Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-754/2026 13.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə rəisi, polis mayoru X6, zərərçəkmiş şəxs X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili - X14 iştirakları ilə, xx.xx.1994-cu il tarixdə Oğuz rayonu, Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Oğuz rayonu, Xaçmaz kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci, 206-cı, 510-cu və 535.1ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə 13 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokola əsasən Şəxs 12 fevral 2026-cı il tarixdə telefon oğurlamaqda şübhəli olduğu üçün polis şöbəsinə dəvət edilən zaman uca səslə ünvansız nalayiq ifadələr işlədərək qaçmağa cəhd göstərmiş, cəhdin qarşısı alınan zaman polis əməkdaşlarına müqavimət göstərərək onların qanuni tələblərinə tabe olmamışdır. Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 13 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən 13 fevral 2026-cı il tarixdə Respublika Narkoloji Mərkəzində tibbi müayinə zamanı onun sidik nümunəsində istehlak etdiyi narkotik vasitə MET (+) aşkar edilmişdir. Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə 13 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokola görə, Şəxs ünvan 1 ünvanında yerləşən “Telefon.az” adlı mağazadan “Redmi 12” markalı mobil telefonu oğurlamış, bunun nəticəsində həmin mağazanı icarə əsasında işlədən X7 150 manat məbləğində maddi ziyan dəymişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 fevral 2026-cı il tarixli, 3(5-99)- 755/2026 və 3(5-99)-756/2026 saylı qərardadları ilə Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə 13 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli, İXM-nin 206-cı maddəsi ilə 13 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli və İXM-nin 227-ci maddəsi ilə 13 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollarla bağlı 3(5-99)-754/2026, 3(5- 99)-755/2026 və 3(5-99)-756/2026 nömrəli işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılmış və birləşdirilmiş işdə 3(5-99)-754/2026 iş nömrəsi saxlanılmışdır. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X15 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. O əlavə olaraq qeyd etmişdir ki, zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixdə işlədiyi mağazada naməlum şəxs tərəfindən telefon oğurlanması barədə müraciət etmişdir. Həmin hadisə ilə əlaqədar göstəriş əsasında əməliyyat müvəkilləri kamera görüntüləri ilə işləyərək hadisəni törədən şəxsi müəyyən etmişlər. Bundan sonra xx.xx.2026-cı il tarixdə Asimanı digər şəxs Fidan ilə birlikdə Babək prospektində saxlayaraq bölməyə dəvət etmişlər. Asiman özü etiraf etmişdir ki, oğurluq törətmişdir və oğurladığı telefonu 70 manata satmışdır. Bunu da izahatında qeyd etmişdir. Tərəflərindən Asimanın narkotik qəbul etməsi şübhə doğurduğuna görə narkoloji şöbəyə müraciət etmişlər və analiz və aktda onun narkotik vasitədən istifadə etdiyi müəyyən olunmuşdur. Şəxs özü izahatında da qeyd etmiş və etiraf etmişdir ki, 3 ay bundan qabaq Oğuz rayonunda toyda olanda narkotik qəbul edib. Onlar cinayət hadisəsi ilə bağlı şəxsi izləyir, özlərini təqdim edir və hər hansı ani vəziyyətdə onlara qarşı tabesizlik hərəkətləri ediləndə həmin şəxsi zərərsizləşdirir və bölməyə gətirirlər. Əgər şəxs oğurluğunu etiraf edirsə onu təqir etmək, döymək üçün əsas yoxdur. Hadisə ilə bağlı kamera görüntülərini təqdim edə bilmirlər, çünki görüntülər mövcud deyildir. Göründüyü kimi şəxs tərəfindən İXM-nin 206 və 227-ci maddələri ilə törətdiyi əməllər etiraf edilmişdir. Şəxsin İXM-nin 510 və 535.1-ci maddəsi ilə özünü təqsirli bilmədiyinə görə yəqin ki, onun polislə problemi vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, İXM-nin 206 və 227-ci maddələri ilə törətdiyi əməllər ilə razıdır, əməlini bu hissədə səmimi qəbul edir. Ancaq İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə razı deyildir. O, əsəbdən oğruluq etmiş, telefonu götürmüş, mağazada işləyən qız onu yoxlamış, sonradan telefonu götürüb 70 manata satmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmək istəyir. Hadisə olan vaxtı binanın qabağından qızla gedən zaman onlara polis yaxınlaşmış, bu zaman onlara yaxınlaşanda vəsiqəsini onlara göstərməmiş, özlərini təqdim etməmişdirlər. Polislər 3 nəfər olmuşdur. Onu təpiklə vurmuş, döymüşlər. Orada binada kamera görüntüləri var, onu təqdim etsinlər. Bütün binalarda kameralar vardır. Barəsində CM-nin 181.2.5 və 177-ci maddələri ilə cinayət işi, İXM-nin 206-cı maddəsi ilə də 2 ay bundan əvvəl Sabunçu Rayon Məhkəməsində inzibati işi olmuş, barəsində cərimə cəzası təyin edilmişdir. Həmin hadisədən sonra narkotik vasitə istifadə etməmişdir. O, Oğuz rayonunda narkotik istəfadə edərkən tək olmuş, yanında Fidan olmamışdır. O, Xətai rayonunda bacısının evində qalır. Əlilliyi yoxdur, evlidir və azyaşlı iki övladı var. Uşaqlar anasının yanındadır. Qeyd olunanların nəzərə alınıb barəsində cərimə növündə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 izahat verərək bildirmişdir ki, Şəxs ondan 70 manatlıq telefon almış, sonradan həmin telefonu qaytarıb gətirmişdir. Asiman yanında xanımla gəldiyi üçün ona hörmət etmişlər, yoxsa telefonun arxasının qırıq olduğunu görsə idi qaytarmazdı. Əgər ondan aldığı telefonu qaytaracaqdırsa niyə zədələyib. Telefonun qırıq olduğu görünməyib, çünki arxa qapağı qırılıb. O, telefonu geri götürməsə idi, onlar da telefonu oğurlaya bilməyəcəkdilər. Mağazadan 150 manat qiyməti olan “Redmi 12” markalı telefon oğurlanıb. Ona vurulan zərər ödənilməyib. Pula ehtiyacı olduğunu bildirsə idi ona 30-40 manat borc verərdi. Şəxs zərəri ödəsə bəlkə barışar. Ama bunu düşünməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru X22 bildirmişdir ki, o yaxınlaşıb vəsiqəsini təqdim etmiş, onun polis olmasını biləndən sonra şəxsin yanındakı xanım səsküy salmış, şəxs də bu fürsətdən istifadə edib hadisə yerindən qaçmaq istəmişdir. Fidan xanım da istəyirdi ki, Asiman qaçsın. Həmin şəxsi maşına otuzdurub bölməyə apara bilmək üçün 30-40 dəqiqə vaxt sərf etmişdir. Asiman qışqırıb camaatı başına yığır, sakitləşir, sonra yenə bir anda qışqırmağa başlayır. Fidan xanım da, Asiman da polisə müqavimət göstərmişdirlər. Asiman dünən yalvarırdı ki, səhv etmişdir. Onlar da kamera görüntlərinin olmasını istəyirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı X4 bildirmişdir ki, Asimanın oğurluqla bağlı şəxsiyyətini müəyyən etmiş və ona yaxınlaşıb özlərini və vəsiqələrini təqdim etmişlər. Şəxs və onun yanındakı xanım onların polis olduğunu bilən kimi qaçmağa cəhd göstərmişlər. Onlar Asimanı polis maşınına otuzdurmaq istəyəndə maneçilik törətmiş, dırnağı ilə əməkdaşın üzünü cırmışdır. Şəxsin əlinə qandal taxaraq çətinliklə maşına otuzdurdular. Bu proses 20-25 dəqiqə çəkmişdir. Hadisə zamanı Xətai Rayon polis idarəsinin polisləri də yaxınlaşmış, lakin yenə də bu hadisə davam etmişdir. Hadisə baş verən ərazi onların ərazisi olmadığından kameranın olub-olmaması barədə dəqiq məlumat verə bilmir. Şəxsin əlində bıçaq olsa idi, onları vuracaqdı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı X4 tərəfindən xx.xx.2026-cı il tarixdə tərtib edilmiş raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə X5 Nizami RPİ-nin 24-cü PŞ-nə etmiş olduğu müraciəti əsasında sonuncunun icarədarı olduğu Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Telefone.az” adlı mağazadan “Redmi 12” markalı mobil telefon oğurlamaqda şübhəli bilinən Şəxs və X16 ünvan 2 ünvanın yaxınlığında saxlanılmışdır. Şəxs yaxınlaşan zaman polis əməkdaşı olduqlarını bildirmələri və onlarla PŞ-nə gəlməsi izah edildikdə o, uca səslə ünvansız nalayiq ifadələr işlədərək qaçmağa cəhd göstərmiş, onun bu cəhdinin qarşısı alınan zaman o, yenidən onlara qarşı müqavimət göstərməyə cəhd etmiş, daha sonra onun yanında olan X16 PŞ-nin baş əməliyyat müvəkkili polis mayoru Aqil Cəfərova müqavimət göstərərək uca səslə nalayiq ifadələr işlədərək orada olan şəxslərin haqlı narazılığına səbəb olmuşdur. X1 və X9 hərəkətlərindən narkotik vasitələrin təsiri altında olmalarına dair şübhələr yarandığından onların barələrində qanuni tədbir görülməsi məqsədilə PŞ-nə gətirilmişdirlər. Odur ki, yuxanda adları qeyd olunan şəxslərin barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsi xahiş edilmişdir. - xx.xx.2026-cı il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, inzibati xəta törətmiş şəxs- X2 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X24 X21 X10 xx.xx.2026-cı il tarixli, 1165 nömrəli rəyindən görünür ki, X3 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu, 535.1-ci, 206-cı və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu, 535.1-ci, 206-cı və 227-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-nin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd”inin 1-ci hissəsinə əsasən satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi az miqdarda narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə- əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu, 535.1-ci, 206-cı və 227-ci maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1- ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməmiş və onunla barışıq əldə edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin əsasla işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. Bundan başqa, məhkəmə inzibati xəta törətmiş şəxsin izahatında göstərilənləri onun məsuliyyətini yüngülləşdirməyə cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır, onun irəli sürdüyü dəlillər məhkəmə iclasında toplanaraq tədqiq olunmuş sübutlarla təkzib olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlini qismən səmimi etiraf etməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmişdir. Məhkəmə iclasında Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(008)-6120/2025 saylı qərarı ilə İXM-nin 206-cı maddəsi üzrə inzibati xətaya görə inzibati tənbeh aldığı halda eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 19:15-də tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Məhkəmə iş üzrə Ambulator məcburi-X10 rəyini nəzərə alaraq, habelə istinad olunan maddi hüquq normasının tələbinə əsasən hesab edir ki, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, qərar həmin hissədə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra edilməli, o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Vəkilin iş materialları ilə tanış olmaq və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin "xx.xx.2011-ci il tarixli 31 nömrəli Qərarına dəyişiklik edilməsi barədə" xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci, 206-cı, 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 227-ci maddəsi ilə barəsində 1 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı xx.xx.2026-cı il tarixdən saat 19:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN X13 Saxlanılma Mərkəzinə və Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın, qərar həmin hissədə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra edilsin, inzibati həbs müddətinin başa çatdığı gün X17 inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X19 33 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №3(5-99)-754/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-754/2026
13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver