Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-287/2026 26.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Əfəndiyev Azər İlham oğlunun katibliyi ilə “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARİNİN MÜDAFİƏSİ” İctimai Birliyi (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İXM-nin 579-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında material Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARİNİN MÜDAFİƏSİ” İctimai Birliyi barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 579-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması məsələsinə baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarı onunla əsaslandırılmışdır ki, hüquqi şəxs “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARİNİN MÜDAFİƏSİ” İctimai Birliyinin sədri Nümayəndə İB-in xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən “Qeyri-hökumət təşkilatları haqqında” AR Qanununun 10.4-cü maddəsinə əsasən ictimai birliyin xx.xx.2006-cı il tarixdə 1106 nömrəsi ilə dövlət qeydiyyatına alınmasından sonra üzvlərinin reyestrinin aparılmasını təmin etməli olduğu halda bunu etməmiş, bununla da ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARİNİN MÜDAFİƏSİ” İctimai Birliyi Azərbaycan Respublikası İXM-nin 579-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanlar AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Nümayəndə izahatı və toplanmış digər sənədlərlə təsdiq edilmişdir. Toplanmış materialdan görünür ki, Nümayəndə rəhbəri olduğu “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARİNİN MÜDAFİƏSİ” İctimai Birliyinin 50.000 nəfərdən çox üzvü olsa da, həmin üzvlərin reyestri aparılmamışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılmasına səbəb AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat olmuşdur. Hüquqi şəxs “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARİNİN MÜDAFİƏSİ” İctimai Birliyinin (VÖEN:**********) hüquqi ünvanı ünvan 1 xəta istinataqı aparılmış cinayət işi üzrə Nümayəndə xx.xx.2025-ci il tarixdə verdiyi ifadəsindən aşkar olunduğu üçün həmin inzibati xətaya görə məsuliyyətə cəlb etmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Hüquqi şəxs “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARİNİN MÜDAFİƏSİ” İctimai Birliyi hüquqi ünvanı - Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, ev 38, mənzil 3 b (VÖEN:**********) barəsində AR İXM-nin 579-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarı tərtib etmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun və barəsində inzibati xəta haqqında icraat aparılan “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARİNİN MÜDAFİƏSİ” İctimai Birliyinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, iclasda iştirak etməmiş və iştirak etməməsi ilə bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun və barəsində inzibati xəta haqqında icraat aparılan “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARİNİN MÜDAFİƏSİ” İctimai Birliyinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARİNİN MÜDAFİƏSİ” İctimai Birliyinin nümayəndəsi Nümayəndə hər iki müharibədə iştirak etdiyini, qəhrəmancasına vuruşduğunu qeyd etmiş, qarşı tərəfin gəlməsini, tərtib edilən inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarı əsaslandırmalı olduğunu bildirmişdir. Nümayəndə özlərini təqsirli bilmədiyini, müəssisənin heç bir qanunsuz əməl törətmədiyini qeyd etmiş, əlavə olaraq bildirmişdir ki, ictimai birlik Bakı şəhəri, Xətai rayonu ünvanında yerləşir və həmin işə aidiyyət üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Həmçinin, hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsində onun özünün barəsində eyni maddə ilə eyni əsasla tətbiq edilmiş cərimə qərarından şikayətinin olduğunu olduğunu da bildirmişdir. “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARİNİN MÜDAFİƏSİ” İctimai Birliyinin nümayəndəsi Nümayəndə barələrində tərtib edilmiş qərarın qanunsuz hesab edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarı və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 579-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarından müəyyən edilir ki, “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARİNİN MÜDAFİƏSİ” İctimai Birliyi AR İXM-nin 579-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - “Şahidin əlavə dindirilməsi haqqında” protokoldan müəyyən edilir ki, Nümayəndə xx.xx.2025-ci il tarixdə saat 11:20-də ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmişdir. Şəxs ifdəsində göstərmişdir ki,rəhbəri olduğu ictimai birliyin təxminən 50.000 nəfərdən çox üzvü vardır və həmin üzvlərin qeydiyyatı İctimai birliyin baş idarəsində yox, İB-nin 22 şöbəsində aparılır, hər bir üzvün şəxsi işi olur.İB-in hər hansı bir rayon şöbələri yaradılanda və ya ləğv ediləndə Nizamnaməyə uyğun olaraq əmr verilir və əmrlər kitabında qeydiyyatda alınır. Şahid bildirmişdir ki, yaxın zamanda 14 şöbə ləğv edilmiş, möhürü və vəsiqələri geri alınmışdır. Əlavə olaraq qeyd etmişdir ki, İB-in şöbələri yaradılanda və ya ləğv ediləndə hər hansısa bir dövlət orqanına məlumat verilmir, çünki hüquqi şəxs İB-in baş idarəsi sayılır və rayon şöbələrinin yaradılması və ləğv edilməsi hüququ baş idarənin səlahiyyəti qismində Nizamnamədə qeyd edilmişdir. - xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərardan çıxarışdan” müəyyən edilir ki, “X4” İB-nin sədri X3, “Şəhid ailələri, müharibə veteranlarının müdafiəsi” İB-nin sədri Nümayəndə, “AR Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İB-nin sədri X5, “Sabitlik və inkişaf mərkəzi” İB-nin sədri X6 və “Dədə Qorqud” Xeyriyyə Fondunun prezidenti X1 barəsində başlanılmış cinayət təqibinə AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilsin. - AR Prokurorluğu AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən AR Baş Prokurorluğunun Cinayət Təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayevə ünvanlanan xx.xx.2026-cı il tarixli məktubdan müəyyən olunur ki, AR Prokurorluğu AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İB-nin sədri X2 AR CM-nin 309.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin ibtidai istintaqı zamanı “X4”, “Şəhid ailələri, müharibə veteranlarının müdafiəsi”, “Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatı”, “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birlikləri və Dədə Qorqud” Xeyriyyə Fondu tərəfindən üzvlərinin reyestrinin aparılmaması müəyyən edilmiş və həmin İctimai Birliklər tərəfindən üzvlərin reyestrinə aid hər hansı bir sənədi (qeydiyyat jurnalı və s) istintaqa təqdim edilməmişdir. Nəticədə cinayət işindən ayrılmış sənədlərin surətləri “X4”, “Şəhid ailələri, müharibə veteranlarının müdafiəsi”, “Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatı”, “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birlikləri və Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbərləri barədə AR İXMnin 579-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması məsələsinə baxılması üçün AR Baş Prokurorluğunun Cinayət Təqibindən kənar icraatlar idarəsinə göndərilmişdir. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun: 10.4-cü maddəsinə əsasən, ictimai birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin etməlidir. 16.2-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatı yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 14.2.3-cü maddəsinə əsasən, qeyri-kommersiya təşkilatlarında - fəaliyyət predmeti və məqsədləri, fəaliyyət ərazisi, fəaliyyətinin dayandırılması və bərpa edilməsi, qurumun əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan təsisçisinin (təsisçilərinin) daimi yaşamaq üçün icazə müddətinin bitməsi tarixi, ictimai birliklərin üzvlərinin sayı, siyasi partiyaların üzvlərinin reyestri, fondlarda - himayəçilər şurasının üzvləri, fondun nizamnamə kapitalı və təsisçilərin əmlak paylarının həcmi haqqında məlumatlar dövlət reyestrində hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları üçün bu Qanunun 14.1-ci maddəsində nəzərdə tutulmuş məlumatlardan əlavə, hüquqi şəxsin təşkilati-hüquqi formasından asılı olaraq göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1 ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.3 ci maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 579-cu maddəsinə əsasən, qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri tərəfindən qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamış dəyişikliklər (təsis sənədlərində edilmiş və ya hüquqi şəxslərin dövlət reyestrində əvvəllər qeydə alınmış faktların sonrakı dəyişikliyi) əsasında hər hansı fəaliyyətin həyata keçirilməsinə, ictimai birlik tərəfindən onun üzvlərinin reyestrinin aparılmamasına, sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş gəlirin təşkilatın məqsədlərinə yönəldilməməsinə, könüllü fəaliyyətə cəlb edilmiş şəxslərlə müqavilələrin bağlanılmamasına, nizamnaməsində (əsasnaməsində) nəzərdə tutulmuş məqsədlərə zidd fəaliyyət göstərməsinə görə vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarı onunla əsaslandırılmışdır ki, hüquqi şəxs “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARİNİN MÜDAFİƏSİ” İctimai Birliyinin sədri Nümayəndə İB-in xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən “Qeyri-hökumət təşkilatları haqqında” AR Qanununun 10.4-cü maddəsinə əsasən ictimai birliyin xx.xx.2006-cı il tarixdə 1106 nömrəsi ilə dövlət qeydiyyatına alınmasından sonra üzvlərinin reyestrinin aparılmasını təmin etməli olduğu halda bunu etməmiş, bununla da ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARİNİN MÜDAFİƏSİ” İctimai Birliyi Azərbaycan Respublikası İXM-nin 579-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanlar AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Nümayəndə izahatı və toplanmış digər sənədlərlə təsdiq edilmişdir. Toplanmış materialdan görünür ki, Nümayəndə rəhbəri olduğu “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARİNİN MÜDAFİƏSİ” İctimai Birliyinin 50.000 nəfərdən çox üzvü olsa da, həmin üzvlərin reyestri aparılmamışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılmasına səbəb AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat olmuşdur. Hüquqi şəxs “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARİNİN MÜDAFİƏSİ” İctimai Birliyinin (VÖEN:**********) hüquqi ünvanı ünvan 1 xəta istinataqı aparılmış cinayət işi üzrə Nümayəndə xx.xx.2025-ci il tarixdə verdiyi ifadəsindən aşkar olunduğu üçün həmin inzibati xətaya görə məsuliyyətə cəlb etmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Hüquqi şəxs “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARİNİN MÜDAFİƏSİ” İctimai Birliyi hüquqi ünvanı - Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, ev 38, mənzil 3 b (VÖEN:**********) barəsində AR İXM-nin 579cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə araşdırması zamanı “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARİNİN MÜDAFİƏSİ” İctimai Birliyi barəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARİNİN MÜDAFİƏSİ” İctimai Birliyi barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzbati tənbeh tədbrinin aşağı həddə tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 110, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, ev 38, mənzil 3 b ünvanında qeydiyyatda olan “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏR VƏ MÜHARİBƏ VETERANLARİNİN MÜDAFİƏSİ” İctimai Birliyi (VÖEN:**********) AR İXM-nin 579-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 2.500 (iki min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Nizami rayon İcra Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(5-99)-287/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-287/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver