Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-506/2026 24.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Əfəndiyev Azər İlham oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X2, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin nümayəndəsi X3 iştirakları ilə Şəxs MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında AR DGK Bakı Əməliyyat- İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında material Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində AR DGK Bakı Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixli 10000-00012/26 nömrəli (EP0247100) nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli 10000-00012/26 nömrəli (EP0247100) nömrəli protokola və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, Bakı Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinə X6 Gömrük İdarəsindən Şəxs MMCnin ünvanına 29182250, 29242112, 29205150, 29171675, 29173226, 29171865, 52914009 və 29158052 nömrə nişanlı dəmiryol nəqliyyat vasitəsində idxal olunmuş yüklərlə bağlı qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi faktına dair 3-33-1900/2-000023/2026 nömrəli, xx.xx.2026cı il tarixli məktubla araşdırma materialı daxil olmuşdur. Əməliyyat-İstintaq Baş İdarəsində sözügedən materialın araşdırılması zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyasında qeydiyyatda olan “X4” şirkətindən ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC-nin ünvanına xx.xx.2026-cı il tarixdə saat 04 radələrində Xaçmaz Gömrük İdarəsinin “Yalama” Gömrük postundan keçməklə 29182250, 29242112, 29205150, 29171675, 29173226, 29171865, 52914009 və 29158052 nömrə nişanlı dəmiryol nəqliyyat vasitəsində idxal olunaraq gömrük rəsmiləşdirilməsi məqsədilə AR DGK X9 İdarəsinə təyinat almış və orada xx.xx.2026-cı il tarixli -**********341 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərlə bağlı idxalatçı Şəxs MMC-nin adından qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl verilməmişdir. Faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində izahatı alınmış Şəxs MMC-nin nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, “X4” şirkətindən “X5” şirkətinin tapşırığına əsasən hüquqi şəxs-Şəxs MMC-nin ünvanına xx.xx.2026-cı il tarixdə Xaçmaz Gömrük İdarəsinin “Yalama” Gömrük postundan keçməklə 29182250, 29242112, 29205150, 29171675, 29173226, 29171865, 52914009 və 29158052 nömrə nişanlı dəmiryol nəqliyyat vasitəsində “ağ şəkər “ yükünə dair qısa idxal bəyannaməsinin gömrük orqanına təqdim edilməməsinin səbəbi ixracatçı şirkət tərəfindən mal müşayiət sənədlərinin vaxtında göndərilməməsi olmuşdur. X7 əlavə olaraq bildirmişdir ki, bununla da şirkət tərəfindən gömrük qanunvericiliyinin qaydaları pozulmuş olub və qanunvericiliyin tələblərini istəmədən pozduqlarını bilir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş AR DGK-nin nümayəndəsi X8 tərtib olunmuş inzibati xəta haqqında protokolun mətninə uyğun izahat verərək, protokolu müdafiə etmiş, protokolun təmin olunması barədə qərar qəbul ediməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi özlərini təqsirli bildiklərini etiraf etmişdir. Əlavə olaraq bildirmişdir ki, Rusiya tərəfindən sənədlər vaxtında verilmədiyindən göstərilən inzibati xəta törədilmişdir. Şəxs MMC-nin nümayəndəsi protokolun təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarında olan inzibati xətaya dair protokolu və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2026-cı il tarixli 10000-00012/26 nömrəli (EP0247100) nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs MMC tərəfindən AR İXM 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - AR DGK Bakı Əməliyyat-İstintaq Baş İdarəsinin X9 İdarəsi X1 tərəfindən tərtib olunmuş “Raport”, Gömrük xidmətinin VAİS-dən çıxarışlar və xx.xx.2026-cı il tarixli 10000- 00012/26 nömrəli (EP0247100) nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Bakı Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinə X6 Gömrük İdarəsindən Şəxs MMC-nin ünvanına 29182250, 29242112, 29205150, 29171675, 29173226, 29171865, 52914009 və 29158052 nömrə nişanlı dəmiryol nəqliyyat vasitəsində idxal olunmuş yüklərlə bağlı qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi faktına dair 3-33-1900/2- 000023/2026 nömrəli, xx.xx.2026-cı il tarixli məktubla araşdırma materialı daxil olmuşdur. Əməliyyat-İstintaq Baş İdarəsində sözügedən materialın araşdırılması zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyasında qeydiyyatda olan “X4” şirkətindən ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC-nin ünvanına xx.xx.2026-cı il tarixdə saat 04 radələrində Xaçmaz Gömrük İdarəsinin “Yalama” Gömrük postundan keçməklə 29182250, 29242112, 29205150, 29171675, 29173226, 29171865, 52914009 və 29158052 nömrə nişanlı dəmiryol nəqliyyat vasitəsində idxal olunaraq gömrük rəsmiləşdirilməsi məqsədilə AR DGK X9 İdarəsinə təyinat almış və orada xx.xx.2026-cı il tarixli -**********341 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərlə bağlı idxalatçı Şəxs MMC-nin adından qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl verilməmişdir. AR Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bıyannaməsi təqdim edilməmişdir. - xx.xx.2026-cı il tarixli 0**********341 nömrəli gömrük bəyannaməsindən müəyyən olunur ki, ixracatçı “X4” şirkətindən idxalatçı Şəxs MMC-ə göndərilən ümumi dəyəri 21.081.150 (iyirmi bir milyon səksən bir min bir yüz əlli) Rubl olan mallar xx.xx.2026-cı il tarixdə gömrükdən buraxılmışdır. - xx.xx.2026-cı il tarixli “baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Şəxs MMC xx.xx.2004-cü il tarixdə AR vergi orqanlarında ********** nömrəli VÖEN əasında hüququ şəxs qismində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır, vergi ödəyicisi kimi ünvan 1-dır, rəhbəri Tuncel Alıdır. - xx.xx.2026-cı il tarixli “baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Şəxs MMC-nin ünvanına idxal olunmuş “ağ şəkər” yükünün daşındığı 29182250, 29242112, 29205150, 29171675, 29173226, 29171865, 52914009 və 29158052 nömrə nişanlı dəmiryol nəqliyyat vasitəsi xx.xx.2026-cı il tarixdə saat 04 radələrində Xaçmaz Gömrük İdarəsinin “Yalama” Gömrük postuna daxil olmuş və həmin mala dair qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 113.1-ci maddəsinə əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın 2.2-ci bəndinə əsasən, qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.3-ci maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının” təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının: 13.1-ci bəndinə əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. 13.2-ci bəndinə əsasən, elektron formada təqdim olunan qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. 13.3-cü bəndinə əsasən, elektron formada təqdim olunan qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən bu məqsəd üçün gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir. 13.4-cü bəndinə əsasən, məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. 13.5-ci bəndinə əsasən, bu hissənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. Məhkəmə iclasında tədqiq edilmiş AR DGK Bakı Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli 10000-00012/26 nömrəli (EP0247100) nömrəli inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, xx.xx.2026-cı il tarixdə Şəxs MMC tərəfindən 29182250, 29242112, 29205150, 29171675, 29173226, 29171865, 52914009 və 29158052 nömrə nişanlı dəmiryol nəqliyyat vasitəsi ilə idxal edilmiş mallar sərhəd gömrük orqanını keçən zaman AR Gömrük Məcəlləsinin 113.1ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına elektorn formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC barəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 31.3, 40, 110, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Nizami rayon İcra Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(5-99)-506/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-506/2026
24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver