Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-454/2026 12.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Nəsirova Ayan Fərhad qızının katibliyi, Şəxs MMC-nin icraçı direktoru X1 iştirakları ilə Şəxs MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında AR DGK Aksizli mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında material Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində AR DGK Aksizli mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixli 14000-00283/26 nömrəli (EP0268961) nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli 14000-00283/26 nömrəli (EP0268961) nömrəli protokola və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, Şəxs MMC-nin ünvanına Çindən 1 (bir) ədəd 2025-ci il buraxılış ili olan “Lixiang L6 Pro” nəqliyyat vasitəsi daxil olmuşdur. Həmin nəqliyyat vasitəsinə dair **********7182 sorğu nömrəli gömrük bəyannaməsi tərtib olunmuşdur. Gömrük rəsmiləşdirilməsi zamanı AR Gömrük Məcəlləsinin 149.3-cü maddəsinin tələblərinin pozulduğu aşkar olunmuşdur. Bununla əlaqədar Rəsmiləşdirmə mərkəzindən Əməliyyat-Təhqiqat şöbəsinə Şəxs MMC barədə 3- 33-3300/012/000356 nömrəli xx.xx.2026-cı il tarixli raport daxil olmuşdur. Raportun araşdırılması zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına Çindən 1 (bir) ədəd 2025-ci il buraxılış ili olan “Lixiang L6 Pro” nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə “Samur” gömrük postunu keçərək ölkə ərazisinə gətirilmişdir. Həmin nəqliyyat vasitəsi üçün təyinat gömrük orqanı Aksizli mallar üzrə Baş Gömrük İdarəsi müəyyən olunmuşdur. Nəqliyyat vasitəsi təyinatı üzrə Aksizli mallar üzrə Baş Gömrük İdarəsinə xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. Həmin nəqliyyat vasitəsinə dair **********7182 sorğu nömrəli gömrük bəyannaməsi təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gün müddətinə deyil, xx.xx.2026-cı il tarixdə verilmişdir. AR Gömrük Məcəlləsinin 149.3-cü maddəsinin tələblərinə əsasən, gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının” təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarına əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs MMC tərəffindən idxal olunmuş nəqliyyat vasitəsinə dair gömrük bəyannaməsi nəqliyyat vasitəsinin təyinat gömrük orqanına çatdırıldığı vaxtdan 15 (on beş) gün ərzində təqdim olunmamışdır. Nəticədə Şəxs MMC tərəfindən AR İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş AR DGK Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə məhkəmə iclasına gəlməmiş, iclasda iştirak etməmiş və iştirak etməməsi ilə bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında barəsində İnzibati xəta haqqında protokol tərtib edilmiş nümayəndəsi X4 təqsirli olduqlarını etiraf etmiş, qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə cəriməni ödəməyə hazır olduqlarını və əlavə izahat verməyə ehtiyac olmadığını bildirmişdir. Məhkəmə iş materiallarında olan inzibati xətaya dair protokolu və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AR DGK Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin 1-ci şöbəsinin böyük inspektoru Babayev Əşrəf tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli “Raport”, Gömrük xidmətinin VAİS-dən çıxarış və xx.xx.2026-cı il tarixli 14000-00283/26 nömrəli (EP0268961) nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs MMCnin ünvanına daxil olmuş nəqliyyat vasitəsi **********7182 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı AR Gömrük Məcəlləsinin 149.3-cü maddəsinin tələblərinin pozulduğu, sözügedən nəqliyyat vasitəsinin ölkə ərazisinə daxil olduğu tarixdən 15 (on beş) gün gec bəyan edildiyi müəyyən edilmişdir. - xx.xx.2026-cı il tarixli gömrük bəyannaməsindən müəyyən olunur ki, ümumi dəyəri 31.670 (otuz bir min altı yüz yetmiş manat) manat olan mallar xx.xx.2026-cı il tarixdə saat “Samur” gömrük postuna daxil olmuşdur.. - xx.xx.2026-cı il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardaddan görünür ki, Şəxs MMC barəsində AR DGK Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin, təhqiqat bölməsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və araşdırma aparılmışdır. -xx.xx.2026-cı il tarixli “Barəsində icraat aparılan şəxsin nümayəndəsinin sorğu-sual edilməsi haqqında” protokola əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən hüquqi şəxs Şəxs MMC-nin icraçı direktoru sorğu-sual edilərkən müəyyən olunmuşdur ki, xx.xx.2026-cı il tarixli **********7182 nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən 01 (bir) ədəd “Lixiang” markalı nəqliyyat vasitəsi idxal olunmuşdur. Sənədlərdə yaranmış problem ilə əlaqədar nəqliyyat vasitəsi qanunvericiliklə nəzərdə tutulduğundan daha gec bəyan edilmişdir. -xx.xx.2026-cı il tarixli 14000-00283/26 nömrəli (EP0268961) nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs MMC tərəfindən AR İXM 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 149.3-cü maddəsinə əsasən, gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.3-ci maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, hüquqi şəxslər ün yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş AR DGK Aksizli mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli 14000-00283/26 nömrəli (EP0268961) nömrəli inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki,Şəxs MMC-nin ünvanına Çindən daxil olmuş 1 (bir) ədəd 2025-ci il buraxılış ili olan “Lixiang L6 Pro” nəqliyyat vasitəsinə dair **********7182 sorğu nömrəli gömrük bəyannaməsi tərtib olunmuşdur. Gömrük rəsmiləşdirilməsi zamanı AR Gömrük Məcəlləsinin 149.3-cü maddəsinin tələblərinin pozulduğu aşkar olunmuşdur. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC barəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 31.3, 40, 110, 114-117 və 128-130cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Nizami rayon İcra Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(5-99)-454/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-454/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver