Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-775/2026 26.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclasının katibi Əfəndiyev Azər İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami Rayon DYPŞ Yol patrul xidməti inspektoru, polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində AR DİN Bakı şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Nizami DYPŞ tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü, 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 08:07-də idarə etdiyi “MERCEDES BENZ 220” minik markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXMnin 329.3-cü, 333.1-ci maddələrinin tələblərini pozması ilə əlaqədar Bakı şəhəri Nizami Rayon DYPŞ Yol patrul xidməti inspektoru, polis baş serjantı tərəfindən saxlanılmış, araşdırma zamanı onun sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi aşkar edilmişdir. Xəta nəticəsində Şəxs barəsində AR İXM-in 329.3-cü və 333.1-ci maddələri ilə xx.xx.2026cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami Rayon DYPŞ Yol patrul xidməti inspektoru, polis baş serjantı X2 protokolun mətnini müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 08:07-də idarə etdiyi “MERCEDES BENZ 220” minik markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 329.3-cü maddəsinin tələblərini pozması ilə əlaqədar Bakı şəhəri Nizami Rayon DYPŞ Yol patrul xidməti inspektoru, polis baş serjantı tərəfindən saxlanılmış, araşdırma zamanı alkotesterin promili 0,5 olmuş, onun sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi aşkar edilmişdir. Xəta nəticəsində Şəxs barəsində AR İXM-in 329.3cü və 333.1-ci maddələri ilə xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Nizami Rayon DYPŞ Yol patrul xidməti inspektoru, polis baş serjantı X2 protokolun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir əsas olmadan polis əməkdaşı tərəfindən saxlanıldığını, polis tərəfindən saxlanılan zaman “kimsən, nəçisən” kimi suallar verildiyini, cavab olaraq isə tarix üzrə fəlsəfə doktoru olduğunu, ixtiasının isə arxeoloq olduğunu, Tovuz rayonundan gəldiyini bildirmişdir. Daha sonra polis əməkdaşı alkotester aparatını başlıq olmadan üfürməsini tələb etmişdir. Polis əməkdaşı şəxsə gənc alim olduğuna görə güzəşt edəcəklərini bildirərək, onu polis maşınına əyləşdirmiş, daha sonra onu polis şöbəsinə aparmışdır. Şəxs nəqliyyat vasitəsi hərəkətdə olan zaman hara getdiklərini soruşduqda isə polis əməkdaşı qarşıdan dönüb qayıdacaqlarını demişdir. Şöbəyə çatan zaman polis əməkdaşı Şəxs telefonunu almış, izahat yazmalı olduğunu demişdir. Şəxs polisə qarşı böyük hörməti olduğunu, onlara etiraz etməmək üçün nə deyildisə, hamısını yazdığını bildirmişdir. İzahatı yazan zaman Bakı şəhəri Nizami Rayon DYPŞ Yol patrul xidməti inspektoru, polis baş serjantı X2 içkili olduğunu yazmasını demiş, Şəxs isə ona qarşı psixoloji təzyiq göstərildiyindən etiraz edə bilmədiyini, nə yazıldığını görmədiyi yerlərə imzalar atdığını da qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, iş materiallarına da əlavə etdiyi fotoşəkildən müəyyən edilir ki, Şəxs məxsus avtomobil 09:23-də dayanacağa yerləşdirilmişdir, lakin aktdan 08:00-da yerləşdirilməsi qeyd edilmişdir. İnzibati xəta haqqında protokolda saat 08:07-də saxlanılması qeyd edilməsini nəzərə alaraq sənədlərin qanunsuz tərtib olunduğunu bildirmişdir. Şəxs izahatında həmçinin bildirmişdir ki, şöbədən çıxandan sonra dərhal həkim müayinəsinə, daha sonra daha dəqiq olması üçün tibbi ekspertizaya getmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis tərəfindən psixoloji təsirə məruz qaldığını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları, o cümlədən audio-video diskdə olan videogörüntünü nəzərdən keçirərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində AR İXM-in 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 08:07-də idarə etdiyi “MERCEDES BENZ 220” minik markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXMnin 329.3-cü, 333.1-ci maddələrinin tələblərini pozması ilə əlaqədar Bakı şəhəri Nizami Rayon DYPŞ Yol patrul xidməti inspektoru, polis baş serjantı tərəfindən saxlanılmış, araşdırma zamanı onun sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi aşkar edilmişdir. Xəta nəticəsində Şəxs barəsində AR İXM-in 329.3-cü və 333.1-ci maddələri ilə xx.xx.2026cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. - xx.xx.2026-cı il tarixli “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə aktdan” müəyyən edilir ki, Şəxs idarə etdiyi “MERCEDES BENZ 220” minik markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2026-cı il tarixdə saat 08:00-da duracağa yerləşdirilmişdir. - YPX inspektoru, polis baş serjantı X2 tərəfindən tərtib edilmiş “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldan müəyyən edilir ki, Şəxs çaxır qəbul etdiyini etiraf etmiş, təkrar müayinədən imtina etdiyini bildirmişdir. - xx.xx.2026-cı il tarixdə saat 08:06-da sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə zamanı aşkar edilmişdir ki, Şəxs 0,571%miqdarında alkoqol qəbul etmişdir. - Şəxs polisə verdiyi izahatda bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat təxminən 08:00 radələrində etibarnamə üzrə idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən ypx əməkdaşları tərəfindən saxlanıldığını, hüquq və vəzifələrinin ona izah edildiyini, daha sonra alko testr vasitəsilə müayinə edilərək sərxoşluq promilinin aşkarlandığını bildirərək çaxır içdiyini səmimi etiraf etmişdir. Bir daha spirtli içki istifadə edərək avtomobil idarə etməyəcəyinə söz vermiş, təkrar müayinə istəmədiyini və gələcəkdə bununla bağlı bir tələbi olmayacağını qeyd etmişdir. - Şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2026-cı il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”dən müəyyən edilir ki, Şəxs ayıq olmuş, alkoqol qəbul etməmişdir. - Şəxs məhkəməyə təqdim etdiyi AR SN “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” PHŞ “maddi sübutların müayinəsi” aktından müəyyən edilir ki, xx.xx.2026cı il tarixdə saat 11:35-də Şəxs müayinədən keçmiş və nəticəsi təmiz çıxmışdır. Həmçinin həmin tarixdə saat 13:00-da Şəxs 06 ml qan və 60 ml sidik nümunələri götürülmüşdür. Məhkəmə kimyəvi ekspertizanın nəticəsinə əsasən Şəxs götürülmüş sidik və qan nümunələrinin tərkibində metil, etil, propil, butil və amil spirtləri aşkar edilməmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(5-99)-489/2026 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadına əsasən, AR DİN Bakı şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş Şəxs barəsində AR İXM-in 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər AR DİN Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə geri qaytarılmışdır. - xx.xx.2026-cı il tarixli aktdan müəyyən edilir ki, Şəxs barəsində AR İXM-in 329.3-cü və 333.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola qərar qəbul edilməsi üçün Nizami RPİ DYPŞ-nə dəvət olunmuş, lakin tərtib edilmiş protokolla razı olmadığını, iş materiallarının məhkəməyə göndərilməsini xahiş etmişdir. -Audio-video diskdə inzbati xəta hadisəsinin aşkarlanması zamanı çəkilmiş videogörüntünün əks olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olubolmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. 96.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. 99.1, 99.1.1-99.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə eləcə də, dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. 100.5.6 100.5.8-ci maddələrinə əsasən inzibati xəta haqqında protokolda, olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar barədə məlumatlar göstərilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. 114.2, 114.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarına əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: nəfəsindən alkoqollu içki qoxusu gəldikdə, ayaq üstə sərbəst dayana bilmədikdə və özünü idarə edə bilmədikdə. Qeyd edilən qaydalara əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında” Təlimatın: 5.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.1ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırıldıqda nəqliyyat vasitəsinin duracağa aparılması onun sürücüsü tərəfindən təmin edilir. Həmin nəqliyyat vasitəsi sürücüsünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı, yaxud sərxoş vəziyyətdə olduğu hallarda, habelə o, avtomobilinin YPX inspektoru tərəfindən idarə olunaraq duracağa aparılmasına etiraz etdikdə avtomobil evakuator vasitəsi ilə duracağa aparılır. 8.17-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olduğunu güman etməyə kifayət qədər əsaslar olduqda ona xüsusi texniki vasitədən (alkotestr, narkotestr) istifadə etməklə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müayinə olunma təklif olunur. Şəxs bundan imtina etdikdə və ya müayinənin nəticəsi ilə razılaşmadığı halda tibbi müayinəyə aparılır. Bu halda müvafiq protokol tərtib edilir və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. 13.2-ci bəndinə əsasən yol hərəkəti iştirakçılarına müraciət edərkən YPX inspektoru sağ əlini baş geyiminə yaxınlaşdıraraq, hərbi təzim qaydasında salam verib öz vəzifəsini, xüsusi rütbəsi və soyadını deməklə özünü təqdim etməli, nəqliyyat vasitəsinin dayandırılması səbəbini bildirməlidir. Vətəndaş tərəfindən ona müraciət edildiyi halda, əməkdaş eyni tələbləri yerinə yetirərək yardım göstərməli, qoyulmuş məsələnin həlli üçün lazımi köməklik göstərməlidir. Göründüyü kimi, inzibati xəta haqqında iş üzrə icraat aparılarkən ədalətli məhkəmə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan ibarətdir. Məhkəmə araşdırması zamanı Şəxs barəsində Bakı şəhəri Nizami Rayon DYPŞ tərəfindən Azərbaycan Respublikasının İXM-nin 329.3-cü, 333.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallarda həmin şəxsin ona istinad olunan inzibati xətanı törətməsi, yəni onun avtomobili sərxoş vəziyyətdə idarə etməsi barədə alkotesterdən başqa digər hər hansı sübut təqdim edilməmişdir. Şəxs saxlanıldıqdan sonra alkotester müayinəsinin nəticəsinə əsasən onun sərxoş vəziyyətdə olmasının müəyyən edilməsi isə onun həqiqətən də, avtomobili sərxoş vəziyyətdə idarə etməsini təsdiq edən mütləq sübut kimi qəbul edilə bilməz. İnzibati protokola əlavə olunmuş xx.xx.2026-cı il tarixli, protokollaşdırma nömrəsi 01715 olan alkotesterdən çıxarış isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin və nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarının tələblərinə zidd olduğundan məhkəmə həmin sənədi sübut kimi qəbul etmir. Belə ki, İXM-nin tələblərinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Lakin hazırkı inzibati xəta haqqında protokolda belə bir məlumat, yəni, sərxoşluq vəziyyətinin müəyyən olunmasında istifadə edilən «alkotester» cihazının göstəriciləri və ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt, bunu təsdiq edən sənədin nömrəsi, tarixi və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməmişdir. Göstərilənlərin əksinə olaraq, Şəxs məhkəməyə təqim etdiyi xx.xx.2026-cı il tarixli (saat 11:35 ) “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” aktından və AR SN “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” PHŞ “maddi sübutların müayinəsi” aktından müəyyən edilir ki, xx.xx.2026-cı il tarixdə 13:00-da Şəxs müayinədən keçmiş və ondan götürlümüş qan və sidik nümunələrin tərkibində metil, etil, propil, butil və amil spirtləri aşkar olunmamışdır. Bundan başqa məhkəmə xüsusilə vurğulayır ki, məhkəmə iclasında protokol tərtib etmiş şəxs, nəqliyyat vasitəsini dönmə işıq göstəricisini yandırmadan dönmə hərəkəti etdiyi üçün saxladığını bildirsə də, məhkəməyə təqdim edilmiş videogörüntüdə bu hal öz təsdiqini tapmamışdır. Belə ki, videogörütüyə baxış keçirilməsi zamanı yol polisi əməkdaşının nəqliyyat vasitəsini dayandıraraq alkotesterlə birlikdə nəqliyyat vasitəsinin sürücüsünə yaxınlaşdığı, sürücüyə onun dayandırılma səbəbi izah edilmədən və ya məhz dönmə işıq göstəricisini yandırmadan döndüyü üçün dayandırıldığını bildirmədən, sürücü ilə inzibati xətanın mahiyyətinə aid olmayan söhbət apardıqdan sonra birbaşa olaraq, hər hansı səbəb göstərmədən özü ilə (qoltuqaltında) gətirdiyi alkotesteri uzadaraq sürücüyə üfürməsini bildirir. Halbuki, YPX haqqnda təlimata əsasən YPX inspektoru sürücüyə nəqliyyat vasitəsinin dayandırılması səbəbini bildirməli, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarının tələblərinə əsasən sürücünün nəfəsindən alkoqollu içki qoxusu gəldikdə, ayaq üstə sərbəst dayana bilmədikdə və özünü idarə edə bilmədikdə sərxoşluq vəziyyətinin müayinəsini aparmalıdır. Bundan başqa İnzibati Xətalar Məcəlləsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Hazırki halda isə hər hansı əsas olmadan YPX inspektoru tərəfindən xüsusi texniki vasitə ilə sərxoşluq müayinəsinin aparıldığı müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta haqqında prtokol tərtib etmiş şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin, “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının və “YPX haqqında” təlimatın tələbləri kobud şəkildə pozulmaqla sürücü barədə əsassız olaraq protokol tərtib edilmişdir. Bununla da, Şəxs ona istinad olunan Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilməmiş, həmin şəxsin əməlində həmin inzibati xətanın tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: AR DİN Bakı şəhəri Nizami rayon DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həll edilməsi üçün həmin hissədə inzibati material Bakı şəhəri Nizam Rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Bakı Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(5-99)-775/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-775/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver