Məhkəmə qərarları › İş №3(5-99)-449/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-449/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-449/2026 12.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Nəsirova Ayan Fərhad qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında material Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli MN0874802 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və əlavə sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. AR İN yanında DVX Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinin böyük dövlət vergi müfəttişi X5 və dövlət vergi müfəttişi X7 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN0874802 nömrəli inzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr bazarında faizə pul kreditinin verilməsi ilə bağlı 100 (bir yüz) manat gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirmiş, bununla da, Azərbaycan Respublikasın İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma inzibati xətasını törətmişdir. Qeyd olunanlar Lənkəran Rayon Məhkəməsinin 2(049)-1722/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı, xx.xx.2026-cı il tarixli MN0874802 nömrəli inzibati xəta haqqında protokol və xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla sübut olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş AR İN yanında DVX Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iclasda iştirak etməmiş və iştirak etməməsi ilə bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs göstərilən maddə üzrə özünü təqsirli bildiyini, özündən asılı olmayan səbəbdən, borc verdiyi şəxsdən borcunu vaxtında ala bilmədiyindən bu xətanın törədilməsini etiraf etmişdir. Əlil olduğunu, şəxsiyyət pozuntusu yaşadığını qeyd etmişdir. İnzibati xətanın 100 (bir yüz) manat məblğində olduğunu qəbul etmiş, qanunvericilikdə nəzərdə tutulmuş cəriməni ödəməyə hazır olduğunu bildirmişdir. Bütün bunları nəzərə alaraq müvafiq cərimə cəzasının tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarında olan inzibati xətaya dair protokolu və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AR İN yanında DVX Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN0874802 nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Şəxs AR İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Şəxs xx.xx.2025-ci il tarixində cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. - Lənkəran Rayon Məhkəməsinin 2(049)-1722/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından müəyyən edilir ki, Şəxs əməlində cinayət tərkibi əlamətləri aşkar olduğundan mülki iş materiallarının hazırki qərardada dair hissəsinin surəti xüsusi qərardada əlavə edilməklə araşdırma aparılması üçün Bakı şəhəri Nizami Rayon prokurorluğuna göndərilmişdir. - AR Prokurorluğu Bakı şəhəri Nizami Rayon prokurorluğu tərəfindən AR İN yanında DVX Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinə ünvanlanan məktubdan müəyyən edilir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1722/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə araşdırılması üçün həmin idarəyə göndərilmişdir. - xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, əməldə cinayət tərkibi olmadğından cinayət işinin başlanması həmin tarixdə rədd edilmişdir. - xx.xx.2025-ci il tarixli AR MN Mərkəzi Hərbi Həkim Komissiyanın qərarından müəyyən edilir ki, Ağdam RHK-da qeydiyyatda olan, hərbi çağırış yaşına çatmamış vətəndaş Şəxs 1991-ci il ilin oktyabr ayından xx.xx.1992-ci il tarixədək özünümüdafiə dəstəsinin tərkibində, 1993-cü ilin may ayından 1993-cü ilin iyul ayının sonunadək N nömrəli hərbi hissənin tərkibində könüllü döyüşlərdə iştirak etmiş, xx.xx.1995-ci ildən xx.xx.1998-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmiş, özünümüdafiə dəstəsinin tərkibində döyüşlərdə iştirak edərkən xx.xx.1992-ci il tarixdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində aldığı, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Bağbanlar həkim ambulatoriyada “Qapalı kəllə-beyin travması, beyin silkələnməsi, astenonevrotik sindrom" diaqnozu ilə müalicə olunduğu, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmətibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri- diaqnoz: “Odlu silah mərmi partlayışından sonrakı başın sol ənsə-təpə nahiyyəsində iki ədəd köhnə çapıq toxuması" (Azərbaycan Respublikasının SHXÇDX-nin Ağdam rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 3-43- 2/1-41/2025 nörnrəli göndərişi, xx.xx.2025-ci il tarixli 79 nömrəli arayışı, Bağbanlar həkim ambulatoriyasından verilmiş xx.xx.1992-ci il tarixli arayış, xx.xx.2023-cü il tarixli 01330 nömrəli müharibə veteranı vəsiqəsi, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 xx.xx.2023-cü il tarixli k/416 nömrəli Aktı, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli 2-1(114)-1430/2024 nömrəli Qərarı, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(104)-559/2024 nömrəli Qərarı ilə təsdiq edilir) “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 33.1-ci maddəsinə əsasən vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, filial və nümayəndəliklər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyrirezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar və xüsusi icra məmurları isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 398-ci maddəsinə əsasən, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. 398-ci maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında tədqiq edilmiş AR İN yanında DVX Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN0874802 nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr bazarında faizə pul kreditinin verilməsi ilə bağlı 100 (bir yüz) manat gəlir əldə etməklə dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan sahibkarlıq fəaliyyətini həyata keçirmiş, bununla da, Azərbaycan Respublikasın İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma inzibati xətasını törətmişdir. Məhkəmə araşdırması zamanı Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Əsgərov X4 Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətsə də, inzibati xəta nəticəsində əldə edilmiş gəliri dövlət büdcəsinə köçürməmişdir, ona görə də onun həmin maddənin “Qeyd”inin 2-ci hissəsində nəzərdə tutulan qaydada və əsasla inzibati məsuliyyətdən azad olunması üçün əsaslar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzbati tənbeh tədbrinin aşağı həddə tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 110, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1977-ci il təvəllüdlü, ünvan 3i ünvanında qeydiyyatda olan, ünvan 4 ünvanında yaşayan Şəxs AR İXM-nin 398-ci maddəsi ilə təqsirli bilinsin və barəsində əldə etdiyi 100 (yüz) manat gəlirin iki misli miqdarında, yəni 200 (iki yüz) manat məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdam rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar