Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-99)-532/2026 04.03.2026 BAKI ŞƏHƏRI NIZAMI RAYON MƏHKƏMƏSI Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Əfəndiyev Azər İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş AR Dövlət Reklam Agentliyi Bakı Şəhər Reklam İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndələri X4 və X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı Şəhər Reklam İdarəsindan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində AR Dövlət Reklam Agentliyi Bakı Şəhər Reklam İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında ##.##.2026-cı il tarixli MN******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında ##.##.2026-cı il tarixdə saat 15:37-də “xxxx” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən AR İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu fakt protokola əlavə edilmiş fotoşəkillərlə təsdiq edilir. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsinin izahat və imzadan imtina etməsi qeyd olunmuşdur. Məhkəmə iclasında zalında inzibati xəta haqqında protokol tərtib etmiş AR Dövlət Reklam Agentliyi Bakı Şəhər Reklam İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək, onun mətninə uyğun izahat vermiş, əlavə olaraq keçən il AR Dövlət Reklam Agentliyi Bakı Şəhər Reklam İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə həmin reklamın yerləşdirilməsi ilə bağlı icazənin verilməsinə dair sistemdən çıxarışı məhkəməyə təqdim edərək, xxxx” MMC ilə heç bir əlaqələri olmadığı halda, nə səbəbə Reklam Agentliyi ilə müqavilə bağladıqlarını sual etmiş və qeyd olunan hüquqi şəxslərin eyni yaşayış kompleksi ilə bağlılıqlarının olduğunu bildirmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş AR Dövlət Reklam Agentliyi Bakı Şəhər Reklam İdarəsinin nümayəndəsi inzibati xəta haqqında protokolun təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndələri X4 və X1 elektron formada təqdim edilən ərizə və etirazı müdafiə edərək, onun mətninə uyğun ifadə vermiş, əlavə olaraq bildirmişdir ki, ADRA Bakı Şəhər Reklam İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən inzibati xətanı törədən subyekt Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC deyildir, onlar fotoşəkillərdə göstərilən və üzərində “xxxx” yazısı olan obyekti sadəcə icarəyə götürmüşlər, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC və xxxx” MMC ayrı-ayrı hüquqi şəxsdir, hər iki hüquqi şəxsin ayrı-ayrı VÖEN-i var, bir-biriləri ilə hər hansı hüquqi bağlılıqları yoxdur. Həmçinin, nümayəndələr ötən il öhdəliklərini bilmədikləri üçün Reklam Agentliyi ilə müqavilə bağladıqlarını, öhdəliklərini dəqiqləşdirdikdən sonra reklam yerləşdirməklə bağlı müqavilənin müddətini uzatmadıqlarını qeyd etmişdirlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndələri bütün bunları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iş materiallarında olan inzibati xətaya dair protokolu və digər sənədləri əlaqəli şəkildə araşdıraraq tərəflərin izahatlarını dinləyərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında ##.##.2026-cı il tarixdə saat 15:37-də “xxxx” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən AR İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu fakt protokola əlavə edilmiş fotoşəkillərlə təsdiq edilir. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsinin izahat və imzadan imtina etməsi qeyd olunmuşdur. - Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair ##.##.2026-cı il tarixli aktdan müəyyən edilir ki, ünvan 1 ünvanında “xxxx” VÖEN (**********) adlı obyektin üzərində müvafiq icazə olmadan 2 ədəd 3.53 kvadrat metr ölçüdə reklam (reklam daşıyıcısı) aşkar edilmişdir. - İnzibati xətanın törədilməsini əks etdirən fotoşəkillərdən müəyyən edilir ki, qeyriyaşayış binasının üzərində ”xxxx yaşayış kompleksi” yazısı əks olunan reklam daşıyıcısı yerləşdirilmişdir. -AR DRA Bakı şəhər Reklam İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2026-cı il tarixdə ünvanlanan göstərişdən müəyyən edilir ki, ünvan 1 ünvanında Cəmiyyətə məxsus “xxxx yaşayış kompleksi” adlı obyektin üzərində “Reklam haqqında” AR Qanununun tələbləri pozularaq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirildiyi aşkar edilmiş və bu barədə ##.##.2026-cı il tarixli açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair akt tərtib olunmuşdur və aktda qeyd olunan qanun pozuntularnın 5 gün ərzində aradan qaldırılması tələb edilmişdir. İnzibati xətanın törədildiyi pozuntuların aradan qaldırılması ilə bağlı müəyyən edilmiş müddətin başa çatdığı tarixdən 1 iş günü ərzində barələrində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmişdir. -****** nömrəli poçt qəbzindən müəyyən edilir ki, AR DRA Bakı şəhər Reklam İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ə ##.##.2026-cı il tarixdə ünvanlanan göstəriş məktubu ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə çatdırılmışdır. -“ADRA icazələr sistemi”ndən çıxarışdan müəyyən edilir ki, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə həmin fasad reklamının yerləşdirilməsinə dair icazə verilmişdir. - AR Bakı şəhər İcra Hakimiyyətinin Başçısının *** nömrəli ##.##.2018-ci il tarixli sərəncamına əsasən, ünvan 1 ünvanında yerləşən torpaq sahəsində yaşayış binasının tikintisi üçün “xxxx” MMC-ə icazə verilmişdir. - Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ##.##.2026-cı il tarixdə elektron formada ərizə yerləşdirərək bildirmişdir ki, ADRA Bakı Şəhər Reklam İdarəsinin əməkdaşları cavabdeh hüquqi şəxsi düzgün müəyyən etmədən, həmçinin İXM-nin digər tələblərini təmin etmədən protokol tərtib etmişlər və həmin protokol aşağıdakı səbəblərdən etibarsız hesab edilməlidir. 1) xxxx yaşayış kompleksi “xxxx” MMC tərəfindən inşa edilmişdir və mülkiyyətçisi odur (VÖEN: 1602855941). 2) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC kommunal xidmət göstəricisidir və porokolda göstərilən reklama, onun quraşdırılmasına, sökülməsinə cavabdeh deyildir və ola da bilməz. Bütün bunları nəzərə alaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. - Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ##.##.2026-cı il tarixdə elektron formada etiraz yerləşdirərək bildirmişdir ki, ADRA Bakı Şəhər Reklam İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən inzibati xətanı törədən subyekt Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC deyildir və reklam daşıyıcılarının hansı tarixdə, hansı əsasla və kim tərəfindən quraşdırılması barədə həmin cəmiyyətin hər hansısa məlumatı yoxdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC reklamın yerləşdirilməsi prosesində iştirak etməmiş, bu barədə qərar qəbul etməmiş və faktiki nəzarət həyata keçirməmişdir. Bu məsələ ilə bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hər hansı səlahiyyəti mövcud olmadığından həmin hüquqi şəxsin cavabdeh qismində göstərilməsi əsassız və qanunaziddir. xxxx yaşayış kompleksi “xxxx” MMC tərəfindən inşa edilmişdir və mülkiyyətçisi odur (VÖEN: 1602855941). Bu səbəbdən reklamın yerləşdirilməsi ilə bağlı qərarvermə və sərəncam səlahiyyəti Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ə aid deyildir. Bu səbəbdən də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi protokolu imzalamaqdan əsaslı şəkildə imtina etmişdir. Etirazda əlavə olaraq bildirilmişdir ki, AR DRA Bakı şəhər Reklam İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ə ##.##.2026-cı il tarixdə ünvanlanan göstərişdə aktda qeyd olunan qanun pozuntularnın 5 gün ərzində aradan qaldırılması tələb edilmiş, aradan qaldırılması ilə bağlı müəyyən edilmiş müddətin başa çatdığı tarixdən 1 iş günü ərzində barələrində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmişdir. Lakin inzibati xəta haqqında protokol müddətlə bağlı göstərişlər pozularaq ##.##.2026-cı il tarixdə tərtib edilmişdir. Həmçinin, inzibati xəta haqqında protokolda pozuntunun 2 ədəd fotoşəkillə təsdiq edildiyi göstərilsə də, xüsusi texniki vasitələrin göstəricilərinin göstərilməməsi protokolun tərtib edilməsi qaydalarını pozmuş, sübut kimi təqdim olunan fotoşəkillərin həqiqiliyi barədə əsaslı şübhələr doğurmuşdur. Bütün bunları nəzərə alaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. -Məhkəmənin sorğusuna əsasən Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə alınmış ##.##.2026-cı il tarixli cavab məktubunda göstərilmişdir ki, reyestrdə ##.##.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış “xxxx” MMC (VÖEN: 1602855941) müəyyən edilmişdir. Qoşmada əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında DVX Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən çıxarışa əsasən müəyyən edilir ki, “xxxx” MMC-nin VÖEN-i 1602855941-dir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmaqıda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanunazidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına - müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun: - 26.2-ci maddəsinə əsasən, açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Məhkəmə təqdim edilmiş inzibati materialı araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən hüquqi şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamış, barəsində protokol tərtib edilən şəxsin inzibati xətanın subyekti olması, inzibati məsuliyyətə cəlb olunması məsələsi araşdırılmamışdır. Məhkəmə qeyd edir ki, ADRA Bakı Şəhər Reklam İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokolda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən AR İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törədilməsi göstərilsə də, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən, Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanan sorğuya verilən cavabdan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin etiraz və ərizələrindən, tərəflərin nümayəndələrinin izahatlarından müəyyən edildi ki, inzibati xəta hadisəsi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs tərəfindən törədilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC İXM-nin 428.7.1-ci maddəsində göstərilən inzibati xətaların subyekti deyildir, inzibati xəta törədilməsinə aidiyyəti yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanunazidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin (VÖEN:**********) hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı Şəhər Reklam İdarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(5-99)-532/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-532/2026
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver