Məhkəmə qərarları › İş №3(5-99)-50/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(5-99)-50/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-99)-50/2026 03.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Şadiyə Zaur qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsi tərəfindən “X1 Trading CO LTD” MMC-nin vəzifəli şəxsi Şəxs barəsində tərtib olunmuş 05 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İşin məhkəmə icraatı mümkün hesab olunaraq material qəbul edilmiş və iş məhkəmə baxışına təyin edilmişdir. Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş 03 fevral 2026-cı il tarixli, 3- 16-35-20/2-29953/2026 nömrəli məktubdan görünür ki, 05 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli 2(007)-28/2025 nömrəli icra sənədi üzrə tələb tam şəkildə icra edildiyi üçün sözügedən inzibati xəta haqqında protokola baxılmadan geri qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi – həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Hansı ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb olmuş hal aradan qalxmışdır, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli 2(007)-28/2025 nömrəli icra sənədi üzrə tələb borclu “X1 Trading CO LTD” MMC tərəfindən təmin edilmiş, icra sənədi üzrə borc mövcud deyildir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın rəsmi müraciəti nəzərə alınaraq, eyni zamanda işin məhkəmədə baxılmasına əsaslar qalmadığından iş üzrə inzibati xəta haqqında protokola dair material mahiyyəti üzrə baxılmadan geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş 05 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami rayon icra şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar