Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-475/2026 04.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənova Kəmalə Qədir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Nümayəndə iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə Nizami RPİ-nin 24-cü polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən AR İXM-nin 510 və 535.1-ci maddələri ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN2705008 nömrəli protokola əsasən məlum olur ki, Şəxs xx.xx.2026-cı il tarixində “Sultan” şadlıq evinin qarşısında YPX əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmayaraq, nalayiq ifadələr işlədərək, telefon vasitəsilə çəkiliş etmişdir. Məhkəmə iclasında Nizami RPİ-nin 24-cü PB-nin polis sahə rəisi, polis leytenantı X8 izahat verərək bildirmişdir ki, polislərin gecə naryadı zamanı vətəndaş ayıq sürücü qismində oraya gələrək nalayiq ifadələr işlətmiş və polisə tabesizlik etmişdir. Daha sonra PPX əməkdaşları şəxsi bölməyə dəvət etmişlər və şəxs barəsində protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X1 İsa Füzuli oğlu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək özünü tam təqsirli bildiyini və əməlindən çox peşman olduğunu bildirmişdir. Xalası oğlu “Təbrizin” onu ayıq sürücü kimi “Sultan” şadlıq evinə dəvət etdiyini, ünvana yaxınlaşan zaman xalası oğlunun YPX əməkdaşları tərəfindən içkili olub-olmamasının yoxlanışı aparılarkən avtomobilin duracağa təmin etmək üçün evakuator çağırıldığını bildirdi. Həmin vaxt Şəxs YPX əməkdaşlarını telefonu ilə çəkməyə başlayıb, polislər bunu görən zaman öz iradlarını bildiriblər. Avtomobili apardıqlarını gördükdə ünvanlı, ünvansız nalayiq ifadələr işlətdiyini, polisin tələbinə tabe olmadığı üçün ÇPA Polis nəfərləri tərəfindən şöbəyə aparıldığını bildirmişdir. Etdiyi əməldən peşman olduğunu demiş, bir daha belə hallara yol verməyəcəyinə dair söz vermişdir. Əlavə olaraq bildirmişdir ki, ona qarşı heç bir məcburiyyət və fiziki təzyiq göstərilməmişdir. Himayəsində yetkin yaşına çatmayan uşağının olmasını nəzərə alaraq barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən BBPİ-nin X16 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru, polis kiçik serjantı X6 izahat verərək bildirmişdir ki, xx.xx.2026-cı il saat 02:50 radələrində polis əməkdaşları **- YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə xidmət aparan zaman **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil Nizami rayon inzibati ərazisində olarkən əks istiqamətdə hərəkət zamanı vətəndaşın halını pisləşdiyini görmüş və geri dönmüşlər. Həmin nəqliyyat vasitəsi arxaya doğri idarə edilən zaman köməklik məqsədi ilə polislər tərəfindən saxlanmışdır. Sürücü ağır dərəcəli spirtli içki qəbul etdiyi üçün polis əməkdaşları tərəfindən tibbi-ekspertiza rəyi alınması üçün həkim komissiyasına aparılmışdır. Sürücü özüdə içki içdiyini etiraf etmişdir. Nəqliyyat vasitəsi duracağa evakuasiya olunan zaman 3 nəfər şəxs onlara yaxınlaşaraq telefon vasitəsi ilə çəkiliş etmişdir. Adını İsa kimi bildirən şəxs ünvanlı və ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşları tərəfindən nizam intizama dəvət edilərək işlərinə maneçilik törətməməsi bildirilsə də, həmin şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir və həmin üç nəfər şəxs Polis Şöbəsinə aparılmışlar. PŞ-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.1993-cü təvəllüdlü Şəxs Füzuli oğludur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Nümayəndə izahat verərək, hüquqlarını müdafiə etdiyi şəxsin törətdiyi əməldən çox peşman olduğunu, himayəsində yetkin yaşına çatmayan uşağının olmasını nəzərə alaraq, cəza məsələsində köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin AR İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetir. Belə ki, iş materiallarında olan izahatdan, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatından müəyyən edilir ki, o, ictimai qaydanı pozmuş və polis əməkdaşına tabesizlik göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2026-cı il tarixli “Raportlar”dan müəyyən olunur ki, həmin tarixdə saat 02:50 radələrində polis əməkdaşları **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə xidmət aparan zaman Nizami rayon inzibati ərazisində **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün nəqliyyat vasitəsini qeyri adekvat davranışlar altında idarə etdiyini görərək saxlamışlar. Sürücü ağır dərəcəli spirtli içki qəbul etdiyi üçün polis əməkdaşları tərəfindən tibbi-ekspertiza rəyi alınması məqsədilə həkim komissiyasına aparılmışdır. Sürücü özüdə içki içdiyini etiraf etmişdir. Nəqliyyat vasitəsi duracağa evakuasiya olunan zaman 3 nəfər şəxs onlara yaxınlaşaraq telefon vasitəsi ilə çəkiliş etmişdir. Adını İsa kimi bildirən şəxs ünvanlı və ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşları tərəfindən nizam intizama dəvət edilərək işlərinə maneçilik törətməməsi bildirilsə də, həmin şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir və həmin üç nəfər şəxs Polis Şöbəsinə aparılmışlar. PŞ-də məlum olmuşdur ki, həmin şəxslər xx.xx.1993-cü təvəllüdlü Şəxs Füzuli oğlu, xx.xx.1988-ci il təvəllüdlü X4 və X2r. - xx.xx.2026-cı il tarixli “İnzibati qaydada tutma haqqında protokol”dan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 04:15-də Nizami RPİ-nin 24-cü PŞ-nin s/i, polis kapitanı X7 tərəfindən tutulmuşdur. - xx.xx.2026-cı il tarixli MN2705008 nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2026-cı il tarixdə “Sultan” şadlıq evinin qarşısında YPX əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmayaraq, nalayiq ifadələr işlədərək, telefon vasitəsilə çəkiliş etmişdir. - “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə ayıq olmuşdur, alkoqol qəbulu əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1 ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə tərəfindən AR İXM-nin 32 və 33-cü maddələrinə əsasən X5 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, himayəsində azyaşlı övladının olmasını o cümlədən, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, onun barəsində təqsirləndirildiyi AR İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx.xx.1993-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında inzibati qaydada tutmadan dərhal azad olunsun. Qərarın icrası Suraxanı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(5-99)-475/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-475/2026
04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver