Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-99)-492/2026 10.03.2026 BAKI ŞƏHƏRI NIZAMI RAYON MƏHKƏMƏSI Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənova Kəmalə Qədir qızının katibliyi ilə İbrahimli Mirkamran Əlivan oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbrahimli Mirkamran Əlivan oğlu barəsində AR DİN Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, vətəndaş İbrahimli Mirkamran Əlivan oğlu ##.##.2026-cı il tarixdə “Badələr” restoranında sərxoş vəziyyətdə vətəndaş X1 məxsus 350 (üç yüz əlli) manat dəyərində olan qəlyan aparatını, 3 ədəd stulu, 5 ədəd stəkanı və 4 ədəd qabları sındırmış və nəticədə İbrahimli Mirkamran Əlivan oğlu tərəfindən AR İXMnin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt rədd materialı ilə təsdiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İbrahimli Mirkamran Əlivan oğlu izahatında bildirmişdir ki, sərxoş vəziyyətdə “Badələr” restoranında əşyaları qəsdən sındırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş AR DİN Nizami RPİ-nin 24-cü Polis Şöbəsi nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş İbrahimli Mirkamran Əlivan oğlu məhkəmə iclasına gəlməmiş, iclasda iştirak etməmiş və iştirak etməməsi ilə bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş AR DİN Nizami RPİ-nin 24cü Polis Şöbəsi nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş İbrahimli Mirkamran Əlivan oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan inzibati xətaya dair protokolu və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - AR DİN Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, vətəndaş İbrahimli Mirkamran Əlivan oğlu ##.##.2026-cı il tarixdə “Badələr” restoranında sərxoş vəziyyətdə vətəndaş X1 məxsus 350 (üç yüz əlli) manat dəyərində olan qəlyan aparatını, 3 ədəd stulu, 5 ədəd stəkanı və 4 ədəd qabları sındırmış və nəticədə İbrahimli Mirkamran Əlivan oğlu tərəfindən AR İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt rədd materialı ilə təsdiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İbrahimli Mirkamran Əlivan oğlu izahatında bildirmişdir ki, sərxoş vəziyyətdə “Badələr” restoranında əşyaları qəsdən sındırmış və ümumilikdə X1 600 (altı yüz) manat dəyərində maddi ziyan dəymişdir. -X1 AR DİN Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə verdiyi izahat və ərizədən müəyyən edilir ki, ##.##.2026-cı il tarixdə saat 03 radələrində icarə işlətdiyi “Badələr” adlı restoranda İbrahimli Mirkamran Əlivan oğlu sərxoş vəziyyətdə ona məxsus 350 (üç yüz əlli) manat dəyərində olan qəlyan aparatını, 3 ədəd stulu, 5 ədəd stəkanı və 4 ədəd qabları sındırmışdır. Hadisə nəticəsində X1 600 (altı yüz) manat dəyərində maddi ziyan dəymişdir. Hadisənin baş vermə səbəbi restoran işçisinin hesabı istəməsi, İbrahimli Mirkamran Əlivan oğlunun isə hesabı ödəməyərək özündən çıxması olmuşdur. - İbrahimli Mirkamran Əlivan oğlunun PŞ-yə verdiyi izahatdan müəyyən edilir ki, ##.##.2026-cı il tarixdə saat 03 radələrində Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən “Badələr” adlı restoranda Elton adlı dostu ilə bir qədər spirtli içki qəbul etmiş və sərxoş vəziyyətdə olmuşdur. Dostu restorandan çıxıb getdikdən sonra ofisiant qadın ona yaxınlaşaraq hesabı ödəməyini istəmişdir, lakin dostu tərəfindən hesab ödəndiyi üçün ofisiant ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı ofisiant qadın həmin şəxsin vəfat etmiş və şəhid yaxınları barədə təhqirlər etmişdir. Bu zaman İbrahimli Mirkamran Əlivan oğlu içkili və əsəbi olduğu üçün stulları, stəkanı, qabları və 1 ədəd qəlyan aparatını yerə vuraraq sındırmış, həmin qadına da sillə vurmuşdur. Etdiyi əməlin səbəbi olaraq ofisiant qadının ona qarşı işlətdiyi nalayiq ifadələr olduğunu qeyd etmişdir. - ##.##.2026-cı il tarixli HK-*-*** nömrəli “Raport”dan müəyyən edilir ki, ##.##.2026cı il tarixdə saat 03:31-də Məmmədov Sahib tərəfindən DİN-in 102 xidmətindən daxil olmuş məlumatda göstərilmişdir ki, bir nəfər şəxs restoranda münaqişə yaratmış və obyektin bütün əşyalarını sındırmışdır. -##.##.2026-cı il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan müəyyən edilir ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və AR İXM-nin 232-1-ci maddəsi ilə inzibati iş üzrə icraat başlanılmışdır. -##.##.2026-cı il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”dən görünür ki, İbrahimli Mirkamran Əlivan oğlunda yüngül dərəcədə alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 232-1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən İbrahimli Mirkamran Əlivan oğlu barəsində cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. İbrahimli Mirkamran Əlivan oğlunun inzibati xətanı sərxoş halda törətməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinı əsasən məhkmə tərəfindən məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır . Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, İbrahimli Mirkamran Əlivan oğlunun şəxsiyyətini, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddə tətbiqini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 31.3, 40, 110, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: ##.##.1990-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi 61 ünvanında yaşayan İbrahimli Mirkamran Əlivan oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində, yəni, 350 (üç yüz əlli) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(5-99)-492/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-492/2026
10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver