Məhkəmə qərarları › İş №3(5-99)-513/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(5-99)-513/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-99)-513/2026 12.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, X1 Azərbaycan Respublikası DİN-nin inzibati xəta haqqında iş üzrə xx.xx.2026-cı il tarixli, EQ seriyalı, 33551184 saylı qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: X2 Azərbaycan Respublikası DİN-nin inzibati xəta haqqında iş üzrə xx.xx.2026-cı il tarixli, EQ seriyalı, 33551184 saylı qərarından şikayət verərək, barəsində çıxarılmış həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət və əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası DİNnin xx.xx.2026-cı il tarixli, EQ seriyalı, 33551184 saylı elektron qərarına əsasən inzibati xəta hadisəsi xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 152 ünvanında X4 tərəfindən törədilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatları barədə çıxarışdan görünür ki, X4 ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göründüyü kimi, hazırki iş üzrə X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi Bakı şəhəri Nizami rayonu ərazisində törədilsə də, X2 Bakı şəhəri, Nəsimi rayonunda qeydiyyatda olduğundan onun Azərbaycan Respublikası DİN-nin xx.xx.2026-cı il tarixli, EQ seriyalı, 33551184 saylı elektron qərarından verdiyi şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilməli və orada baxılmalıdır. Azərbaycan Respublikası İXM-in 112.4-cü maddəsinə əsasən, hakim inzibati xəta haqqında işə baxarkən bu məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİNnin xx.xx.2026-cı il tarixli, EQ seriyalı, 33551184 saylı qərarından verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birgə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110cu maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası DİN-nin xx.xx.2026-cı il tarixli, EQ seriyalı, 33551184 saylı qərarından verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birgə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar