Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-402/2026 17.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Əfəndiyev Azər İlham oğlunun katibliyi ilə Şəxs MMC-nin (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidmətinin X1 daxil olmuş inzibati xəta haqqında materiala Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində AR İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidmətinin X6 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli MN2409162 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən müəyyən edilir ki, vətəndaş X8 və X13 Şəxs MMC-də əmək hüquqlarının pozulması barədə müraciəti ilə bağlı AR ƏM-nin 15.2-ci maddəsinə əsasən cəmiyyətin rəhbərliyindən xx.xx.2025-ci il tarixli 3-17-5/2-120777/2025 nömrəli məktubla aidiyyəti sənədlər 7 (yeddi) iş günü ərzində təqdim edilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən AR İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu fakt vətəndaşın müraciəti, izahatı və xx.xx.2025-ci il tarixli 3-17-5/2- 120777/2025 nömrəli məktubla öz təsdiqini tapır. Əlavə olaraq protokolda qeyd edilmişdir ki, müəssisəsinin rəhbəri protokolun müzakirəsinə dəvət edilsə də, iştirak etməmişdir. xx.xx.2026-cı il tarixində keçirilmiş məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş X12 Xidmətinin nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, vətəndaş X8 və X9 müraciəti əsasında araşdırılma aparılmışdır. Araşdırma zamanı AR ƏƏSMN yanında DƏMX X6 tərəfindən Şəxs MMC-nin ünvanına 3-17-5/2-120177/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub həm poçt vasitəsilə, həm də elektron qaydada hüquqi şəxsin kabinetinə yerləşdirilmişdir. Poçtla hüquqi ünvana göndərilən məktublar müəyyən əsaslarla çatdırıla bilməsə də ƏMAS-ın saytı vasitəsilə yerləşdirilən sənədləri görmək imkanları olmuşdur. Həmin məktuba əsasən tələb olunan sənədlər Şəxs MMC tərəfindən 7 (yeddi) iş günü ərzində X12 Xidmətinin X3 təqdim edilməmişdir. AR ƏƏSMN X12 Xidmətinin X2 nümayəndəsi inzibati xəta haqqında protokolun təmin edilməsini, Şəxs MMC-nin AR İXM-nin 539-cu maddəsinə əsasən məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin və inzibati xəta haqqında protokol tərtib etmiş X12 Xidmətinin X2 nümayəndəsi nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şəxs MMC-nin və X12 Xidmətinin X2 nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq tVətəndaş örətməsi sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2026-cı il tarixli MN2409162 nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilir ki, vətəndaş X10 və X13 Şəxs MMC-də əmək hüquqlarının pozulması barədə müraciəti ilə bağlı AR ƏM-nin 15.2-ci maddəsinə əsasən cəmiyyətin rəhbərliyindən xx.xx.2025-ci il tarixli 3-17-5/2-120777/2025 nömrəli məktubla aidiyyəti sənədlər 7 (yeddi) iş günü ərzində təqdim edilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən AR İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu fakt vətəndaşın müraciəti, izahatı və xx.xx.2025-ci il tarixli 3-17-5/2-120777/2025 nömrəli məktubla öz təsdiqini tapır. Əlavə olaraq protokolda qeyd edilmişdir ki, müəssisəsinin rəhbəri protokolun müzakirəsinə dəvət edilsə də, iştirak etməmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidmətinin X6 tərəfindən X4 ünvanlanan xx.xx.2025-ci il tarixli 3-17-5/2-M-35406 /2025 nömrəli məktubdan müəyyən edilir ki, vətəndaşın müraciəti araşdırılmış, müraciətdə qeyd edilən əlaqə nömrəsi ilə əlaqə saxlanılmış, heç bir ünvanlarının olmadığı, X8 adlı şəxsi tanımadıqlarını, həmçinin şğbəyə gələ bilməyəcəklərini bildirmişdlər. -X8 və X9 ərizəsinə əsasən müəyyən edilir ki, 2024-cü ilin sentyabr ayında özünü şirkət sahibi kimi təqdim edən Ruslan (əsas şəxs isə qardaşı Əlidir) razılaşma əsasında Bakı şəhərinin müxtəlif ərazilərindən Qarabağa və Qarabağın bir rayonundan digər rayonuna müxtəlif yüklərin daşınmasının lazım olduğunu demiş və şəxslər tərəfindən həmin yükləri sentyabr, oktyabr noyabr və dekabr aylarında müəyyən edilmiş yük göndərən məntəqələrdən yük alan məntəqələrə daşınmışdır. Ruslan (əsas şəxs isə qardaşı Əlidir) isə razılaşdırılmış pulun bir hissəsini vermiş, lakin Məhəmməd qalan 1850 manat və Samirə qalan 600 manat pulu bugünə kimi verməmişlər. Şəxslər şikayət edəcəklərini bildirdikdə “hara və kimə istəyirsinizsə şikayət edin, biz heç sizi tanımırıq, həmin pulu bizi yoxlayanlara verəcəyik, ancaq sizə verməyəcəyik” demişlər. Onu da qeyd etmişlər ki, əmək müqaviləsinin bir nüsxəsi də şəxslərə təqdim edilməmişdir. Həmin hüquqi şəxslərin çöldən-çölə işləyərək nə əmək müqaviləsi, nə də a/maşınlarla bağlı icarə müqaviləsi bağlamadıqlarını da əlavə etmişlər. Lakin yüklənmə (A) və boşalma (B) məntəqələri məlum olduğunu, sənədlərdə a/maşınlarm dövlət qeydiyyat nişanlarının, yük göndərən şirkətin adlarının yazıldığını bildirmişdir. Onlara əmək müqaviləsi təqdim edilmədiyindən Ruslan və Əlinin şirkətlərinin adlarının təxminən “Kənan logistika" və “Yaqub logistika” olduğunu bildirmişlər. -xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, 1 saylı HK-da 42 sayla qeydiyyata alınmış təhqiqat materialı üzrə cinayət işinin başlanması rədd edilmiş, “Ruslan” adlı naməlum şəxsin əməlində AR CM-nin 221-ci maddəsinin, yəni xırda xuliqanlıq cinayət əməlinin tərkib əlamətləri müəyyən edilmədiyinə görə sonuncunun barəsində AR CM-nin 221-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilmiş, vətəndaş X5 döymüş Ruslan adlı naməlum şəxsin əməlində AR İXM 157-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyinə görə sonuncu müəyyən edildiyi vaxt barəsində inzibati təsir tədbirlərinin görülməsinsən ötrü qəbul edilmiş qərarın surəti icra edilməsi üçün Binəqədi RPİ-nin 4-cü PŞ-nə təqdim edilmişdir. -“Məhkəmə işlərinin elektron idarəetmə sistemi” vasitəsilə əldə olunmuş məlumatdan görünür ki, Şəxs MMC-nin VÖEN nömrəsi – **********-dir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.3-ci maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. AR İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs MMC-nin barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən hüquqi şəxsin təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs MMC İXM-nin 539.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli və aşağı həddə cərimənövündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 31.3, 40, 110, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinsin və 2.000 (iki min) manat cərimə edilsin. Qərarın icrası Nizami rayon İcra Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(5-99)-402/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-402/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver