Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-99)-755/2026 13.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş İXM-nin 510, 535.1-ci və 206-cı maddələri ilə olan inzibati xəta haqqında materialları nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələri ilə 13 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli və İXM-nin 206-cı maddəsi ilə 13 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokollardan görünür ki, onlar bir nəfər şəxsin - Şəxs barəsində tərtib olunaraq, baxılması üçün eyni vaxtda, xx.xx.2026-cı il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Təqdim olunmuş materialları nəzərdən keçirərək və istinad olunan maddi hüquq normasının tələbini nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində eyni vaxtda baxılması üçün xx.xx.2026-cı il tarixdə məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokollara dair işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 34.2, 114, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə 13 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli və İXM-nin 206-cı maddəsi ilə 13 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollarla bağlı 3(5-99)-754/2026 nömrəli və 3(5-99)-755/2026 nömrəli işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılsın, birləşdirilmiş işdə 3(5-99)-754/2026 iş nömrəsi saxlanılsın. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №3(5-99)-755/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(5-99)-755/2026
13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver