Məhkəmə qərarları › İş №3(5-99)-436/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-436/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-436/2026 17.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Vəliyeva Nazlı Eldar qızının katibliyi, qərardan şikayət verən X3 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul olunmuş, xx.xx.2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul olunmuş, xx.xx.2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərarından məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X4 şikayətində və məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, o, etibarnamə əsasında “DAEWOO GENTRA” markalı, 90EY178 dövlət nömrə nişanlı minik avtomobili ilə Bakı şəhəri, Koroğlu metro stansiyasının yanında avtomobil ilə hərəkətdə olan zaman qarşıda olan digər minik avtomobilinin hərəkətini DYP əməkdaşı dayandırmış, belə olan halda o da idarə etdiyi avtomobilin hərəkətini dayandırmış və gözləmə mövqeyi seçmişdir. DYP əməkdaşı qarşıda saxlanılan minik avtomobilinin sürücüsünü təqribən 2-3 dəqiqədən sonra sərbəst buraxmış və onun hərəkətini dayandırmışdır. DYP əməkdaşı ona bildirmişdir ki, o, hərəkət zolağının 2-ci cərgəsində dayandığı üçün yol hərəkəti qaydalarının müvafiq tələblərini pozmuşdur. Buna görə də inzibati qaydada cərimə olunacaq. O, qarşısında hərəkətini dayandırmış minik avtomobilinə görə avtomobilini saxlamışdır. Onun sağ tərəfində dayanacaqda vətəndaşlar dayanmışdı. O, avtobus dayanacağının qarşısında avtomobili saxlaya bilməzdi. Digər tərəfdən o, daim həmin yol ilə hərəkətdə olur. Ona bu günə qədər heç bir DYP əməkdaşı hərəkətdə olduğu yola görə hərəkətini dayandırmamışlar. Onu ittiham edən DYP əməkdaşı bildirir ki, o, sərnişin götürmək üçün avtomobilini dayandırmışdır. O, heç cürə sübut edə bilməmişdir ki, qarşısında hərəkətdə olan minik avtomobilinin hərəkətini saxladığına görə o, məcbur olaraq öz avtomobilinin hərəkətini dayandırmışdır. Təbii ki, burada onun günahı yoxdur. Kamera görüntüsündə də, onun günahsız olduğu öz əksini tapmışdır. Kamera görüntüsiinə DYP əməkdaşı da baxış keçirmişdir. Onun günahsız olduğuna görə 2 nəfər canlı şahidi də var. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 364.4 maddəsi ilə mənə 72 manat cərimə və 2 bal tətbiq olunmuşdur. O, qərardan narazıdır. Qeyd olunanlara əsaslanaraq, xx.xx.2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və tərəfin izahatını dinləyib hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait edilməlidir. 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması. 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. İş materiallarına əsasən müəyyən edilmişdir ki, X4 İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinib 80 manat məbləğində cərimə olunmuşdur. Lakin qərar qəbul olunan zaman iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar kifayət qədər araşdırılmamışdır. Həmçinin məhkəmə iclası sübutların təqdim edilməsi üçün təxirə salınsa da, qərarından şikayət verilən orqan tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən sübut məhkəməyə təqdim olunmamışdır. Beləliklə, iş üzrə bütün hallar araşdırılmadan X4 barəsində inzibati xəta haqqında qərar çıxarılmışdır. Qeyd olunan halların araşdırılması məqsədilə xx.xx.2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilməli və yenidən araşdırılması məqsədilə Azərbaycan Respublikası DİN Bakı şəhər X7 İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində İXM-nin 346.4-cü maddəsi ilə Azərbaycan Respublikası DİN Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər X7 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar