Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-292/2026 10.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclasının katibi Nəsirova Ayan Fərhad qızının katibliyi, Zərərçəkmiş şəxs Ehtiyat oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yunis oğlunun iştirakları ilə Şəxs Yunis oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nizami rayon X4 Elmir Yunis oğlunun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Nizami rayon məhkəməsinə göndərilmişdir. Qeyd edilənlərlə bağlı Nizami Rayon DYPŞ-nin polis baş leytenantı X3 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2026cı il tarixli İXP7735518 nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs Yunis oğlu xx.xx.2025-ci il tarixində saat 21:00-da Babək prospekti ünvanında “MERCEDES BENZ C180” minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Xəta nəticəsində Nizami rayonu, ünvan 1 ünvanında yaşayan xx.xx.1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs Ehtiyat oğluna maddi zərər və sağlamlığına qısa müddətdə səbəb olan yüngel bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qeyd olunan maddə ilə özünü təqsirli bilmişdir. Yalnış avtobus zolağına girərək Zərərçəkmiş şəxs Ehtiyat oğluna zərər vurduğunu, başqa heç nəyə zərər dəymədiyini bildirmişdir. Əməlindən peşman olduğunu nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Ehtiyat oğlu qarşı tərəfdən heç bir şikayətinin olmamasını, Şəxs Yunis oğlunun maddi durumunu nəzərə alaraq barışıq əldə etdiklərini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Yunis oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2026-cı il tarixli İXP7735518 nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs Yunis oğlu xx.xx.2025-ci il tarixində saat 21:00-da Babək prospekti ünvanında “MERCEDES BENZ C180” minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Xəta nəticəsində Nizami rayonu, ünvan 1 ünvanında yaşayan xx.xx.1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs Ehtiyat oğluna maddi zərər və sağlamlığına qısa müddətdə səbəb olan Yüngül bədən xəsarəti yetirmişdir. - xx.xx.2026-cı il tarixli İXP7742334 nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs Ehtiyat oğlu xx.xx.2025-ci il tarixində saat 21:5.-də Babək prospekti ünvanında”TOYOTA CAMRY HİBRİD” minik markalı **-XO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə saat 21:50-də Nizami RPİ-nin PPXB-nin 5953 çağırışlı a/p məlumat verilərək bildirilmişdir ki, Babək prospekti Şassi avto ehtiyat hissələri mağazasının qarşısında “TOYOTA CAMRY” m/lı **-XA-*** n.n.lı a/məil ilə “MERCEDES m/lı **-HX-*** n.n.lı a/m-in toqquşmasını və xəsarət alan vardır. - xx.xx.2025-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan” müıyyən edilir ki, Şəxs Yunis oğlu hadisə zamanı spirtli içki qəbul etməmişdir, ayıq olmuşdur. - xx.xx.2025-ci il tarixli “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, həmin gün hadisə yerinə baxış keçirilmiş, hadisə yeri və vaxtı barədə sxem tərtib olunmuşdur. Hadisə yerinin fotoşəkilləri də iş materiallarına əlavə edilmişdir. -xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 PHŞ-in 1304 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs Ehtiyat oğlunda- alnın şişkinlik halında əzilməsi, səthi əzilmiş yaraları və sıyrığı; burnun qançırı, səthi əzilmiş yarası və sıyrığı; üst dodağın selikli qişasının qansızma fonunda əzilmiş yarası; sol əlin İİ, İİİ barmaqlarının sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanlın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür, dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. - AR Məhkəmə Ekspertiza Mərkəzinin 8/2724 nömrəli ekspert rəyindən müəyyən edilir ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumata əsasən, “MERCEDES BENZ” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs Yunis oğlunun hərəkətlərində “ Yol hərəkəti haqqında” AR Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 42-ci maddəsinin 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə TOYOTA CAMRY markalı **- XQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Zərərçəkmiş şəxs Ehtiyat oğlunun hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. Sürücü Zərərçəkmiş şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürət ilə idarə etməsi şəraitində onun hərəkətlərində “ Yol hərəkəti haqqında” AR Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. - 02.01.2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan müəyyən edilir ki, Şəxs Yunis oğlunun əməlində cinayət tərkibi olmadığından AR CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Aparılmış təhqiqat araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs Yunis oğlu xx.xx.2025-ci il tarixində saat 21:00-da Babək prospekti ünvanında “MERCEDES BENZ C180” minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Xəta nəticəsində Nizami rayonu, ünvan 1 ünvanında yaşayan xx.xx.1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs Ehtiyat oğluna maddi zərər və sağlamlığına qısa müddətdə səbəb olan yüngül bədən xəsarəti yetirmişdir. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətlərindən müəyyən edilir ki, **-HX-***, göy rəngli, sedan tipli, MERCEDES BENZ C180 markalı avtomobil X1 məxsusdur. - Zərərçəkmiş Zərərçəkmiş şəxs Ehtiyat oğlu xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, Şəxs Yunis oğluna qarşı heç bir şikayət və tələbi olmadığını, barışıq əldə etdiklərini öz imzası ilə təsdiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə AR İXM-nin 32-ci maddəsinə əsaslanaraq Şəxs Yunis oğlunun əməlini etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Şəxs Yunis oğlunun 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti ağırlaşdıran halların olmamasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, əməlini etiraf etməsini və əməlindən peşman olmasını, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Yunis oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1998-ci il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Yunis oğlu AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(5-99)-292/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-292/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver