Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-366/2026 11.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Nəsirova Ayan Fərhad qızının katibliyi, qərardan şikayət verən şəxs X1, qərarından şikayət verilmiş Bakı şəhər BPİ-nin X7 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, X3 tərəfindən Bakı şəhər X8 İdarəsinin qəbul etdiyi xx.xx.2025-ci il tarixli TP7649936 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Bakı şəhər DYPnin xx.xx.2025-ci il tarixli TP7649936 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, etibarnamə ilə idarə etdiyi “Tesla Y” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixində, təxminən saat 11:20 radələrində "Koroğlu" metrosunun yaxınlığında yerləşən "Bravo" hipermarketin duracağında "Yango" şirkəti tərəfindən növbəti sifariş qəbul edib müştəri tərəfə yola düşmüşdür. Körpünü keçib "Madonna" şadlıq sarayının qarşısındakı dairədə dayanmış, tam hərəkətsiz olan zaman avtomobilin konsolunda yerləşən (avtomobilin cihazlar panelində telefon tutacağı yerləşdrrmək üçün yer yoxdur) telefon tutacağındakı telefonu heç bir düymədən istifadə etməyərək (çünki sifarişdə olan zaman telefonun ekranı daimi açıq olur), əlinə götürmədən sadəcə özünə tərəf çevirmişdir ki dairənin hansı çıxışından yolunu davam etməli olduğunu aydınlaşdırsın. Bu zaman YPX patrul avtomobili onun yanında saxlayaraq 342.6 maddəsi ilə İXP7601112 saylı 50 (əlli) manatlıq cərimə protokolu təqdim etdiyini bildirmişdir. X3 xx.xx.2025-ci il tarixində “e-polis” tədbiqi vasitəsilə Bakı şəhəri BDYPİ-ə şikayət ərizəsi göndərdiyini, 40 gündən artıq keçsə də şikayətinə baxılmadığını, yalnız xx.xx.2026-cı il tarixində DİN-in 102 xidmətinə zəng edib şikayət etdikdən sonra onu xx.xx.2026-cı il tarixində idarəyə dəvət edərək TP7649936 saylı qərarı qüvvədə saxlamaqla təqdim etmişlər. X3 bildirmişdir ki, telefonu tutacağın üstündə biraz fırladıb, heç bir düymədən və funksiyadan istifadə etməyərək, sadəcə telefona baxmaq hansısa bir əşyaya baxmaq kimi qiymətləndirilir, və qayda pozuntusu kimi dəyərləndirilməməlidir. Bütün bunları nəzərə alaraq TP-7649936 saylı qərarın ləğv edilərək işə xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, xx.xx.2025-ci il tarixində Q.Qarayev ərazisindən sifariş gəldiyi üçün dairəyə yaxınlaşmış, dairəyə giriş hissədə digər nəqliyyat vasitələrinin keçməyini gözlədiyi vaxt, sağ tərəfdə telefon tutacağının üzərində olan telefonda proqrama daxil olmuşdur. Bu zaman Yol polisi idarəsinin əməkdaşları maşınla onun yanında dayanmış və ona telefondan istifadəyə görə protokol tərtib etmişlər. O, telefonu əlində saxlamamış, telefon maqnit tutacağın üzərində olduğu vaxt telefonda proqrama baxmışdır. X3 şikayət ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Bakı şəhər BPİ-nin X7 İdarəsinin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, hazırki sənədlərdən və məhkməyə təqdim edilən səs yazızsından müəyyən edilir ki, yol polis əməkdaşı nəqliyyat vasitəsi hərəkətdə olan zaman sürücünün telefondan istifadə etdiyini müşahidə etmişdir. Daha sonra sürücünü saxlamış və inzibati xətanın mahiyyətini izah etmişdir. Vətəndaş barəsində tətbiq olunmuş cəzanı qəbul etməyə bilər, lakin məhkəmə iclasında da sübuta yetirilir ki, o, nəqliyyat vasitəsilə hərəkətdə olarkən telefonu əldə saxlamaqla ondan istifadə etmişdir. X4 şikayətin təmin edilməməsini, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, TP7649936 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 “TESLA MODEL Y” minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkətdə olan zaman sürücünün əlində telefon saxlayaraq ondan istifadə etməsinə görə İXM-nin 327.2-ci maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. -Məhkəmə iclasında inzibati orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş audio yazıya əsasən müəyyən olur ki, yol polis əməkdaşları sürücü X1 əlində telefon saxlamaqla istifadə etdiyini görmüş və “saxla” əmri vermiş, sürücü telefon vasitəsindən yalnız proqrama baxmaq üçün istifadə etdiyini bildirmişdir. Səs yazısından həmçinin müəyyən edilir ki, şikayət vermiş şəxs şikayət ərizəsində və məhkəmə iclasında telefonu əlində saxlamadığını bildirsə də, polis əməkdaşı ilə danışıq zamanı telefonu əlində saxlamadığını bildirmir, yalnız prorqamdan istifadə etdiyini qeyd edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun: 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. 37-ci maddəsinin V hissəsinin 2-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsünə nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək qadağandır. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin: 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücü telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə əlli manat məbləğində cərimə edilir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Göründüyü kimi X3 nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əlində saxlamaqla ondan istifadə etmiş, bununla da inzibati xəta hadisəsi törədilmiş və barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanları və məhkəməyə təqdim olunmuş qayda pozunutusunu əks etdirən audio yazını, həmin səs yazısında şikayət vermiş şəxsin polis əməkdaşı ilə danışıq zamanı onun telefonu əlində saxlamağına dair etiraz etmədiyini, yalnız proqamdan istifadə etdiyini bildirərək etiraz etdiyini həmçinin, şikayət ərizəsində hərəkətsiz dayandığı vaxt proqrama baxdığını qeyd etsə də, məhkəmə iclasında o, yolun hərəkət hissəsində dayandığı vaxt inzibati xəta hadisəsinin aşkar olunduğunun müəyyən edildiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar əsaslı və qanunidir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri ictimai mənəviyyatı, ictimai qaydanı və ictimai təhlükəsizliyi, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İstər fiziki və hüquqi şəxslər, istərsə də inzibati orqanlar tərəfindən inzibati xətaların qarşısının alınması istiqamətində bütün tədbirlər həyata keçirilməli və heç biri qanunun onlara verdiyi imkanlardan sui-istifadə etməməlidir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir. Odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir və X1 barəsində Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP7649936 nömrəli qərar ləğv edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət vermiş şəxs X1 Bakı şəhər X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP7649936 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(5-99)-366/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-366/2026
11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver