Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-99)-367/2026 29.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənova Kəmalə Qədir qızının katibliyi ilə, X3 tərəfindən inzibati xəta haqqında protokoldan verilmiş şikayətə baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, müəyyən etdi: X3 tərəfindən inzibati xəta haqqında protokoldan verilmiş şikayət ərizəsi xx.xx.2026cı il tarixində məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan verilmiş şikayətə məhkəmə tərəfindən baxılmağa hazırlanması zamanı hazırkı iş üzrə mübahisələndirilən protokolun, qərarın və buna aid hər hansı sənədin ərizəyə əlavə edilmədiyi müəyyən olunmuşdur. Belə ki, şikayətdə inzibati xəta haqqında İXP ******* saylı, xx.xx.2026-cı il tarixli protokol mübahisələndirmişdir, məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokolun mübahisələndirilməsi nəzərdə tutulmamışdır, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs həmin protokol əsasında tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Həmçinin, qərardan şikayət verildikdə həmin qərarın əsli və ya surəti şikayətə əlavə edilməlidir. Lakin hazırkı şikayət yuxarıda qeyd olunanlara riayət edilmədən məhkəməyə verilmişdir Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokoldan verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, X1 şikayətini icraata götürərək baxmaq hazırda mümkün deyildir. Mübahisələndirilən protokol əsasında qəbul edilmiş qərarın təqdim edilməməsi onların qanuniliyinin yoxlanmasını mümkünsüz edir. Protokolun və ya qərarın mövcud olub-olmamasının, hansı tarixdə, kim tərəfindən tərtib edilməsi və qəbul edilməsinin dəqiq məlum olmaması, qanuniliyinin yoxlanmasının qeyri-mümkünlüyü şikayəti icraata götürüb baxmağa yol vermir və bunlar şikayət üzrə icraatı rədd edən hallardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 132.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokoldanverilmiş şikayət ərizəsi şikayətçiyə geri qaytarılmalıdır. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, şikayətçi mübahisələndirdiyi inzibati xəta haqqında protokolun, inzibati tənbeh vermə haqqında qərarın təsdiq olunmuş surətinivə buna aid sənədləri şikayətinə əlavə edərək təkrarən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 128, 130, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 inzibati xəta haqqında İXP ******* saylı, xx.xx.2026-cı il tarixli protokolun ləğv edilməsi barədə verdiyi şikayət icraata qəbul edilməsin və X2 geri qaytarılsın. X2 izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırmaqla inzibati tənbeh vermə haqqında qərarın əsli və ya surətini əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(5-99)-367/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(5-99)-367/2026
29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver