binada sahəsi 77,82 kv.metr olan 2 ayrı otaqdan və mətbəxdən ibarət tam təmirli mənzil təhvil verilsin. Qətnamə icra olunan vaxt qeyd edilən əlamətlərə malik olan mənzil mövcud olmasa 152.916,3 manat məbləğində pul "xxxx" MMC-dən tutularaq Zərərçəkmiş şəxs30 ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizanın tədqiqat dəyəri olan 100 manat cavabdeh "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. "xxxx" MMC-dən Zərərçəkmiş şəxs30 xeyrinə kirayə haqqı qismində 3500 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzi tutulsun.” ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1358/2023 nömrəli icra sənədi üzrə; -“ "xxxx" MMC-dən Zərərçəkmiş şəxs31 xeyrinə xx.xx.2016-cı il tarixli 22 saylı müqavilə üzrə kirayə haqqı qismində 8700 manat vəsait tutulsun. "xxxx" MMC-dən Zərərçəkmiş şəxs31 ödəməkdən azad olduğu 107 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-1117/2024 nömrəli icra sənədi üzrə; -“ "xxxx" MMC tərəfindən iddiaçı Zərərçəkmiş şəxs32 ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının ünvan 6 ünvanında yerləşən istifadəsində olan ümumi sahəsi 29,5 kv.m mənzilin sökülməsi əvəzində həmin ünvanda mənzilin ümumi sahəsinə 20% və 10 kv.m sahə əlavə edilməklə ümumilikdə 45,4 kv.m sahəsi olan 2 otaqlı təmirli mənzil Zərərçəkmiş şəxs32 verilsin və həmin müqavilənin şərtlərinə uyğun olaraq ödənilməmiş kirayə haqqı qismində 7000 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən tutularaq Zərərçəkmiş şəxs32 ödənilsin. “İnşaat Konstruksiyaları2 MMC-dən Zərərçəkmiş şəxs32 azad olduğu dövlət rüsumuna görə 190 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1414/2023 nömrəli icra sənədi üzrə; -“ "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 20000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(007)-1492/2024 nömrəli icra sənədi üzrə; -“İddiaçı Zərərçəkmiş şəxs33 məxsus olan Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 55.9 kv.m olan, 1 otaqdan ibarət 169 nömrəli və həmin yaşayış binasının 2-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 90.4 kv.m olan, 2 otaqdan ibarət 170 nömrəli mənzillərin özgəninkiləşdirilməsi cavabdeh "xxxx" MMC-yə qadağan edilsin.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(007)-118/2024 nömrəli icra sənədi üzrə; -“İddiaçı Zərərçəkmiş şəxs34 məxsus olan Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m. olan, 1 otaqdan ibarət 85 nömrəli mənzilin özgəninkiləşdirilməsi cavabdeh "xxxx" MMC-yə qadağan edilsin.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(007)-117/2024 nömrəli icra sənədi üzrə; -“Cavabdeh "xxxx" MMC-dən xx.xx.2016-cı il tarixli, 26 nömrəli müqavilə üzrə kirayə haqqı kimi yaranmış 6600 manat pul vəsaiti tutularaq iddiaçı Zərərçəkmiş şəxs35 ödənilsin. İddiaçı Zərərçəkmiş şəxs35 ödəməkdən azad edildiyi 86 manat dövlət rüsumu "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə köçürülsün.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-675/2024 nömrəli icra sənədi üzrə; -“ "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 2000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin.” ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(004)-1038/2024 nömrəli icra sənədi üzrə; -“5100 manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Zərərçəkmiş şəxs28 ödənilsin. Mənəvi zərərin əvəzi kimi cavabdeh "xxxx" MMCdən 4500 manat pul vəsaiti alınaraq iddiaçı iddiaçı Zərərçəkmiş şəxs28 verilsin, mənəvi zərərə dair qalan hissədə iddia təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 159,71 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçı Zərərçəkmiş şəxs28 verilsin.” ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-1005/2024 nömrəli icra sənədi üzrə; -“Cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və X10 müştərək qaydada 36000 manat məbləğində pul və ödənilmiş 198 manat məbləğində dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs36 ödənilsin.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-325/2024 nömrəli icra sənədi üzrə; -“xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Xətai rayonu Nobel prospekti 13 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı vəziyyətdə olan yaşayış binasının söküntüsü əvəzində həmin sahədə tikilməsi nəzərdə tutulan yeni yaşayış binasında verilməli olan ümumi sahəsi 172 kv.m olan 2 ədəd (86 kv.m+86 kv.m) mənzilin və 024001 saylı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən verilməli olan Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli binanın 8-ci mərtəbəsindən ümumi sahəsi 65,65 kv.metr olan 24 nömrəli mənzilin Zərərçəkmiş şəxs4 verilməsi vəzifəsi "xxxx" MMC-yə həvalə edilsin və xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq ödənilməmiş 30 ay kirayə haqqı olan 15000 manat pul "xxxx" MMC-dən tutularaq Zərərçəkmiş şəxs4 ödənilsin. Məhkəmə xərcləri qismində ödənilmiş 235 manat dövlət rüsumu "xxxx" MMC-dən tutularaq Zərərçəkmiş şəxs4 xeyrinə tutulsun.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(007)-375/2023 nömrəli icra sənədi üzrə; -“Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə 33 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının 2-ci blok, 17-ci mərtəbə, 162 nömrəli, 3 otaqlı mənzilə dair X11 ilə "xxxx" MMC arasında bağlanılan 13 mart 2019-cu il tarixli 162003 nömrəli pay müqaviləsinə əsasən bu mənzilin sahibi mərhum X11 olmaqla Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə 33 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının 2-ci blok, 17-ci mərtəbə, 162 nömrəli, 3 otaqlı mənzilin X5 vərəsəsi Zərərçəkmiş şəxs37 mənzilə dair mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətində qeydiyyat alınması üçün tələb olunan müvafiq sənədlər cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı Zərərçəkmiş şəxs37 təqdim edilsin. Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə 33 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının 2-ci blok, 17-ci mərtəbə, 162 nömrəli, 3 otaqlı mənzil cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı Zərərçəkmiş şəxs37 təhvil verilsin. Həmin mənzildə təmir işlərinin aparılması üçün yaradılan maneələrin aradan qaldırılması vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulsun.” ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(004)-902/2025 nömrəli icra sənədi üzrə; -“15 fevral 2021-ci il tarixdən 11 avqust 2022-ci il tarixə qədər olan müddət ərzində ödənilməli olan 129.000 manat kirayə haqqı cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı Zərərçəkmiş şəxs38 ödənilsin. Cavabdeh "xxxx" MMC-dən 419 manat dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs38 ödənilsin.” ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-752/2023 nömrəli icra sənədi üzrə; -“ “İnşaat Konstruksiyaları MMC-dən kirayə haqqına görə 206.400 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 206.430 manat alınaraq Zərərçəkmiş şəxs38 verilsin.” ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-7636/2021 nömrəli icra sənədi üzrə; -“Zərərçəkmiş şəxs39 ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 223002 saylı yaşayış binasından pay barədə müqavilə ləğv edilsin. "xxxx" MMC-dən Zərərçəkmiş şəxs39 xeyrinə 80.000,00 manat, hüquqi xidmətə görə vəkilə ödənilmiş 1000,00 manat və dövlət rüsumu qismində ödənilmiş 30 manat vəsaitin əvəzi olmaqla, ümumilikdə 81030,00 manat vəsait tutulsun.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-3924/2021 nömrəli icra sənədi üzrə; “ "xxxx" MMC-dən Zərərçəkmiş şəxs40 xeyrinə 77.000,00 manat vəsait tutulsun. "xxxx" MMC-dən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-3525/2021 nömrəli icra sənədi üzrə; -“ "xxxx" MMC-dən 80 kv.m təmirsiz mənzilə görə (80x1300) 104000 manat, iddiaçının 38,5 kv.m sahənin əlavə verilməsinə görə cavabdehə ödədiyi 19000 manat, iddiaçıya dəymiş mənəvi zərərə görə 2000 manat, hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 125530 manat pul alınaraq Zərərçəkmiş şəxs41 verilsin. Mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş 200 manat cavabdeh "xxxx" MMC-dən alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülsün.” ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-1107/2021 nömrəli icra sənədi üzrə; -“İddiaçı Zərərçəkmiş şəxs42 cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və maneənin aradan qaldırılması” tələbinə dair 2(007)-1490/2025 saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, ünvan 1 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının ümumi sahəsi 78 kv.m, 2 otaqlı, 53 saylı mənzilində söküntü-tikinti, quraşdırma, təmir işlərin aparılması (mənzilə dair hərəkətlər), mənzilə giriş-çıxış "xxxx" MMC-yə və üçüncü şəxslərə qadağan edilsin.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(007)-115/2025 nömrəli icra sənədi üzrə; -“xx.xx.2019-cu il tarixli 085001 nömrəli müqaviləyə əsasən, Yasamal rayonu, A.M. Şərifzadə 33 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 57.8 kv.m olan, 1 otaqdan ibarət 85 Ns-li mənzil boşaldılsın və cavabdeh “İnşaat Konstruksiyaları11 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçı Zərərçəkmiş şəxs34 təhvil verilsin. Həmin mənzilə sahiblik və istifadə hüququna dair cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış maneələr aradan qaldırılsın və həmin mənzildə təmir işlərinin aparılmasına cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən maneə yaradılması qadağan olunsun.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(007)-121/2025 nömrəli icra sənədi üzrə; -“Cavabdeh "xxxx" MMC-dən 3000 manat məbləğində ödənilməmiş kirayə haqqı və ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Zərərçəkmiş şəxs43 ödənilsin.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2(007)-1373/2025 nömrəli icra sənədi üzrə; -“xx.xx.2021-ci il tarixli 262002 saylı müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 18-ci mərtəbə, ümumi sahəsi 78,3 kv.m olan, 262 saylı mənzil üzrə ödənilmiş 30000 manat məbləğində pul və ödənilmiş 180 manat dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" MMC-dən iddiaçı Zərərçəkmiş şəxs44 xeyrinə tutulsun.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-1011/2025 nömrəli icra sənədi üzrə; -“Zərərçəkmiş şəxs45 ilə "xxxx" MMC arasında bağlanmış 17 sentyabr 2017-ci il tarixli müqavilə üzrə Bakı şəhəri, Xətai rayonu, M.Mehtizadə 4 ünvanında inşa olunan yeni yaşayış binasında Zərərçəkmiş şəxs45 mülkiyyətində olmuş və sökülmüş mənzilin həmin mərtəbə səviyyəsində Dövlət Reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15% əlavə edilməklə, 107.5 kv.metr təmirli mənzilin müqavilə şərtlərinə uyğun "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs45 təhvil verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulsun. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-1110/2025 nömrəli icra sənədi üzrə; -“Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2018-ci il tarixli müqavilə üzrə geri qaytarılmamış 31500 manat və vurulmuş mənəvi ziyana görə 1000 manat olmaqla, ümumilikdə 32500 manat pul və 203 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Zərərçəkmiş şəxs46 xeyrinə ödənilsin.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(007)-411/2025 nömrəli icra sənədi üzrə; -“ "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs35 ilə aralarında bağlanılmış xx.xx.2016cı il tarixli müqavilə üzrə Zərərçəkmiş şəxs35 Bakı şəhəri, Nizami rayonu, Əzimzadə küçəsində yerləşən ev 22, 24 saylı mənzilin sökülməsinə görə həmin mənzilin ümumi sahəsinə 20% əlavə edilməklə bu sahədə yeni tikilməsi nəzərdə tutulan yaşayış binasında yeni mənzil təhvil verilsin. "xxxx" MMC-dən Zərərçəkmiş şəxs35 xeyrinə kirayə haqqı qismində 2400 manat vəsaitin əvəzi tutulsun. "xxxx" MMC-dən Zərərçəkmiş şəxs35 azad olduğu dövlət rüsumuna görə 144 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün.” ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-1143/2022 nömrəli icra sənədi üzrə bir icraatda birləşdirilmiş icra sənədlərindəki tələblər "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməmiş, icra məmurunun həmin icra sənədlərinin icrası ilə əlaqədar digər qanuni tələbləri yerinə yetirilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X16 protokolun məzmununa uyğun izahat verərək, qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs18 izahatında göstərmişdir ki, onları yaşayış sahəsi ilə təmin etmək və ya onlara müvafiq kompensasiya verilmə öhdəliyi "xxxx" MMCyə həvalə edilmiş, lakin indiyədək icra olunmamışdır. Ona görə şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs43 izahatında göstərmişdir ki, 3000 manat yaxın məbləğ ona ödənilməmişdir. Bu səbəbə görə də şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs21 icra sənədində qeyd olunan mənzil ona təhvil verilmədiyinə, icra sənədi icra olunmadığına görə "xxxx" MMC-dən şikayətçi olduğunu göstərmiş və qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs44 izahatında göstərmişdir ki, "xxxx" MMCdən 30000 manat ödəniş etməklə ev almışdır. Lakin ev təhvil verilməmiş, pul da geri qaytarılmamışdır. Bu səbəbə görə şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs27 izahatında göstərmişdir ki, "xxxx" MMCdən xx.xx.2018-ci il tarixdə ev almışdır. Ev onun olsa da başqa şəxslərə də evi vermiş və təmir işləri aparılmışdır. Bəhanələr gətirmişlər ki, ünvanda, evin nömrəsində dəyişiklik olmuşdur. O, evini tələb edir. Məhz bu səbəbə görə də şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs30 icra sənədində qeyd olunan mənzil ona təhvil verilmədiyinə, icra sənədi icra olunmadığına görə "xxxx" MMC-dən şikayətçi olduğunu göstərmiş və qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs24 icra sənədində qeyd olunan mənzil ona təhvil verilmədiyinə, icra sənədi icra olunmadığına görə "xxxx" MMC-dən şikayətçi olduğunu göstərmiş və qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İşin baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və digər zərərçəkmiş şəxslər məhkəmə iclaslarında iştirak etməmişlər, məhkəmə işin faktiki hallarını nəzərə alaraq, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilibedilməməsi obyektiv qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, o nəticəyə gəlir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında verilmiş icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməyən, icra məmurunun həmin icra sənədlərinin icrası ilə əlaqədar digər qanuni tələblərini yerinə yetirməyən "xxxx" MMC-nin vəzifəli şəxsi, direktoru Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur, Şəxs vəzifəli şəxs qismində həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin “Qeyd”inə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar, eyni zamanda işin icraatını istisna edən, xitam verilməsinə əsas olan hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxsnın əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, vəzifəli şəxs Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində vəzifəli şəxs qismində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar