Məhkəmə qərarları › İş №3(5-99)-527/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-527/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-527/2026 24.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Əfəndiyev Azər İlham oğlunun katibliyi ilə Şəxs MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında AR DGK Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında material Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində AR DGK Bakı Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixli 00100-00238/26 nömrəli (EP0170667) nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli 00100-00238/26 nömrəli (EP0170667) nömrəli protokola və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, idxalatçı Şəxs MMC-nin adına Türkiyə Respublikasından 31AFJ748/31AEZ083 nömrəli avtomaşında (barkod: **********02140 QİB:**********2891) daxil olan yükün çatması VAİS proqarmında xx.xx.2025-ci il tarixdə təsdiq olunmuşdur. İdxal olunan mallara dair gömrük bəyannaməsi AR Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən 15 (on beş) gündən gec olmayaraq gömrük orqanına təqdim edilməli olduğu halda, qeyd olunan yükə dair gömrük bəyannaməsi hələ də təqdim edilməmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, sözü gedən yüklər xx.xx.2025-ci il tarixdə saat 23:43-də təyinat gömrük orqanına çatmışdır, lakin həmin mallara dair gömrük bəyannaməsi Bakı Baş Gömrük İdarəsinə təqdim edilməmişdir. xx.xx.2026-cı il tarixli **********007 sorğu nömrəli gömrük bəyannaməsi ilə mallar təkrar ixrac edilmişdir. Bununla da Şəxs MMC tərəfindən idxal olunmuş mallara dair gömrük bəyannaməsi AR Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə gömrük orqanına verilməmiş, Şəxs MMC tərəfindən gömrük bəyannaməsinin təqdim edilməsi müddəti pozulmuşdur. Şəxs MMC-nin nümayəndəsi X1 istifadəsində olan **********6 nömrəli mobil telefon ilə əlaqə saxlanılaraq bu barədə məlumat verilmişdir. Faktla bağlı məlumat verilmiş, buna dair hər hansı bir etirazlarının olmadığını, protokol və qərardadın isə iştirakları olmadan tərtib edilərək aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. AR Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Nəticədə Şəxs MMC tərəfindən AR İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt raport, Gömrük xidmətinin VAİS informasiya resursundan “Malın çatdırılması və boşaldılması” na dair çıxarış və işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş AR DGK Bakı Baş Gömrük İdarəsinin və Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş, iclasda iştirak etməmiş və iştirak etməməsi ilə bağlı məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş AR DGK Bakı Baş Gömrük İdarəsinin və Şəxs MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan inzibati xətaya dair protokolu və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “İpək yolu” gömrük postunun rəis müvaini Ülvi Sadıqlı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli “Raport”, Gömrük xidmətinin VAİS-dən çıxarış və xx.xx.2026-cı il tarixli 00100-00238/26 nömrəli (EP0170667) nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 31AFJ748/31AEZ083 nömrəli avtomaşında (barkod: **********02140 QİB:**********2891) daxil olan yükün çatması VAİS proqarmında xx.xx.2025-ci il tarixdə təsdiq olunmuşdur. İdxal olunan mallara dair gömrük bəyannaməsi AR Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən 15 (on beş) gec bəyan edildiyi müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixli **********2891 nömrəli qısa idxal bəyannaməsindən müəyyən olunur ki, ümumi dəyəri 12.565,80 (on iki min beş yüz altmış beş türk lirəsi 80 kuruş) TL olan mallar xx.xx.2025-ci il tarixdə saat 18:43-də buraxılmışdır. -xx.xx.2026-cı il tarixli **********00006 nömrəli təkrar ixrac bildirişindən müəyyən olunur ki, ümumi dəyəri 12.565,80 (on iki min beş yüz altmış beş türk lirəsi 80 kuruş) TL olan mallar xx.xx.2026-cı il tarixdə saat 09:47-də buraxılmışdır. - xx.xx.2026-cı il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardaddan görünür ki, Şəxs MMC barəsində AR DGK Bakı Baş Gömrük İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və araşdırma aparılmışdır. - TC.Ceyhan 3. Noterliğinin məktubundan müəyyən edilir ki, “Tarafımızca düzenlenen KRB2025006 numaralı fatura kapsamında Azerbaycana sevk edilmiş olan ürünlürin, Şəxs firması ilə yaşanan ödeme problemi nedeniyle tarafımıza geri gönderilmesi söz konusu olmuşdur. İş bu beyan ile malzemelerin Azerbaycandan Türkiyeye iade edilmesinde Karbontürk firması açısından herhangi bir ticarri, hukuki ve ya operasyonel sakınca bulunmadığını, iade işlemine açık rıza gösterdiğimizi ve bu hususta doğabilecek tüm gümrük işlemlerinin gerçekleştirilmesini kabül ettiğimizi beyan ederiz.” -xx.xx.2026-cı il tarixli “Barəsində icraat aparılan şəxsin nümayəndəsinin sorğu-sual edilməsi haqqında” protokola əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən hüquqi şəxs Şəxs MMC-nin icraçı direktoru sorğu-sual edilərkən müəyyən olunmuşdur ki, xx.xx.2026-cı il tarixli **********7182 nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən 01 (bir) ədəd “Lixiang” markalı nəqliyyat vasitəsi idxal olunmuşdur. Sənədlərdə yaranmış problem ilə əlaqədar nəqliyyat vasitəsi qanunvericiliklə nəzərdə tutulduğundan daha gec bəyan edilmişdir. -xx.xx.2026-cı il tarixli 00100-00238/26 nömrəli (EP0170667) nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs MMC tərəfindən AR İXM 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 149.3-cü maddəsinə əsasən, gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.3-ci maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, hüquqi şəxslər ün yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş AR DGK Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli 00100-00238/26 nömrəli (EP0170667) nömrəli inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki,Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 31AFJ748/31AEZ083 nömrəli avtomaşında (barkod: **********02140 QİB:**********2891) daxil olan yükün çatmasına dair **********2891 nömrəli qısa idxal bəyannaməsi tərtib olunmuşdur. İdxal olunan mallara dair gömrük bəyannaməsi AR Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən 15 (on beş) gec bəyan edildiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC barəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 31.3, 40, 110, 114-117 və 128-130cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Nizami rayon İcra Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar