Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-494/2026 12.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Vəliyeva Nazlı Eldar qızının katibliyi, qərardan şikayət verən X4 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul olunmuş, xx.xx.2026-cı il tarixli, EQ seriyalı, 33367047 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul olunmuş, xx.xx.2026-cı il tarixli, EQ seriyalı, 33367047 nömrəli qərarından məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X6 şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, onun adına xx.xx.2026-cı il tarixində tərtib edilmiş EQ seriyalı, 33367047 nömrəli qərar üzrə 2 bal cərimə balı hesablanmış, sözügedən protokoldan əvvəl onun sürücülük vəsiqəsi üzrə 18 bal cərimə balı mövcud olmuşdur. Göstərilən inzibati xəta üzrə balın səhvən onun adına hesablanması nəticəsində ümumi bal sayı 20-ni keçmiş, bu səbəbdən sürücülük hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Lakin qeyd olunan inzibati xətanı o törətməmiş, həmin vaxt nəqliyyat vasitəsi qardaşı X5 tərəfindən idarə edilmişdir. Avtomobilə dair sonuncu etibarnamə onun adına olduğu üçün cərimə də avtomatik onun adına hesablanmışdır. Beləliklə, cərimə balının və inzibati cərimənin onun adına yönəldilməsi faktiki vəziyyətə uyğun deyildir və sürücülük hüququnun əsassız məhdudlaşdırılmasına səbəb olmuşdur. Qeyd olunanlara əsaslanaraq, xx.xx.2026-cı il tarixli, EQ seriyalı, 33367047 nömrəli qərarın ləğv edilməsini, cərimə qərarının qardaşı X3 adına yönəldilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, xx.xx.2026-cı il tarixdə qeyd olunan nəqliyyat vasitəsi həqiqətən onun tərəfindən idarə olunmuşdur. Lakin sonuncu etibarnamə qardaşı Asif Əliyevin adına olduğu üçün cərimə qərarı onun adına yazılmışdır. Bununla bağlı DİN-nə müvafiq müraciətlər edilmiş, lakin həmin müraciətlər hələ də baxılma mərhələsindədir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və şikayətçinin izahatını dinləyib hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait edilməlidir. 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması. 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. İş materiallarına əsasən müəyyən edilmişdir ki, X6 İXM-nin 346.9 və 327.7-ci maddələri ilə təqsirli bilinib inzibati tənbeh edilmişdir. Lakin qərar qəbul olunan zaman iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar kifayət qədər araşdırılmamışdır. Belə ki, şikayətçi qeyd olunan tarixdə nəqliyyat vasitəsinin onun tərəfindən deyil, qardaşı X5 tərəfindən idarə olunmasını, inzibati xəta hadisəsinin onun tərəfindən törədilməsini, lakin sonuncu etibarnamə onun adına olduğu üçün cərimə qərarının onun adına yazılmasını bildirmiş, X5 da bu halı təsdiq etmiş, inzibati xəta hadisəsini törətməsini etiraf etmişdir. Beləliklə, iş üzrə bütün hallar araşdırılmadan X6 barəsində inzibati xəta haqqında qərar çıxarılmışdır. Qeyd olunan halların araşdırılması məqsədilə xx.xx.2026-cı il tarixli, EQ seriyalı, 33367047 nömrəli qərar ləğv edilməli və yenidən araşdırılması məqsədilə BDYPİ-yə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində İXM-nin 346.9-cu maddəsi ilə Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ seriyalı, 33367047 nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında işə yenidən baxilması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(5-99)-494/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-494/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver