Məhkəmə qərarları › İş №3(5-99)-326/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(5-99)-326/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-99)-326/2026 29.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Nizami rayon məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənova Kəmalə Qədir qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında material Nizami Rayon Məhkəməsinin inzibati binasında işin baxılmağa hazırlanması zamanı baxaraq, məhkəmə müəyyən etdi: Şəxs MMC barəsində X1 müfəttişi X2 tərəfindən xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati materiala əlavə edilmiş sənədlərdən görünür ki, inzibati xəta hadisəsi Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi ünvanında baş vermişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ünvan 1 ünvanında qeydiyyatda olsa da, sözügedən inzibati işə Nizami Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, inzibati xətanın törədildiyi yer Şəxs MMC-yə məxsus aptek təşkilatının fəaliyyət göstərdiyi ünvan, yəni, Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsidir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMCyə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi ünvanında yerləşən aptek təşkilatında xx.xx.2026-cı il saat 11:30-da aptek təşkilatlarına dair tələblərin pozulması faktı aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1-ci maddəsinə əsasən işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2-ci maddəsinə əsasən işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, məhkəmə inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi qərar qərardad qəbul edir. 110.1-cimaddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görəvəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli Qərarına əsasən hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir. İnzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Belə olan halda, məhkəmə hesab edir ki, hərəkətlə törədilən inzibati xəta haqqında materiala inzibati xəta hadisəsinin törədildiyi yer üzrə müvafiq məhkəmədə baxılmalıdır. Beləliklə, sözügedən inzibati işə Nizami rayon məhkəməsində baxılması mümkün olmadığından inzibati materiala aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106və109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində X1 müfəttişi X2 tərəfindən Azərbaycan Respublikası İXP-nin 452.3-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar