Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-453/2026 12.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Nəsirova Ayan Fərhad qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə Şəxs MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında AR DGK Aksizli mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında material Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində AR DGK Aksizli mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixli 14000-00282/26 nömrəli (EP0268959) nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli 14000-00282/26 nömrəli (EP0268959) nömrəli protokola və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, Aksizli mallar üzrə Baş Gömrük İdarəsində xx.xx.2026-cı il tarixli **********7182 nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilən, Çindən ünvanına gələn 1 (bir) ədəd 2025-ci il buraxılış ili olan “Lixiang L6” markalı minik avtomobilini AR-nın gömrük ərazisinə gətirməzdən əvvəl AR Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, xx.xx.2025-ci il tarixdə “Samur” gömrük postundan keçməklə AR gömrük ərazisinə aparılmış, həmin mallara dair qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında AR Prezidentinin xx.xx.2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. 3-33-3300/012/000357 nömrəli xx.xx.2026-cı il tarixli raportun icrası ilə əlaqədar olaraq bildirilmişdir ki, Şəxs MMC (VÖEN: **********) ünvanına 1 (bir) ədəd 2025-ci il buraxılış ili olan “Lixiang L6” markalı minik avtomobili xx.xx.2026-cı il tarixli **********7182 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, idxalatçı tərəfindən qısa idxal bəyannaməsi vaxtında tərtib edilmədiyi həmin gömrük bəyannamələrinin 40-cı qrafalarında da qeyd edilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən AR İXM 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx-xx-3300/012/000357 nömrəli xx.xx.2026-cı il tarixli raport vvə gömrük bəyannamələri, DGK-nin “X1 Sistemi” informasiya resursundan, “avtomobil nəqliyyatı” barədə çıxarış və şirkətin nümayəndəsinin sorğu-sual protokolu ilə təsdiq edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş AR DGK Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə məhkəmə iclasına gəlməmiş, iclasda iştirak etməmiş və iştirak etməməsi ilə bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında barəsində İnzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X4 bildirmişdir ki, MMC-dən asılı olmayan səbəblərdən nəqliyyat vasitəsinin ölkəyə daxil olmasından xəbərləri olmayıb. Bu səbəbdən də 1 (bir) gün gecikmə halı baş vermişdir. Şəxs MMC-nin nümayəndəsi X4 bütün bu halları nəzərə alaraq qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə cəriməni ödəməyə hazır olduqlarını qeyd etmişdir. Məhkəmə iş materiallarında olan inzibati xətaya dair protokolu və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AR DGK Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin 1-ci şöbəsinin böyük inspektoru Babayev Əşrəf tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli “Raport”, Gömrük xidmətinin VAİS-dən çıxarışlar və xx.xx.2026-cı il tarixli 14000-00282/26 nömrəli (EP0268959) nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, xx.xx.2026-cı il tarixli **********7182 nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilən, Çindən ünvanına gələn 1 (bir) ədəd 2025-ci il buraxılış ili olan “Lixiang L6” markalı minik avtomobilini AR-nın gömrük ərazisinə gətirməzdən əvvəl AR Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. - xx.xx.2026-cı il tarixli gömrük bəyannaməsindən müəyyən olunur ki, ümumi dəyəri 1.989,40 (bir min doqquz yüz səksən doqqu manat 40 qəpik) manat olan mallar xx.xx.2026-cı il tarixdə saat “Samur” gömrük postuna daxil olmuşdur.. - xx.xx.2026-cı il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardaddan görünür ki, Şəxs MMC barəsində AR DGK Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin, təhqiqat bölməsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və araşdırma aparılmışdır. -xx.xx.2026-cı il tarixli “Barəsində icraat aparılan şəxsin nümayəndəsinin sorğu-sual edilməsi haqqında” protokola əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən hüquqi şəxs Şəxs MMC-nin icraçı direktoru sorğu-sual edilərkən müəyyən olunmuşdur ki, xx.xx.2026-cı il tarixli **********7182 nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən 01 (bir) ədəd “Lixiang” markalı nəqliyyat vasitəsi gətirilmişdir. Lakin həmin nəqliyyat vasitəsinə dair sürücü tərəfindən məlumat verilmədiyindən yuxarıda qeyd olunan nəqliyyat vasitəsi bəyan edilməmişdir. -xx.xx.2026-cı il tarixli 14000-00282/26 nömrəli (EP0268959) nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs MMC tərəfindən AR İXM 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 113.1-ci maddəsinə əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədində kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın 2.2-ci bəndinə əsasən, qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.3-ci maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının” təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının: 13.1-ci bəndinə əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. 13.2-ci bəndinə əsasən, elektron formada təqdim olunan qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. 13.3-cü bəndinə əsasən, elektron formada təqdim olunan qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən bu məqsəd üçün gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir. 13.4-cü bəndinə əsasən, məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. 13.5-ci bəndinə əsasən, bu hissənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. Məhkəmə iclasında tədqiq edilmiş AR DGK Aksizli mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli 14000-00282/26 nömrəli (EP0268959) nömrəli inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilən, Çindən ünvanına gələn 1 (bir) ədəd 2025-ci il buraxılış ili olan “Lixiang L6” markalı minik avtomobilini AR-nın gömrük ərazisinə gətirməzdən əvvən AR Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC barəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 31.3, 40, 110, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Nizami rayon İcra Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(5-99)-453/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-453/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver