Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-451/2026 02.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənova Kəmalə Qədir qızının katibliyi, inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PŞnin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Mingəçevir şəhəri Heydər Əliyev prospekti, ev 74/1, mənzil 19-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 02 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli və 02 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin 02 fevral 2026-cı il tarixli qərardadına əsasən 3(5-99)-451/2026 və 3(5-99)-452/2026 nömrəli inzibati xəta haqqında işlər bir icraatda birləşdirilmiş və birləşdirilmiş işdə 3(5-99)-451/2026 nömrəsi saxlanılmışdır. 02 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs “Lalafo.az” saytında “Playstation 3” oyun konsolu satdığına dair elan yerləşdirmiş, Zərərçəkmiş şəxs1 həmin elanla tanış olmuş və oyun konsolunu almaq məqsədi ilə 30 dekabr 2025-ci il tarixdə saat 12 radələrində elanda yerləşdirilmiş mobil telefon nömrəsi vasitəsi ilə əlaqə saxladıqdan sonra Şəxs “Playstation 3” oyun konsolunu ona 140 manata satmağa razılaşmış, özünün nömrəsini verdiyi plastik kart hesabına Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanında olarkən mobil tətbiq vasitəsilə həmin gün saat 17:23 radələrində 70 manat, saat 17:44 radələrində 70 manat olmaqla köçürdüyü ümumilikdə 140 manat məbləğində pulu əldə etmiş, lakin vədinə əməl etməyib həmin şəxsi aldadaraq dələduzluq yolu ilə 140 manat məbləğində pulunu ələ keçirib maddi ziyan vurmaqla zərərçəkmiş şəxsə məxsus əmlakı xırda talamışdır. 02 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs sosial şəbəkədə uşaq oyuncaqları satdığına dair elan yerləşdirmiş, Zərərçəkmiş şəxs2 həmin elanla tanış olmuş və övladı üçün oyuncaq almaq məqsədi ilə 08 yanvar 2026-cı il tarixdə elanda yerləşdirilmiş mobil telefon nömrəsi vasitəsi ilə əlaqə saxladıqdan sonra Şəxs onun seçdiyi oyuncağı ünvana çatdıracağı adı ilə 100 manat beh istəmiş, özünün nömrəsini verdiyi plastik kart hesabına Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 2 ünvanında olarkən mobil tətbiq vasitəsilə həmin gün saat 16:44 radələrində köçürdüyü 100 manat məbləğində pulu əldə etmiş, lakin vədinə əməl etməyib həmin şəxsi aldadaraq dələduzluq yolu ilə 100 manat məbləğində pulunu ələ keçirib maddi ziyan vurmaqla zərərçəkmiş şəxsə məxsus əmlakı xırda talamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PŞ-nin polis sahə rəisi X2 protokolların məzmununa uyğun izahat vermiş və qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlini etiraf edib, hazırda zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxslərdən üzr istəyərək onlarla barışdığını göstərmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ona dəymiş maddi ziyan ödənildiyinə görə Şəxs ilə barışdığını göstərmiş və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə iclasının təşkili ilə bağlı mobil telefon vasitəsi ilə əlaqə saxlanılarkən zərərçəkmiş şəxs ona dəymiş maddi ziyan ödənildiyinə görə Şəxs ilə barışdığını göstərmiş və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda onun tərəfindən bu barədə yazılmış ərizə məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PŞ-nin təhqiqatçısının 17 yanvar 2026-cı il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmin şəxsə məxsus mobil telefonu oğurlayaraq ələ keçirmiş şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti əməkdaşa təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PŞ-nin təhqiqatçısının 09 yanvar 2026-cı il və 17 yanvar 2026-cı il tarixli qərarlarından görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müraciətləri əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, həmin şəxslərə məxsus pulları dələduzluq yolu ilə ələ keçirmiş şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti əməkdaşa təqdim edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs dəymiş maddi ziyanları ödəmiş, zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bununla bağlı məhkəməyə ərizə təqdim etmişlər. Beləliklə, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus özgə əmlaklarını xırda talama yolu ilə oğurlayıb maddi ziyan vurmuş Şəxs dəymiş maddi ziyanları ödəməklə zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyinə görə, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsində nəzərdə tutulduğu qaydada işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət (iş saatları) üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 39, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xırda talama yolu ilə vurduğu maddi ziyanları ödədiyinə və onlarla barışıq əldə etdiyinə görə, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən barəsində həmin Məcəllənin 227-ci maddəsi ilə olan iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 5 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 55 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(5-99)-451/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-451/2026
02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver