Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-368/2026 10.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Kəmalə Qədir qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Şəxsnın inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokollara baxılması üçün Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN2705916 nömrəli protokola əsasən məlum olur ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:00-da 8-ci km qəsəbəsində “ŞAH” geyim mağazasında X6 məxsus 80 (səksən) manat dəyərində geyim əşyalarını oğurlamışdır. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN2705904 nömrəli protokola əsasən məlum olur ki, vətəndaş Şəxs xx.xx.2026-cı il tarixdə saat 09:00-da Qara Qarayev prospekti 126 ünvanında X7 məxsus obyektin çöl hissəsinə quraşdırılmış 60 (altmış) manat dəyərində su sayğacını oğurlamışdır. Məhkəmə iclas zalında Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektoru, polis mayoru X9 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:00-da 8-ci km qəsəbəsində “ŞAH” geyim mağazasında X6 məxsus 80 (səksən) manat dəyərində geyim əşyalarını oğurlamışdır. Həmçinin o, xx.xx.2026-cı il tarixdə saat 09:00-da Qara Qarayev prospekti 126 ünvanında X7 məxsus obyektin çöl hissəsinə quraşdırılmış 60 (altmış) manat dəyərində su sayğacını oğurlamışdır. Şəxs barəsində xx.xx.2026-cı il tarixli MN2705916 və MN2705904 nömrəli protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. X1 Mirzə Eldar oğlu barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclas zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək özünü təqsirli bildiyini, əməlindən çox peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödədiyi, zərərçəkmiş şəxslərlə barışdığı üçün barəsində aparılan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclas zalında zərərçəkmiş şəxs X10 izahat verərək ona dəymiş ziyanın tam ödənildiyini, Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Həmçinin yazılı ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın tam ödənildiyini, Şəxs ilə barışdığını öz imzası ilə təsdiq etmişdir. Şəxs oğlnun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək, aşağıdakılara və İXM-in tələblərinə əsasən hesab edir ki, Şəxs barəsində AR İXM-in 227-ci maddəsilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata, dəymiş ziyan tamamilə ödədildiyindən və zərər çəkmiş şəxslə barışıq əldə olunduğundan xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Raport”dan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X10 DİN-in 102 xidməti-zəng mərkəzinə və Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət edərək, həmin tarixdə saat 19 radələrində geyim əşyaları almaq məqsədilə Nizami rayonu, 8-ci km bazarında yerləşən “LOTOS” TM-nə getdiyini, bazarlıq etdikdən sonra ayaqqabı almaq məqsədilə bazarda yerləşən piştaxtaya yaxınlaşdıqda əlində olan geyim əşyalarını oraya qoyduğunu, bir qədər ayaqqabılara baxdıqdan sonra geyim əşyalarını götürmək istədikdə əşyalarının orada olmadığını, naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. - xx.xx.2026-cı il tarixli “Raport”dan müəyyən edilir ki, həmin tarixdə saat təxminən 18:30 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları xidmət aparan zaman Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanında bir nəfər şəxsin özünü şübhəli apardığından ona yaxınlaşaraq ad, soyadını deməsini tələb etmişlər. Həmin şəxs özünü müxtəlif adlarla təqdim etdiyindən onun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün 24-cü polis şöbəsinə dəvət olunmuşdur. Şöbədə həmin şəxsin xx.xx.1983-cü il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. Onunla profilaktik söhbət aparılan zaman o, xx.xx.2026-cı il tarixdə Qara Qarayev prospekti 126 ünvanında X7 məxsus obyektin çöl hissəsinə quraşdırılmış su sayğacını oğurladığını etiraf etmişdir. - Zərərçəkmiş şəxs X3 polisə verdiyi izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində geyim əşyaları almaq məqsədilə Nizami rayonu, 8-ci km bazarında yerləşən “LOTOS” TM-nə getmiş, oradan dəyəri 45 (qırx beş) manat olan bir ədəd şalvar, dəyəri 35 (otuz beş) manat olan bir ədəd köynək almışdır. Bazarlıq etdikdən sonra ayaqqabı almaq məqsədilə bazarda yerləşən piştaxtaya yaxınlaşdıqda əlində olan geyim əşyalarını oraya qoymuş, bir qədər ayaqqabılara baxdıqdan sonra geyim əşyalarını götürmək istədikdə əşyalarının orada olmadığını, naməlum şəxs tərəfindən oğurlandığını qeyd etmişdir. Baş vermiş hadisə nəticəsində ona 80 (səksən) manat məbləğində ziyan dəymişdir. - Zərərçəkmiş şəxs X4 polisə verdiyi izahatından görünür ki, ona məxsus Nizami rayonu, Qara Qarayev prospekti 126 ünvanında yerləşən obyekti icarə əsasında X8 vermişdir. xx.xx.2026-cı il səhər saat 09 radələrində icarədar ona zəng etmiş, obyektin çöl hissəsinə quraşdırılmış su sayğacının naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Həmin sayğacın abone kodu 040933-dür və oğurlanması nəticəsində ona 60 (altmış) manat məbləğində ziyan dəymişdir. -xx.xx.2025-ci il “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarlardan müəyyən edilir ki, Nizami RPi-nin 24-cü polis şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X15 tərəfindən vətəndaş X4 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan qəbul edilmiş qərarın surəti barəsində inzibati qaydada tədbir görülməsindən ötrü aidiyyəti üzrə Nizami RPİ-nin 24-cü PŞ-nə göndərilmişdir. - xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarlardan müəyyən edilir ki, Nizami RPi-nin 24-cü polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru X12 tərəfindən vətəndaş X3 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan qəbul edilmiş qərarın surəti barəsində inzibati qaydada tədbir görülməsindən ötrü aidiyyəti üzrə Nizami RPİ-nin 24-cü PŞ-nə göndərilmişdir. - xx.xx.2026-cı il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan müəyyən edilir ki, Şəxs Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektoru, polis leytenantı X13 tərəfindən xx.xx.2026-ci il tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. - İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN2705916 nömrəli protokola əsasən məlum olur ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:00-da 8-ci km qəsəbəsində “ŞAH” geyim mağazasında X6 məxsus 80 (səksən) manat dəyərində geyim əşyalarını oğurlamışdır. - İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN2705904 nömrəli protokola əsasən məlum olur ki, vətəndaş Şəxs xx.xx.2026-cı il tarixdə saat 09:00-da Qara Qarayev prospekti 126 ünvanında X7 məxsus obyektin çöl hissəsinə quraşdırılmış 60 (altmış) manat dəyərində özünəməxsus su sayğacını oğurlamışdır. - Zərərçəkmiş şəxs X10 məhkəməyə ərizə ilə müraciət edərək, ona dəymiş ziyanın ödənildiyini, Şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini öz imzası ilə təsdiq etmişdir. - Zərərçəkmiş şəxs X11 məhkəməyə ərizə ilə müraciət edərək, ona dəymiş ziyanın ödənildiyini, Şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən dəymiş ziyanın ödənilməsi və zərərçəkmiş şəxsin heç bir şikayəti və tələbi olmadığı üçün Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə maddəsinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1983-cü il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalında inzibati qaydada tutmadan dərhal azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Bakı Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(5-99)-368/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-368/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver