Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-390/2026 13.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Nəsirova Ayan Fərhad qızının katibliyi, AR ƏƏSMN X7 Xidmətinin Bakı Şəhər idarəsinin nümayəndəsi X3 iştirakları ilə Şəxs MMC-nin (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X7 Xidmətinin Bakı Şəhər idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində AR İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X7 Xidmətinin Bakı Şəhər idarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN2409464 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən müəyyən edilir ki, vətəndaş X1 müraciəti əsasında AR ƏM-nin 15.2-ci maddəsinə əsasən müəssisəyə 3-17-512-103938/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub göndərilərək sənədlərin 7 (yeddi) iş günü ərzində təqdim edilməsi tələb edilsə də, 10 (on) günədək müddətə sənədlərin təqdim edilmədiyi müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən AR İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu fakt “Azərpoçt”un göndərişlərinin izlənilməsi altsistemindən çıxarış ilə öz təsdiqini tapır. Əlavə olaraq protokolda qeyd edilmişdir ki, müəssisəsinin rəhbəri protokolun müzakirəsinə dəvət edilsə də, iştirak etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş X7 Xidmətinin Bakı Şəhər idarəsinin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, vətəndaş X1 müraciəti əsasında araşdırılma aparılmışdır. Araşdırma zamanı AR ƏƏSMN yanında DƏMX Bakı Şəhər idarəsi tərəfindən Şəxs MMC-nin ünvanına 3-17-512-103938/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub göndərilmişdir. “Azərpoçt”un göndərişlərinin izlənilməsi altsistemindən çıxarışdan müəyyən edilmişdir ki, həmin məktub xx.xx.2025-ci il tarixində saat 17:42-də hüquqi şəxsə çatdırılmışdır. Həmçinin məktub Şəxs MMC-nin elektron kabinetinə də yerləşdirilmişdir. Həmin məktuba əsasən tələb olunan sənədlər Şəxs MMC tərəfindən 7 (yeddi) iş günü ərzində X7 Xidmətinin Bakı şəhər idarəsinə təqdim edilməmişdir. AR ƏƏSMN X7 Xidmətinin Bakı Şəhər idarəsinin nümayəndəsi inzibati xəta haqqında protokolun təmin edilməsini, Şəxs MMC-nin AR İXM-nin 539-cu maddəsinə əsasən məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - X2 tərəfindən xx.xx.2025-ci il tarixdə ƏƏSMN yanında DƏMX-nin rəsii Vəli Cəfərova ünvanlanan ərizədən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixində Şəxs MMC-dən ƏM 68ci maddəsinin 2a bəndinə əsasən işinə xitam verilmişdir. 2025-ci il avqust ayının tam maaşı, sentyabr ayının 15 (on beş) gününün əməkhaqqısı və 45 günlük əmək məzuniyyətinin ödənişləri ödənməmişdir. Əmək müqaviləsində həftənin 5 günü işləməsi nəzərdə tutulsa da, əlavə günlər də işə çağırılmışdır. Lakin bununla bağlı ona heç bir əlavə ödəniş edilməmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanan xx.xx.2025-ci il tarixli 3-17-5/2-103938/2025 nömrəli məktubdan müəyyən edilir ki, vətəndaş X1 müraciətinə münasibət bildirilməsi məqsədilə onunla bağlanmış əmək müqaviləsinin surəti, vətəndaşın müraciətində qeyd etdiyi məsələ münasibət bildirilməklə ətraflı müşayiət məktubu, son haqq-hesabın hesablanıb ödənilməsinə dair müvafiq sənədlərin surəti, əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlərin surəti, işçinin işlədiyi dövrdə iş vaxtının uçot tabelləri (son 3 ay), məzuniyyət hüququndan istifadə edilməsinə dair müvafiq sənədlər (işçinin ərizəsi, işəgötürənin əmri), məzuniyyət haqqının hesablanmasına və ödənilməsinə dair müvafiq sənədlərin surəti, əməkhaqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surətlərinin (son 3 ay) 7 (yeddi) iş günü ərzində X7 Xidmətinin Bakı şəhər idarəsinə təqdim edilməsi xahiş olunmuşdur. -“Azərpoçt”un göndərişlərinin izlənilməsi altsistemindən çıxarışlardan müəyyən edilir ki, 3-17-512-103938/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub Şəxs MMC-ə xx.xx.2025ci il tarixində saat 17:42-də çatdırılmışdır. -xx.xx.2025-ci il tarixli 3-17-5/2-115821/2025 nömrəli məktubdan görünür ki, Şəxs MMC-nin direktoru X6 inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak edilməsi məqsədilə xx.xx.2025-ci il tarixdə saat 10:00-da 1 saylı Bakı DOST Mərkəzinə dəvət edilmişdir. Eyni zamanda şəxsə bildirilmişdir ki, “Əmək və Məşğulluq” altsistemində əks olunmuş zoom-link vasitəsilə də inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak edilə bilər. - xx.xx.2025-ci il tarixli MN2409464 nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilir ki, vətəndaş X1 müraciəti əsasında AR ƏM-nin 15.2-ci maddəsinə əsasən müəssisəyə 3-17-512-103938/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub göndərilərək sənədlərin 7 (yeddi) iş günü ərzində təqdim edilməsi tələb edilsə də, 10 (on) günədək müddətə sənədlərin təqdim edilmədiyi müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən AR İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. - Şəxs MMC tərəfindən elektron qaydada təqdim edilmiş ərizədə qeyd edilmişdir ki, X7 Xidmətinin tələb etdiyi bütün zəruri sənədlər "xxxx" MMC tərəfindən vaxtında və tam şəkildə təqdim olunmuşdur. Belə ki, xx.xx.2026-cı il tarixində tələb olunan sənədlər elektron qaydada (elektron poçt vasitəsilə) Müfəttişliyə təqdim edilmişdir. xx.xx.2026-cı il tarixində həmin sənədlər və göndərilmiş elektron məktuba dair ekran görüntüləri rəsmi məktubla fiziki formada Müfəttişliyə təhvil verilmişdir. xx.xx.2026-cı il tarixində sənədlərin araşdırılması müddətində cərimənin tətbiqinin şərti olaraq saxlanılması barədə "xxxx" MMC rəsmi müraciət ünvanlanmışdır. xx.xx.2026-cı ildə isə geridönüş əldə etmək məqsədilə təkrar müraciət edilmişdir. Bundan əlavə, "xxxx" MMC tərəfindən dəfələrlə X7 Xidmətində qəbulda olunaraq məsələ ilə bağlı fiziki qaydada müraciətlər edilmişdir. Son qəbul zamanı bir daha bildirilmişdir ki, təqdim edilmiş sənədlər nəzərə alınmaqla sözügedən protokol hüquqi qüvvəsini itirmiş hesab olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq, inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etmiş, məsələnin birbaşa X7 Xidməti ilə aydınlaşdırılmasını məqsədəuyğun hesab etdiklərini bildirmişlər. -Şəxs MMC-nin ƏSSMM- ünvanladığı məktublardan qeyd edilir ki, X7 Xidməti tərəfindən ünvanlanmış məktub və vətəndaşın müraciəti ilə bağlı sənədlərin təqdim edilməsi barədə tələb hüquqi şəxsə gecikmə ilə çatdırılmışdır. Belə ki, sözügedən məktub cəmiyyətin hüquqi ünvanına göndərilmiş, lakin həmin ünvanda faktiki fəaliyyət göstərilmədiyi və poçt göndərişlərinin qəbulu ilə bağlı texniki çətinliklər yarandığı üçün məktubun mövcudluğu barədə CODELANDİA” MMC-ə yalnız xx.xx.2025-ci il tarixdə poçt rabitəsi vasitəsilə məlumat verilmişdir. Müvafiq məktub faktiki olaraq xx.xx.2025-ci il tarixində poçt şöbəsindən təhvil alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.3-ci maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. AR İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs MMC-nin barəsində cəzasını yüngülləşdirənvə ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən hüquqi şəxsin təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs MMC İXM-nin 539.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli və yuxarı həddə cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 31.3, 40, 110, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinsin və 2.500 (iki min beş yüz) manat cərimə edilsin. Qərarın icrası Nizami rayon İcra Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(5-99)-390/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-390/2026
13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver