Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-365/2026 24.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Şadiyə Zaur qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 1957-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdam rayonunun Poladlı kəndində qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsi, ev 191, mənzil 217-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 21 yanvar 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 10 yanvar 2026-cı il tarixdə, saat təxminən 21 radələrində idarə etdiyi “Toyota RAV-4 minik” markalı, **-MQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektində üzü “Qara Qarayev” metrostansiyası istiqamətində hərəkətdə olarkən, yol hərəkəti qaydalarını pozub düzgün ara məsafəsi saxlamadığından avtomobilin ön hissəsi ilə onunla eyni istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai Sonata minik” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 10 yanvar 2026-cı il tarixdə, saat təxminən 20 radələrində idarə etdiyi “Toyota RAV-4” markalı, **-MQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu Qara Qarayev prospektində üzü “Qara Qarayev” metrostansiyası istiqamətində təxminən 30-40 km/saat sürətlə, üçüncü (ən sol) hərəkət zolağı ilə hərəkətdə olmuşdur. Hərəkətdə olduğu zaman sağ tərəfə, ikinci hərəkət zolağına manevr etməyə hazırlaşarkən, diqqətinin avtomobilin ön sağ yan güzgüsünə yönəlməsi səbəbindən qarşıda işıqforun qırmızı işığında dayanmış vəziyyətdə olan “Hyundai Sonata” markalı avtomobilə vaxtında reaksiya verə bilməmiş, nəticədə avtomobilinin ön hissəsi ilə həmin avtomobilin arxa hissəsinə dəyərək toqquşmuşdur. Hadisə nəticəsində həmin avtomobilin sürücüsünün burnu sükana dəyərək yüngül xəsarət almışdır. Havanın yağışlı olması və yol örtüyünün sürüşkən vəziyyətdə olması səbəbindən əyləci basan zaman sürüşmə olmuş və bu hal toqquşmaya səbəb olmuşdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 10 yanvar 2026-cı il tarixdə, saat təxminən 20 radələrində idarə etdiyi “Hyundai Sonata” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu Qara Qarayev prospektinin əsas yolu ilə “Qara Qarayev” metrostansiyası istiqamətində təxminən 50 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmin prospektdə yerləşən işıqforun qırmızı işığında avtomobilini yol hərəkəti qaydalarına uyğun tam dayandıraraq qarşısındakı avtomobilin hərəkətə başlamasını gözləmişdir. Bu zaman avtomobili tam dayanmış vəziyyətdə olduğu halda, arxadan hərəkətdə olan “Toyota” markalı avtomobilin sürücüsü diqqətsizlik edərək avtomobilinin ön hissəsi ilə onun avtomobilinin arxa hissəsinə dəyərək toqquşmuşdur. Hadisə nəticəsində onun baş nahiyəsi avtomobilin sükanına dəymiş, burun nahiyəsindən xəsarət almışdır. Hadisəni törədən Şəxs şikayəti yoxdur. İşdə olan canlı şəxsin ekspertizasına dair 14 yanvar 2026-cı il tarixli 28 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs sağ gözaltı nahiyyənin qançırı, hər iki burun dəliyində tənəffüs məhdudluğu ilə müşayiət olunan burnun şişkinlik halında əzilməsi, burun belinin sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə,yəni xx.xx.2026-cı il tarixdə yolnəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan 10 yanvar 2026-cı il tarixli qərardan görünür ki, HK-1-15 nömrəli araşdırma materialı üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğundan inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iş üzrə zərərçəkmiş şəxsin şikayətinin olmamasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(5-99)-365/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-365/2026
24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver