Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-99)-601/2026 11.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində məhkəməyə daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 10 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün 11 fevral 2026-cı il tarixdə məhkəməyə göndərilmiş, 3(5-99)-601/2026 nömrəsi altında elektron sistemdə qeydə alınaraq təsadüfi paylama ilə icraatıma verilmişdir. İşin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsi tərəfindən həmçinin Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 11 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün 11 fevral 2026-cı il tarixdə məhkəməyə göndərilmiş, 3(5-99)-598/2026 nömrəsi altında elektron sistemdə qeydə alınaraq təsadüfi paylama ilə məhkəmənin hakimi Aynur Əliyevanın icraatına verilmişdir. Bununla da müəyyən olunur ki, həmin inzibati xəta haqqında protokollar eyni bir şəxs - Şəxs barəsində tərtib olunaraq, baxılması üçün eyni vaxtda, 11 fevral 2026-cı il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Təqdim olunmuş materialları nəzərdən keçirərək və qanunvericiliyin istinad olunan tələbini nəzərə alaraq hesab edirəm ki, eyni şəxs - Şəxs tərəfindən törədilən inzibati xətalarla bağlı baxılması üçün məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokollara dair işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 34.2, 114, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İcraatıma daxil olmuş Şəxs barəsindəki Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan 10 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla bağlı 3(5-99)-601/2026 nömrəli inzibati iş, məhkəmənin hakimi Aynur Əliyevanın icraatına daha əvvəl daxil olmuş Şəxs barəsindəki Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan 11 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla bağlı 3(5-99)-598/2026 nömrəli inzibati işlə bir icraatda birləşdirilsin. İcraatlar birləşdirildiyindən 3(5-99)-601/2026 nömrəli inzibati işin icraatına xitam verilməklə materiallar 3(5-99)-598/2026 nömrəli inzibati işə əlavə edilməsi üçün aidiyyəti üzrə təqdim edilsin. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(5-99)-601/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(5-99)-601/2026
11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver