Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-442/2026 12.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Nəsirova Ayan Fərhad qızının katibliyi ilə Şəxs MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında AR DGK Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında material Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində AR DGK Bakı Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixli 00100-00222/26 nömrəli (EP0286025) nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli 00100-00222/26 nömrəli (EP0286025) nömrəli protokola və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/033197 saylı xx.xx.2025-ci il tarixli raportun icrası ilə əlaqədar, Şəxs MMC ünvanına 94314697 nömrəli nəqliyyat vasitəsi ilə aparılmış Bakı Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********7802 və **********7838 sorğu nömrəli gömrük bəyannamələri Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin malların AR gömrük ərazisinə gətirilməzdən əvvəl AR Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək elektron formada qısa idxal bıyannaməsinin verilmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş DGKnin “X1 Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılmasına” dair çıxarışdan görünür ki, 94314697 nömrəli nəqliyyat vasitəsi ilə Şəxs MMC ünvanına göndərilən mallar xx.xx.2025-ci il tarixdə 03:15 radələrində “Böyük Kəsik” gömrük postundan keçməklə AR gömrük ərazisinə aparılmış, həmin mallara dair qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında AR Prezidentinin xx.xx.2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Nəticədə Şəxs MMC tərəfindən AR İXM 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 3-33-1100/012/033197 saylı xx.xx.2025-ci il tarixli raport, DGK-nin “X1 Sistemi” informasiya resursundan, “Malın çatdırtılması və boşaldılmasına” dair çıxarış və işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş AR DGK Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə məhkəmə iclasına gəlməmiş, iclasda iştirak etməmiş və iştirak etməməsi ilə bağlı məhkəməyə məlumat verməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi, baş mühasibi Ədalət Mirzəyev məhkəməyə yazılı qaydada ərizə ilə müraciət edərək xx.xx.2026-cı il tarixli məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə AR İXM-nin 64.3-cü maddəsinə əsasən, məhkəmə iclasına tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını məqsədə uyğun hesab edir. Məhkəmə iş materiallarında olan inzibati xətaya dair protokolu və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AR DGK Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin rəis müavini Nazim Məmmədli tərəfindən tərtib olunmuş “Raport”, Gömrük xidmətinin VAİS-dən çıxarışlar və xx.xx.2026-cı il tarixli 00100-00222/26 nömrəli (EP0286025) nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə Şəxs MMC ünvanına 94314697 nömrəli nəqliyyat vasitəsi ilə gedən yük, **********7802, **********7838 saylı gömrük bəyannamələri ilə bəyan edilmişdir. Lakin idxalatçı tərəfindən sərhəd gömrük orqanını keçən zaman AR Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. - xx.xx.2025-ci il tarixli gömrük bəyannamələrindən müəyyən olunur ki, ümumi dəyəri 11.127, 87 (on bir min bir yüz iyirmi yeddi manat 87 qəpik) manat olan mallar xx.xx.2025-ci il tarixdə saat 10:20-də, ümumi dəyəri 3.774,44 (üç min yeddi yüz yetmiş dörd manat 44 qəpik) manat olan mallar isə xx.xx.2025-ci il tarixdə saat 11:19-da gömrükdən buraxılmışdır. - xx.xx.2026-cı il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardaddan görünür ki, Şəxs MMC barəsində AR DGK Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı X4 tərəfindən Azərbaycan Respublikası İXMnin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və araşdırma aparılmışdır. - xx.xx.2026-cı il tarixli arayışdan müəyyən edilir ki, AR DGK Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı X2 icraatında olan 00100-00222/26 nömrəli inzibati xətaya dair iş ilə bağlı Şəxs MMC-nin nümayəndəsi, baş mühasibi X3 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon ilə xx.xx.2025-ci il tarixdə saat 12:15-də əlaqə saxlanılaraq ona məlumat verilmişdir. -xx.xx.2026-cı il tarixli 00100-00222/26 nömrəli (EP0286025) nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs MMC tərəfindən AR İXM 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -Şəxs MMC-nin nümayəndəsi, baş mühasibi Ədalət Mirzəyev tərəfindən məhkəməyə yazılı qaydada təqdim edilmiş ərizədən müəyyən edilir ki, o, xx.xx.2026-cı il tarix saat 10:30-a təyin olunmuş məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etiraz etmir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 113.1-ci maddəsinə əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın 2.2-ci bəndinə əsasən, qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının” təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının: 13.1-ci bəndinə əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. 13.2-ci bəndinə əsasən, elektron formada təqdim olunan qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. 13.3-cü bəndinə əsasən, elektron formada təqdim olunan qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən bu məqsəd üçün gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir. 13.4-cü bəndinə əsasən, məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. 13.5-ci bəndinə əsasən, bu hissənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.3-ci maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş AR DGK Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli 00100-00222/26 nömrəli (EP0286025) nömrəli inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs MMC ünvanına 94314697 nömrəli nəqliyyat vasitəsi ilə gedən yük, **********7802, **********7838 saylı gömrük bəyannamələri ilə bəyan edilmişdir. Lakin idxalatçı tərəfindən sərhəd gömrük orqanını keçən zaman AR Gömrük Məcəlləsinin 113.1ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına elketorn formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC barəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 31.3, 40, 110, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Bakı şəhəri, Nizami rayonu, Babək prospeklti ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Nizami Rayon İcra Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(5-99)-442/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-442/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver