Məhkəmə qərarları › İş №3(5-99)-744/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(5-99)-744/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-99)-744/2026 17.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi ilə X3 tərəfindən Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Bakı Şəhər İdarəsinin xx.xx.2026-cı il tarixli, MN0031918 nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından verilmiş şikayətə baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X3 tərəfindən Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Bakı Şəhər İdarəsinin xx.xx.2026-cı il tarixli, MN0031918 nömrəli qərarından verilmiş şikayət ərizəsi xx.xx.2026-cı il tarixində məhkəməyə daxil olmuşdur. İnzibati xətaya dair qərardan verilmiş şikayətin məhkəmə tərəfindən baxılmağa hazırlanması zamanı qanunla müəyyən edilmiş müddətin ötürüldüyü müəyyən olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Bakı Şəhər İdarəsinin xx.xx.2026-cı il tarixli, MN0031918 nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı xx.xx.2026-cı il tarixində X2 çatdırılmış, şəxs tərəfindən müddət ötürülərək xx.xx.2026-cı il tarixdə məhkəməyə şikayət daxil olmuş, eyni zamanda şikayətə ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatət əlavə edilməmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X1 şikayətini icraata götürərək baxmaq hazırda mümkün olmadığından şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu. Belə olan halda məhkəmə hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Bakı Şəhər İdarəsinin xx.xx.2026-cı il tarixli, MN0031918 nömrəli qərarından Nizami rayon məhkəməsinə verdiyi şikayət və ona əlavə edilmiş sənədlər qəbul edilmədən onun özünə qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 128, 130, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 tərəfindən ƏƏSMN yanında DƏMX-nin Bakı Şəhər İdarəsinin xx.xx.2026-cı il tarixli, MN0031918 nömrəli qərarından verdiyi şikayət icraata qəbul edilməsin və əlavə edilmiş sənədlərlə birlikdə X2 geri qaytarılsın. X2 izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar