Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-99)-310/2026 28.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, X1 Azərbaycan Respublikası DİN-nin Abşeron rayon DYPİ-nin inzibati xəta haqqında iş üzrə xx.xx.2026-cı il tarixli, TP seriyalı, ******* saylı qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: X2 Azərbaycan Respublikası DİN-nin Abşeron rayon DYPİ-nin inzibati xəta haqqında iş üzrə xx.xx.2026-cı il tarixli, TP seriyalı, ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət və əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası DİNnin Abşeron rayon DYPİ-nin xx.xx.2026-cı il tarixli, TP seriyalı, ******* saylı qərarına əsasən törədilməsi ehtimal olunan inzibati xəta hadisəsi xx.xx.2026-cı il tarixdə ünvan 1 ünvanında X4 tərəfindən törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Həmin Məcəllənin 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127- 3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göründüyü kimi, hazırki iş üzrə X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 342.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi Abşeron rayonu ərazisində törədilmiş, X2 tərəfindən isə şikayətə onun yaşadığı yer üzrə aidiyyəti məhkəmədə baxılmasına dair vəsatət əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-in 112.4-cü maddəsinə əsasən, hakim inzibati xəta haqqında işə baxarkən bu məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki mübahisələndirilən qərar elektron qərar olmadığından və şikayətə onun yaşadığı yer üzrə aidiyyəti məhkəmədə baxılmasına dair vəsatət əlavə edilmədiyindən X1 Azərbaycan Respublikası DİN-nin Abşeron rayon DYPİ-nin xx.xx.2026-cı il tarixli, TP seriyalı, ******* saylı qərarından verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birgə baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110cu maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası DİN-nin Abşeron rayon DYPİ-nin xx.xx.2026-cı il tarixli, TP seriyalı, ******* saylı qərarından verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birgə baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(5-99)-310/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(5-99)-310/2026
28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver