Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-471/2026 04.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənova Kəmalə Qədir qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tərcüməçi X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami Rayon İcra Şöbəsi tərəfindən AR İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli protokola əsasən məlum olur ki, Şəxs Nizami Rayon Məhkəməsinin 2(007)- 1501/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə 2.988,01 (iki min doqquz yüz səksən səkkiz manat 01 qəpik) manat borcu "xxxx" MMC-ə ödəməmişdir. Məhkəmə iclasında Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X4 izahat verərək bildirdi ki, Nizami Rayon Məhkəməsinin 2(007)-1501/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, Şəxs 2.988,01 (iki min doqquz yüz səksən səkkiz manat 01 qəpik) manat tutularaq "xxxx" MMC-ə ödənməlidir. O bildirmişdir ki, Şəxs 5 aydan artıq müddətdir ki, ödəniş etmir, bu səbəbdən polis şöbəsinə dəvət edilərək ondan təkrarən borc izahatı alınmışdır. Tərəfə xəbərdarlıq göndərilsə də, o borcunu yenə də ödəməmişdir. Elektron sistemdə şəxsin iş yeri görünsə də, o, faktiki olaraq işləmir. Nizami rayon İcra şöbəsinin böyük icra məmuru Şəxs 5 aydan artıq müddət ərzində borcunu ödəməməsini nəzərə alaraq, cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında tərcüməçi vasitəsilə izahat verərən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, bir dəfəlik ödəniş etməyə imkanı yoxdur, hissə-hissə ödəniş etmək istəmiş, lakin depozit hesabını bilmədiyi üçün bu günə kimi ödəniş edə bilməmişdir, özünü təqsirli bilir. Uzun müddətdir ki, işdən çıxmışıdır, hazırda işləmir. Maddi vəziyyətinin nəzərə alınmasını xahiş etmiş, növbəti 5 gün ərzində 500 (beş yüz) manat ödəyəcəyini, borcun qalan məbləğinin hissə-hissə hər ay 300 (üç yüz) - 400 (dörd yüz) manat olmaqla qaytaracağını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixdə Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X4 tərəfindən 2(007)-1501/2025-028 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. - Nizami Rayon Məhkəməsinin 2(007)-1501/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən, Şəxs 2.707,45 (iki min yeddi yüz yeddi manat 45 qəpik) manat əsas borc, 135 (bir yüz otuz beş) manat cərimə borcu və müqaviləyə xitam verildiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5%-lə 104,06 (bir yüz dörd manat 06 qəpik) manat borc olmaqla, ümumilikdə 2.946,01 (iki min doqquz yüz qırx altı manat 01 qəpik) manat borc, 40,9 manat dövlət rüsumu və 0,60 (60 qəpik) manat komissiyanın əvəzi tutularaq "xxxx" MMC-ə verilməsi qət edilmişdir.. - Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X4 tərəfindən xx.xx.2026-cı il tarixində qəbul edilmiş “borclunun axtarışı haqqında” qərardan müəyyən edilir ki, xx.xx.2001-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. - Şəxs xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, Nizami Rayon Məhkəməsinin 2(007)-1501/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədində nəzərdə tutulan borc məbləğini hal-hazırda ödəməyə imkanı yoxdur. Borcun yarısını xx.xx.2025-ci il tarixə, yerdə qalan hissəsini isə xx.xx.2025-ci il tarixə kimi tam ödəyəcəyinə söz vermişdir. Borcunu ödəmədiyi halda məsuliyyətə cəlb olunacağı barədə məlumatının olmasını da əlavə etmişdir. - Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X4 tərəfindən xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim olunmuşdur. - “Elektron İcra” İnformasiya Sistemindən çıxarılmış məlumata əsasən, borclunun adında əmək müqaviləsi üzrə gəlir müəyyən edilmişdir, əmlak və avtomobil isə müəyyən edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsininə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə tərəfindən AR İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, onun barəsində təqsirləndirildiyi AR İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.2001-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Nizami rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(5-99)-471/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-471/2026
04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver