Məhkəmə qərarları › İş №3(5-99)-743/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-743/2026

18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-99)-743/2026 18.03.2026 BAKI ŞƏHƏRI NIZAMI RAYON MƏHKƏMƏSI Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Şadiyə Zaur qızının katibliyi, qərardan şikayət vermiş Qərardan şikayət verən orqan (şəxs), qərarı barəsində şikayət verilmiş Qərarından şikayət verilən orqan nümayəndələri X3 və X1 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan ## ####### 2025 -ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyinə istinad edərək 1000 manat məbləğində inzibati qaydada cərimə edilməyi haqqında ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar AR ƏƏSMN DƏMX tərəfindən ##.##.2025-ci il tarixində çıxarılmasına baxmayaraq o, həmin qərarı poçt vasitəsi ilə ## ###### 2026-cı il tarixində almışdır. Belə ki, həmin qərar AR ƏƏSMN DƏMX tərəfindən poçt vasitəsi ilə onun yaşadığı mənzilə göndərilmişdir. Yalnız bundan sonra onun həmin qərar barədə məlumatı olmuşdur. Aşağıdakılara əsasən AR ƏƏSMN DƏMX tərəfindən çıxarılmış ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tamamilə qeyriqanuni və əsassız hesab edir. Qeyd etmək istəyir ki, o, AR İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir, törətməyi də mümkün deyil. Belə ki, o, ##.##.2022-ci ildən “X2 Line” MMC-nin direktoru vəzifəsindən çıxmışdır. Bununla bağlı hüquqi şəxslərin dövlət reyestrində müvafiq dəyişikliklər dövlət qeydiyyatına alınmışdır. Əgər məhkəmə hüquqi şəxslərin dövlət reyestrinə baxarsa görə bilər ki, “X2 Line” MMC-nin direktoru o deyildir. “X2 Line” MMC-nin isə 2020-ci ildən də əvvəl fəaliyyəti tamamilə dayandırılmışdır. Bununla bağlı vergi orqanına da rəsmi şəkildə müraciət edilmişdir. Ehtimal edir ki, “X2 Line” MMC-nin direktoru vəzifəsindən çıxmağına baxmayaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir və həmin əmək müqaviləsi hələ də ƏMAS sistemində qalmaqda davam edir. AR ƏƏSMN DƏMX isə qeyd edilən halların heç birini yoxlayıb araşdırmadan onun AR İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi haqqında qərar qəbul etmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, AR İXM-nin 192.3-cü maddəsinin sanksiyasında yalnız vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsi müəyyən edilmişdir. O isə qeyd etdiyi kimi “X2 Line” MMC-nin direktoru deyildir. Belə olan halda onun AR İXM-nin 192.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməyi tamamilə qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qərardan şikayət vermiş Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, “xxxx” MMC-nin adı “X2 Line” MMC-yə dəyişdirildikdən sonra, ## ###### 2022-ci il tarixdən etibarən o, işdən çıxarılmışdır. Vergi orqanından da bu barədə sənəd vardır. Həmin işinə görə sonuncu dəfə 2015-ci ildə əmək haqqı almışdır. Barəsindəki protokol isə 2025-ci ildə tərtib edilmişdir. Öyrəndiyinə görə “X2 Line” MMC-nin heç möhürü də yoxdur, çünki fəaliyyət göstərmir. Şikayətində göstərdiklərini nəzərə alaraq, şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Qərarından şikayət verilən orqan nümayəndəsi X3 izahatında göstərmişdir ki, şikayətdə göstərilənlərin hüquqi əsası yoxdur, ƏMAS sistemində müqavilə aktiv olmuşdur. Sahibkarlıq dayandırılsa, müqaviləyə də xitam verilməlidir. Əmək müqaviləsi faktiki olaraq aktivdir. Şikayət əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Qərarından şikayət verilən orqan nümayəndəsi X1 digər nümayəndənin dəlillərini müdafiə edib şikayətin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, qərardan şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ## ####### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarından görünür ki, “X2 Line” MMC ilə Qərardan şikayət verən orqan (şəxs) arasında minimum əməkhaqqından aşağı əməkhaqqı mövcud olduğuna görə, MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsi ilə 1000 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir; -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinin ## ###### 2026-cı il tarixli, *-**-*-*/*-Ə-***-**/**** nömrəli məktubundan görünür ki, ##.##.2026-cı il tarixinə vergi ödəyicilərinin vahid dövlət reyestri məlumatlarına əsasən, “X2 Line” MMC-nin (VÖEN: 1601714281) fəaliyyətinin ##.##.2018-ci il tarixdən ##.##.2023-cü il tarixədək dayandırılmış barədə məlumat müəyyən edilmişdir; -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçotu İdarəsinin ## ###### 2026 -cı il tarixli, *-**-*-*-*/*-Ə-***-**/**** nömrəli məktubundan görünür ki, “X2 Line” MMC-nin (VÖEN: 1601714281) ##.##.2013-cü il tarixli təsisçi qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilmiş və ##.##.2022-ci il tarixli təsisçi qərarına əsasən direktor vəzifəsindən azad edilmişdir; -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinin ## #### 2026-cı il tarixli, *-**-*-*/*-*****/**** nömrəli məktubundan görünür ki, ##.##.2026-cı il tarixinə vergi ödəyicilərinin vahid dövlət reyestri məlumatlarına əsasən, “X2 Line” MMC-nin (VÖEN: 1601714281) hazırda fəaliyyətinin dayandırılmış vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə-vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 12-ci maddəsinin “b” bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir; 154-cü maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; 154-cü maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir; 155-ci maddəsinin 1-ci bəndinə əsasən işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır; 155-ci maddəsinin 2-ci bəndinə əsasən minimum əmək haqqı - iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir; 155-ci maddəsinin 3-cü bəndinə əsasən aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz; 155-ci maddəsinin 6-cı bəndinə əsasən minimum əmək haqqının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanununa görə, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) “X2 Line” MMC-nin (VÖEN: 1601714281) ## ###### 2013-cü il tarixli təsisçi qərarına əsasən Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilmiş, ## ###### 2022-ci il tarixli təsisçi qərarına əsasən isə direktor vəzifəsindən azad edilmişdir. Eyni zamanda “X2 Line” MMC-nin fəaliyyəti hazırda da dayandırılmış vəziyyətdədir. İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində məhz işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxsin məsuliyyəti nəzərdə tutulmuşdur. Ona görə məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2022-ci il tarixli təsisçi qərarına əsasən “X2 Line” MMCnin direktoru vəzifəsindən azad edildiyindən, sözügedən əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri yoxdur, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən hər hansı hərəkət və ya hərəkətsizliyə yol verilməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, baxılan şikayətə münasibətdə onun əməlində inzibati xəta tərkibi olmadığından, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128-136cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilsin. Qərarından şikayət verilən orqan Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməyə görə 1000 manat məbləğində inzibati cərimə edilməsinə dair ## ####### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar