Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-99)-739/2026 27.02.2026 BAKI ŞƏHƏRI NIZAMI RAYON MƏHKƏMƏSI Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin R X3 tərəfindən ##.##.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin R X3 tərəfindən ##.##.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, etibarnamə əsasında istifadəsində **-EZ-*** dövlət qeydiyyat nişanlı, "Volkswagen Jetta" minik markalı avtomobil mövcuddur. Azərbaycan Respublikası Bakı şəhəri DYPİ-nin R X3 tərəfindən barəsində İXP seriyalı, ******* saylı, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərara əsasən İXM-nin 327.2-ci və 327.7-ci maddələrinə asasən inzibati qaydada cərimə olunmuşdur. Barəsində tətbiq olunan inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur və heç bir hüquqi əsası yoxdur. Buna görə də, qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. ##.##.2025ci il tarixdə Suraxanı rayonunda yerləşən Yeni Ramana küçəsi ilə hərəkət edərək Asif Əsədullayev küçəsi ilə Aeroport yolunun kəsişməsinə yaxınlaşaraq yol hərəkəti qaydalarının müddəalarına tərəfindən tam əməl-olunmaqla yol ayrıcına daxil olmuş və Aeroport yoluna çıxaraq X2 prospekti istiqamətində hərəkətini davam etdirmişdir. Bu zaman həmin yolların kəsişməsində xidməti fəaliyyətdə olan Yol Patrul Xidmətinin xidməti avtomobili dayanmışdır. X2 prospekti istiqamətində xeyli irəlilədikdən sonra yol polisinin ona dayanmaq üzrə göstəriş verdiyini görüb nəqliyyat vasitəsini dayandırmışdır. Polis inspektoru ona yaxınlaşaraq tərəfindən yolayrıcını keçmə qaydalarının pozulduğu bildirmişdir. Əlavə olaraq polis inspektoru qeyd etmişdir ki, hazırda onun 17 balı mövcuddur və protokol tətbiq olunacağı təqdirdə sürücülük hüququndan məhrum ediləcəkdir. O isə cavabında polis inspektoruna öz iradını bildirərək qeyd etmişdir ki, həmin yolayrıcında heç bir xəta törətməmişdir. Həmin yolayrıcında tətbiq olunan qaydalara uyğun şəkildə o, yəni sağdan gələn nəqliyyat vasitələrini gözlədikdən sonra hərəkətini davam etdirmişdir. Polis inspektorundan əgər xəta varsa xəta ilə bağlı protokolun tətbiq olunmasını tələb etdikdə, ona avtomobilin duracağa təmin olunmalı olduğunu, bundan sonra Bakı şəhəri DYPİ-də yerləşən 25-ci otağa yaxınlaşmalı olduğunu bildirdi. İstifadəsində olan nəqliyyat vasitəsi duracağa yerləşdirilmiş və ona protokol təqdim olunmamışdır. Hadisədən bir gün sonra qeyd olunan otağa yaxınlaşdıqda ondan 500 AZN məbləğində pul tələb olunmuşdur. Təbii olaraq etiraz etmiş və nəyə görə pul verməli olduğunu bildirmişdir. Ona bildirmişdirlər ki, pul verməsə sürücülük hüququndan məhrum ediləcəkdir. O, razılaşmayaraq çıxıb getmişdir. ##.##.2025-ci il tarixində, yəni saxlanıldığı gündən 3 gün sonra sms vasitəsi ilə cərimə tətbiq olunduğunu bilmişdir. Bu 3 gün ərzində istifadəsində olan nəqliyyat vasitəsi duracaqda qalmışdır. Bundan sonra yenidən Bakı şəhəri DYPİ-də yerləşən 25-ci otağa yaxınlaşmışdır. Ondan 50 AZN pul alaraq nəqliyyat vasitəsini duracaqdan çıxarmağı üçün buraxılış vərəqəsi vermişdirlər. Lakin sürücülük vəsiqəsini ondan tələb etməmişdirlər. Halbuki qərarın 327.7-ci hissəsinə əsasən sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılırsa, ondan sürücülük vəsiqəsi tələb olunmalı idi. Ona təqdim olunan buraxılış vərəqəsi əsasında nəqliyyat vasitəsini duracaqdan götürmüşdür. Həmçinin onu da qeyd etmişdir ki, inzibati xəta haqqında protokol, o cümlədən elektron protokol və inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad), o cümlədən elektron qərar və onların əlavələri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, yəni onun elektron kabinetində dərhal yerləşdirilməmişdir. Barəsində tətbiq olunmuş inzibati cərimə ilə bağlı hər hansı foto və ya videogörüntü ona təqdim olunmamış, eyni zamanda elektron kabinetində də yerləşdirilməmişdir. Beləliklə, sadalananlara əsasən başlıca olaraq "inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydası"nın tələbləri pozulmuşdur. Həmçinin barəsində tətbiq olunan inzibati cərimə tam olaraq əsassızdır və sübuta yetirilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında protokol tərtib edilməmişdir və dərhal ona təqdim edilməmişdir. Bununlada, İXM-nin müvafiq maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. İXM-nin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmədən barəsində tərtib olunmuş ##.##.2025-ci il tarixli, İXP seriyalı, ******** nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin R X3 tərəfindən ##.##.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ X1 İdarəsinin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi avtomobillə yolayrıcını keçmə qaydalarını pozması polis əməkdaşı tərəfindən bilavasitə aşkar olunmuş, araşdırma aparılaraq barəsində protokol tərtib olunmuş və protokol əsasında il ərzində 20 və daha çox bal toplanmasına görə sürücünün nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Şikayət əsassızdır. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək, hesab edir ki, şikayət qismən təmin edilməlidir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin R X3 tərəfindən ##.##.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixdə saat 17:01-də Bakı şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozmuşdur. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Məhkəmə, iş üzrə sübutların şəxsin təqsirinin sübuta yetirilməsində kifayətedici olmamasına dair qeyd edir ki, iş materiallarında inzibati tənbeh vermə haqqında qərardan başqa heç bir sənəd mövcud deyil. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı, iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Hazırki halda, şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 327.2 və 327.7-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi hər hansı sübutla təsdiq olunmur. Həmçinin, səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə tədqiq edilmiş sənədlər məhkəmədə işə baxılarkən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə aşkar edilmiş inzibati xətanın məhz Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilməsinə dəlalət edə biləcək hər hansı sübut və əsas göstərilmədən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. İş üzrə tədqiq edilmiş hallar məhkəmədə Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanın subyekti olmasına şübhə yaradır. İnzibati xətalara dair qanunvericiliyin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr isə onun xeyrinə həll edilir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələri ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol əsasında ##.##.2025-ci il tarixli qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-in 327.2 və 327.7-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin R X3 tərəfindən ##.##.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin R X3 tərəfindən ##.##.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(5-99)-739/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-739/2026
27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver