Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-463/2026 17.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclasının katibi Əfəndiyev Azər İlham oğlunun katibliyi, Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nizami rayon Polis idarəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Nizami rayon məhkəməsinə göndərilmişdir. Qeyd edilənlərlə bağlı Nizami Rayon DYPŞ-nin polis baş leytenantı X2 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2026-cı il tarixli İXP7786831 nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2026-cı il tarixində saat 23:00-da Babək prospekti Köməkçi yol ünvanında “TOYOTA COROLLA” minik markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Xəta nəticəsində ünvan 2 ünvanında yaşayan xx.xx.2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 maddi zərər və sağlamlığına qısa müddətdə səbəb olan yüngül bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan maddə ilə özünü təqsirli bilmişdir. Əməlindən peşman olduğunu nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 ona dəymiş ziyanın ödənildiyini, qarşı tərəflə barışdıqlarını, heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş AR DİN Bakı şəhəri Nizami rayon DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iclasda iştirak etməmiş və iştirak etməməsi ilə bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş AR DİN Bakı şəhəri Nizami rayon DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2026-cı il tarixli İXP7786831 nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixində saat 23:00-da Babək prospekti Köməkçi yol ünvanında “TOYOTA COROLLA” minik markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Xəta nəticəsində ünvan 2 ünvanında yaşayan xx.xx.2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 maddi zərər və sağlamlığına qısa müddətdə səbəb olan yüngül bədən xəsarəti yetirmişdir. - xx.xx.2026-cı il tarixli “Raport”dan müəyyən edilir ki, xx.xx.2026-cı il tarixdə saat 00:18 radələrində vətəndaş X3 102 zm/nə ********* nömrədən zəng edərək Babək pr Modern Hospitalın yaxınlığında Toyota m/lı, 99HT573 d.q.n-lı a/m Mercedes markalı 10RO554 d.q.n-lı Changan markalı 77UK763 d.q.n-lı a/m toqquşması və xəsarət alanın olmasını bildirmişdir. - xx.xx.2026-cı il tarixli “Raport”dan müəyyən edilir ki, xx.xx.2026-cı il tarixdə saat 04:30 radələrində Sabunçu TM-dən tibb bacısı Əfəndiyeva məlumat verərək bildirmişdir ki, Modern Hospitalın yaxınlığında baş vermiş YHN-si nəticəsində xx.xx.2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 sağ dizin əziyi xəsarəti almışdır. - xx.xx.2026-cı il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokollarından” müıyyən edilir ki, Zərərçəkmiş şəxs2, Şəxs və Zərərçəkmiş şəxs1 hadisə zamanı spirtli içki qəbul etməmiş, ayıq olmuşdurlar. - xx.xx.2026-cı il tarixli “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, həmin gün 2 hal şahidinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yeri və vaxtı barədə sxem tərtib olunmuşdur. Hadisə yerinin fotoşəkilləri də iş materiallarına əlavə edilmişdir. -xx.xx.2026-cı il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 PHŞ-in 57 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1- hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağının şişkinlik halında əzilməsi və sıyrığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanlın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə xx.xx.2026-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür, dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. - xx.xx.2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan müəyyən edilir ki, Şəxs əməlində cinayət tərkibi olmadığından AR CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. - xx.xx.2026-cı il tarixli İXP7786918 nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2026-cı il tarixində saat 23:00-da Babək prospekti Köməkçi yol ünvanında ”MERCEDES BENZ F200” minik markalı **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - xx.xx.2026-cı il tarixli TP7804903 nömrəli “inzibati tənbeh vermə haqqında qərar” dan müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. - Zərərçəkmiş Zərərçəkmiş şəxs1 xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, Şəxs qarşı heç bir şikayət və tələbi olmadığını, barışıq əldə etdiklərini öz imzası ilə təsdiq etmişdir. Aparılmış təhqiqat araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixində saat 23:00-da Babək prospekti Köməkçi yol ünvanında “TOYOTA COROLLA” minik markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXMnin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Xəta nəticəsində ünvan 2 ünvanında yaşayan xx.xx.2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 maddi zərər və sağlamlığına qısa müddətdə səbəb olan yüngül bədən xəsarəti yetirmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə AR İXM-nin 32-ci maddəsinə əsaslanaraq Şəxs əməlini etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Şəxs 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti ağırlaşdıran halların olmamasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, əməlini etiraf etməsini və əməlindən peşman olmasını, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.2003-cü il təvəllüdlü ünvan 3i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(5-99)-463/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-463/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver