Məhkəmə qərarları › İş №3(5-99)-683/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-683/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-683/2026 12.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclasının katibi Nəsirova Ayan Fərhad qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin sahə rəisi X1, Zərərçəkmiş şəxs Ramiq qızının, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN2706802 nömrəli protokola əsasən məlum olur ki, Şəxs xx.xx.2026-cı il tarixində vətəndaş Zərərçəkmiş şəxs Ramiq qızına qarşı “Tiktok” sosial şəbəkəsində 60 (altmış) manat pulu kredit götürmək adı ilə ona qarşı dələduzluq etmişdir. Hadisə Zərərçəkmiş şəxs Ramiq qızının yaşadığı M.Şərifli küçəsi, məhəllə 24/25, bina 2, mənzil 38 ünvanında baş vermişdir. Məhkəmə iclas zalında Nizami RPİ-nin 25-ci PŞ-nin sahə rəisi X2 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixində vətəndaş Zərərçəkmiş şəxs Ramiq qızına qarşı “Tiktok” sosial şəbəkəsində 60 (altmış) manat pulu kredit götürmək adı ilə ona qarşı dələduzluq etmişdir. Hadisə Zərərçəkmiş şəxs Ramiq qızının yaşadığı M.Şərifli küçəsi, məhəllə 24/25, bina 2, mənzil 38 ünvanında baş vermişdir. xx.xx.2026-cı il tarixdə saat 10:00 radələrində ünvan 2 ünvanının qarşısında yerləşən “Araz” marketin yaxınlığında xx.xx.2026-cı il tarixində vətəndaş Zərərçəkmiş şəxs Ramiq qızına qarşı dələduzluq etmiş şəxs Şəxs saxlanılaraq 25-ci PŞ-nə dəvət edilmişdir. Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək digər sənədlərlə birlikdə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolu tərtib etmiş şəxs bildirmişdir ki, Şəxs Nizami rayonu ərazisində yaşayır və zərərçəkmiş Zərərçəkmiş şəxs Ramiq qızına dəymiş ziyanı tam şəkildə ödəmişdir. Məhkəmə iclas zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək özünü təqsirli bildiyini, əməlindən çox peşman olduğunu bildirmişdir. xx.xx.2026-cı il tarixində “tiktok” sosial şəbəkə vasitəsilə kartına 60 manat pul gəldiyini, lakin telefonu avtobusda oğurlandığından bu barədə heç kimlə əlaqə saxlaya bilmədiyini qeyd etmişdir. İlk dəfədir belə əməl etdiyini bildirmiş, bu əməlin bir daha təkrarlanmayacağına söz vermişdir. Zərərçəkmiş şəxsə ziyanı tam ödədiyi üçün iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclas zalında Zərərçəkmiş şəxs Ramiq qızı izahat verərək, yaşadığı M.Şərifli küçəsi, məhəllə 24/25, bina 2, mənzil 38 ünvanında öz kartından Şəxs kart hesabına 60 (altmış) manat pul göndərdiyini bildirmişdir. Hal hazırda ona dəymiş ziyanın tam ödənildiyini, Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını qeyd etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək, aşağıdakılara və İXM-in tələblərinə əsasən hesab edir ki, Şəxs barəsində AR İXM-in 227-ci maddəsilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Zərərçəkmiş şəxs Ramiq qızının polisə verdiyi izahatından görünür ki, xx.xx.2026cı il tarixində saat təxminən 15:30 radələrində yaşadığı M.Şərifli küçəsi, məhəllə 24/25, bina 2, mənzil 38 ünvanında olarkən “Tiktok” sosial şəbəkəsində kredit verən “Optimsl Finance BOKT” səhifəsi qarşısına çıxmışdır və 3.000 (üç min) manat kredit götürmək istəmişdir. Bu səbəbdən səhifədə yerləşən ***-***-**-** mobil nömrəsinin “whatsapp” hesabına mesaj yazmışdır.Cavab olaraq Zərərçəkmiş şəxs Ramiq qızına əvvəlcədən 60 manat müqavilə və sığorta pulu ödəmək şərtilə aylıq ödənişi 141 (bir yüz qırx bir) manat olmaqla 24 aylıq müddətə həmin məbləği verə biləcəklərini bildirmişlər. Bu zaman Zərərçəkmiş şəxs Ramiq qızı özünəməxsus **********673926 saylı bank kartından həmin şəxsin göndərdiyi **********933531saylı bank kartına 60 manat pul göndərmişdir. Qarşı tərəf kredit məbləğinin 15 dəqiqə ərzində xanımın kartına göndəriləcəyini bildirmişdir. 5 dəqiqə sonra yenidən zəng edərək ilk ayın ödənişini əvvəlcədən istədiklərini bildirmişlər. Zərərçəkmiş şəxs Ramiq qızı isə bu şərtin əvvəlcədən deyilmədiyini, 60 manataının geri qaytarılmasını tələb etmişdir. Həmin şəxs isə pulu qaytarmayacağını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs Ramiq qızı DİN-in 102 çağrı xidmətinə zəng edərək Nizami RPİnin 25-ci PŞ-nə ərziə ilə müraciət etmişdir. - Bakı Şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayevin xx.xx.2026-cı il tarixli təqdimatına əsasən, işin hallarının tam və hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə "xxxx" ASC-nin **********673926 saylı kart hesabının sahibinin anket məlumatlarının, xx.xx.2026-cı il tarixində saat 15:34 radələrində "xxxx" ASC-nin **********933531 saylı kart hesabına 60 manat pul vəsaitinin bankomat vasitəsilə nağdlaşdıraraq çıxarılması haqqında edilmiş əməliyyatlara dair foto və video görüntülərin və mobil tətbiq vasitəsilə edilmiş əməliyyatların, həmin pulların çıxarıldığı bankomatların ünvanı və sair zəruri məlumatların "xxxx" ASC-dən ələ keçirilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. - xx.xx.2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan müəyyən edilir ki, Nizami RPi-nin 25-ci polis şöbəsinin təhqiqatçısı, polis leytenantı Vüsal Zülfüqarlı oğlu tərəfindən toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi Şəxsnın əməlində Azərbaycan Respublikasının İXM-nin 227ci maddəsinin tərkib əlamətləri olduğundan qəbul edilmiş qərarın surəti barəsində inzibati qaydada tədbir görülməsindən ötrü aidiyyəti üzrə Nizami RPİ-nin 25-ci PŞ-nə göndərilmişdir. - İş materiallarına əlavə edilmiş “whatsapp” yazışmaları, pulun göndərilməsini təsdiq edən ekran görüntüləri və digər fotoşəkillərdən müəyyən edilir ki, Şəxs AR İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2026-cı il tarixli “Raport”dan müəyyən edilir ki, xx.xx.2026-cı il tarixdə saat 10:00 radələrində ünvan 2 ünvanının qarşısında yerləşən “Araz” marketin yaxınlığında xx.xx.2026-cı il tarixində vətəndaş Zərərçəkmiş şəxs Ramiq qızına qarşı dələduzluq etmiş şəxs Şəxs Nizami RPİ-nin 25-ci PŞ-nin sahə rəisi X2 tərəfindən saxlanılaraq 25-ci PŞ-nə dəvət edilmişdir. - xx.xx.2026-cı il tarixli MN2706802 nömrəli “İnzibati xəta haqqında” protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2026-cı il tarixində vətəndaş Zərərçəkmiş şəxs Ramiq qızına qarşı “Tiktok” sosial şəbəkəsində 60 (altmış) manat pulu kredit götürmək adı ilə ona qarşı dələduzluq etmişdir. Hadisə Zərərçəkmiş şəxs Ramiq qızının yaşadığı M.Şərifli küçəsi, məhəllə 24/25, bina 2, mənzil 38 ünvanında baş vermişdir. - Zərərçəkmiş şəxs Ramiq qızı məhkəməyə ərizə ilə müraciət edərək, ona dəymiş ziyanın ödənildiyini, Şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. Lakin hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən dəymiş ziyan ödənildiyi və zərərçəkmiş şəxsin heç bir şikayəti və tələbi olmadığı üçün Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə maddəsinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1983-cü təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar