Məhkəmə qərarları › İş №3(5-99)-323/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-323/2026

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-323/2026 10.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Nəsirova Ayan Fərhad qızının katibliyi ilə Şəxs MMC-nin (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İXM-nin 253- 1.3-cü və 253-1.4-cü maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Nizami Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 253-1.3-cü və 253-1.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli MN2365359 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. xx.xx.2025-ci il tarixli MN2365359 nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 85K ünvanında yerləşən Şəxs MMC-nin ərazisində xx.xx.2025-ci il tarixində DEEA-nın xx.xx.2021-ci il tarixli, 22/26 nömrəli rəyi əsasında götürülmüş yaşıllıqların yerində bərpa edilməməsi və yaşıllıqların mühafizə qaydaları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə AR İXM-nin 64.3-cü maddəsinə əsasən, məhkəmə iclasına Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədə uyğun hesab edir. Məhkəmə tərtib olunmuş xx.xx.2025-ci il tarixli akt, əlavə edilmiş fotoşəkillər və toplanmış digər sübutlarla birlikdə iş materiallarını araşdırıb onlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 253-1.3-cü və 253-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Amir Seyidli, Hikmət Zamanov və Murad Muradov tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli il tarixli aktdan görünür ki, idarənin müvafiq sərəncamına əsasən keçirilmiş monitorinqlər zamanı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 85K ünvanında yerləşən Şəxs MMC-ə məxsus xəstəxananın inzibati binasının arxa tərəfində aparılan tikinti işləri nəticəsində yaşıllıqların mühafizə qaydalarının pozulması faktı aşkar edilmişdir. Araşdırma zamanı qeyd olunan ünvanda mövcud olmuş 2 (iki) ədəd quru və qəzalı aöacların X3 Agentliyinin xx.xx.2021-ci il tarixli 22/26 nömrəli rəyinə əsasəngötürüldüyü, həmçinin xəstəxananın baş həkimi X2 tərəfindən təqdim olunmuş fotoşəkillərdə isə 1 (bir) ədəd köküstə quru vəziyyətdə sərv ağacının aşdığına görə X1 əməkdaşları tərəfindən götürüldüyü, həmçinin xəstəxananın inzibati binasının arxa tərəfində mövcud olan yaşıllıqlar mövcud qanunvericiliyin tələblərini pozmaqla, ara məsafəsi saxlamadan və DEEA-nın müsbət rəyi əsasında götürülmüş yaşıllıqların yerində bərpa edilmədən birmərtəbəli qeyri-yaşayış sahəsi (xəstə yaxınları üçün gözləmə otağı) binası inşa olunduğu məlum olmuşdur. Araşdırma zamanı özünü sözügedən xəstəxananın baş həkimi kimi təqdim edən X2 şifahi olaraq “xəstəxananın koridoru kifayət etmədiyi üçün əlavə olaraq gözləmə otağı inşa etdiklərini bildirmiş, lakin qeyri-yaşayış obyektinə məxsus həmçinin tikinti işlərinin aparılmasına dair heç bir sənəd təqdim etməmişdir. Bununla da “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” AR Qanunlarının və AR NK-nin xx.xx.2018-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydası təyinatı və onlardan istifadə qaydası (rejimi)” tələbləri pozulmuşdur. Fotoşəkillər və müvafiq sənədlər akta əlavə olunmuş, akt iki hissədən ibarət tərtib olunmuşdur. - xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-ə ünvanlanmış məktubdan müəyyən edilir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 85K ünvanında yerləşən Şəxs MMC-ə məxsus xəstəxananın inzibati binasının arxa tərəfində aparılan tikinti işləri nəticəsində yaşıllıqların mühafizə qaydalarının pozulması faktı aşkar edilmişdir. Aşkar edilmiş faktla əlaqədar olaraq inzibati araşdırmada iştirakla bağlı Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi xx.xx.2025-ci il tarixində saat 10:00-da 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət edilmişdir. Qeyd olunan tarixdə idarəyə getməyəcəkləri təqdirdə onların iştirakı olmadan baxılacağı məktubda qeyd edilmişdir. - İş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, qeyd olunan ərazidə zədələnmiş və məhv edilmiş yaşıllıqlar və onların hissələri bərpa edilməməmiş, xəstəxananın inzibati binasının arxa tərəfində aparılan tikinti işləri nəticəsində yaşıllıqların mühafizə qaydaları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.3-ci maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 253-1.3-cü maddəsinə əsasən, götürülmüş yaşıllıqların yerinin dəyişdirilməməsinə və ya bərpa edilməməsinə, yaxud zədələnmiş və ya məhv edilmiş yaşıllıqların və ya onların hissələrinin bərpa edilməməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir. 253-1.4-cü maddəsinə əsasən, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC barəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 31.3, 40, 110, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2389-cu məhəllə ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikası İXM-nin 253-1.3cü və 253-1.4-cü maddələri ilə təqsirli bilinsin və barəsində 10.000 (on min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Nizami rayon İcra Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar