Məhkəmə qərarları › İş №3(5-99)-35/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-35/2026

03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-99)-35/2026 03.03.2026 BAKI ŞƏHƏRI NIZAMI RAYON MƏHKƏMƏSI Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Şadiyə Zaur qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndələri X1, X3 və X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi İskəndərov Saleh Etibar oğlunun iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, işçilərin xüsusi geyim vasitələri olmadan işə cəlb edilmələri barədə mediada dərc olunmuş məlumat əsasında münasibət bildirmələri və sənədləri təqdim etmələri üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin işəgötürəninə *-**-*/*-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli məktub ünvanlanmış, lakin 7 iş günü ərzində məktuba cavab verilməmiş, sənədlər təqdim olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən inzibati xəta haqqında protokola dair yazılı etiraz verilmiş, etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə inzibati xəta haqqında icraat məhkəmənin icraatındadır. İş materiallarında iddia olunmaqdadır ki, X6 Xidməti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2025-ci il tarixli, *-**-*/*-***** saylı sorğu ünvanlanmış, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən hər hansı cavab ünvanlanmamışdır. Buna görə də, İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə) törədilmişdir. Nəzərə çatdırırlar ki, qeyd olunan məktub ümumiyyətlə MMC-yə çatdırılmamışdır. Bu barədə və ümumilikdə həmin məktubun göndərilmiş olması barəsində belə poçt qəbzi iş materiallarına əlavə edilməmişdir. X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** saylı məktub podratçısı olduqları “xxxx” MMC-yə göndərilmişdir. Həmin məktubda Bakı şəhəri Yasamal rayonu ərazisində Cəfər Cabbarlı, Fuad İbrahimov, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova və Sübhi Salayev küçələrinin əhatə etdiyi ərazidə işləyən işçilər və zəruri sənədləşmələr barədə məlumat verilməsi bildirilmişdir. Həmin məktuba həm “xxxx” MMC, həm də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən cavab məktubları ünvanlanmışdır. Lakin sonrakı proseslər barədə MMC-yə hər hansı məlumat daxil olmamışdır. İnzibati orqan tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırma aparılmamışdır. İnzibati orqan tərəfindən ünvanlanmış ##.##.2025ci il tarixli məktuba tərəflərindən tam və ətraflı şəkildə cavab verilmiş, zəruri sənədlər həmin məktuba əlavə edilmişdir. İXM-nin 539.3-cü maddəsinin tələblərinin pozulması üçün ilk olaraq müvafiq icra hakimiyyəti orqanının tələbi MMC-yə çatmış olmalıdır. Halbuki, hal-hazırki vəziyyətdə həmin məktubun göndərilmiş və çatmış olması barədə hər hansı sübut əlavə edilməmişdir. Bu səbəbdən də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən törədilmiş hər hansı inzibati xəta tərkibi yoxdur. Belə olan halda, MMC-nin məlumatı olmadığı məktuba cavab verməməsi səbəbindən inzibati məsuliyyətə cəlb edilməsi tamamilə absurddur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXMnin 539.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, elektron qaydada göndərilmiş məktublar 3 gün ərzində çatdırılmış hesab olunur. Qeyd edilənlərə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndələri X3 və X2 inzibati xəta haqqında protokolu və digər nümayəndənin dəlillərini müdafiə etmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi İskəndərov Saleh Etibar oğlu yazılı etirazının dəlillərini müdafiə etmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubundan görünür ki, Bakı şəhəri Yasamal rayonu ərazisində Cəfər Cabbarlı, Fuad İbrahimbəyov, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova və Sübhi Salayev küçələrinin əhatə etdiyi ərazidə hündürmərtəbəli yaşayış kompleksinin tikintisi davam etməkdə olan “E” blokunda işləyən işçilərin fərdi mühafizə vasitələrindən istifadə olunmadan, eyni zamanda gecə vaxtı işlərə cəlb edilmələri barədə Xəzər TV-də təqdim olunan video görüntülərə və məlumatlara Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. Bununla əlaqədar müvafiq sənədlərin - işçilərin fərdi mühafizə vasitələrindən istifadə olunmadan və gecə saatlarında işə cəlb edilmələri ilə bağlı məsələyə münasibət məktubları (ətraflı məlumat, qeyd olunan iş prosesinin nə zaman, hansı sahədə və şəraitdə baş verməsi; qeyd olunan tikinti sahəsində çalışan işçilərin fərdi mühafizə vasitələri və geyimlərlə təmin olunmaları barədə təsdiqedici sənədlərin surəti; həmin blokun tikintisində işləyən şəxslərin əmək müqavilələrinin surəti; həmin şəxslərin iş vaxtlarının uçotu tabellərindən çıxarışlar; istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən çıxarış; əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair keçirilən təlimatlar haqqında sənədlərdən çıxarışlar; gecə saatlaında işləyən işçilərin növbə cədvəlləri, iş vaxtlarının uçotu tabellərindən çıxarışlar - 7 iş günü ərzində Xidmətin Bakı şəhər idarəsinə təqdim olunması xahiş edilmiş, məktub icra edilmədiyi halda Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli, 3-17-5/2-88692/2025 nömrəli məktubu “ASİS” elektron sistemi ilə ## ###### 2025-ci il tarixdə şəxsi kabinetə yerləşdirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti haqqında Əsasnamə”nin 1.1-ci bəndindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin yazılı etirazında və məhkəmə iclasında göstərdiklərinə münasibətdə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən “ƏMAS” vasitəsi ilə ünvanlanmış ##.##.2025-ci il tarixli, 3-17-5/2-88692/2025 nömrəli sorğu məktubu, ##.##.2025-ci il tarixdə “ASİS” elektron sistemi ilə şəxsi kabinetə yerləşdirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Sözügedən sorğunun “ƏMAS” vasitəsi ilə elektron qaydada göndərilərək ## ###### 2025-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə çatdırılmasından sonra, 7 iş günü ərzində sorğuda əksini tapmış müvafiq məlumatların (sənədlərin) təqdim edilməməsi, İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə nəticələnmişdir. İrəli sürülən dəlillər və etirazın əsasını təşkil edən hallar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Baxmayaraq ki, barəsində inzibati icraat aparılan şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyildir, hüquqi şəxsin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”ndə mövcud olan şəxsi (elektron) kabinetinin “Rəsmi yazışmalar-Daxil olan məktublar” bölməsinə real vaxt rejimində baxış keçirilməsi üçün şərait yaradılmamışdır, görüntü şəklində təqdim olunan sübuta baxış zamanı isə həmin görüntülərin iş üçün sübut əhəmiyyəti daşıyan mötəbər sübut kimi qəbul edilməsinə əsasların olmadığı müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə, inzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına, inzibati tənbeh verilməsinə mane olan, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Eyni Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXMnin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar