Məhkəmə qərarları › İş №3(5-99)-786/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-786/2026

03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-786/2026 03.03.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Cəbrayıl rayonu, Xələfli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, "xxxx" MMC-də əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən "xxxx" MMC-də əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində işləyən Şəxs vəzifə təlimatının tələblərinə görə istehsalat proseslərinin, işlərin düzgün təşkilinə və dəzgahların, mexanizmlərin, qurğuların təhlükəsiz istismarına nəzarət etmək vəzifələri ona həvalə edilməsinə baxmayaraq istehsalat sexində istifadə olunan avadanlıqdan çıxan qığılcımların işçilərə xəsarət yetirməsinin qarşısını almaq üçün tədbirlər görülmədiyindən “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələblərinin 12.2.003-91 DÜST-ün 1.2” bəndinin tələbləri pozulduğuna görə xx.xx.2025-ci il tarixdə induksiya əritmə sobasında əridilən metalın ərinti qalığı sobadan sıçrayaraq həmin MMC-də fəhlə işləyən Zərərçəkmiş şəxs üzərinə tökülməsi nəticəsində sonuncu döş qəfəsinin arxa səthinin və bel nahiyəsinin çoxsaylı, İİ dərəcəli yanıq yaralarından ibarət ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən 16 fevral 2026-cı il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək, əməlindən peşman olduğunu bildirdi və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində Bakı şəhəri Nizami rayon prokurorluğunun nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 canlı şəxsin ekspertizasına dair xx.xx.2026-cı il tarixli, 76 saylı rəyin nəticə hissəsindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthinin və bel nahiyəsinin çoxsaylı, İİ dərəcəli yanıq yaraları – yüksək hərarətli əşyanın (ola bilsin əridilmiş metal qalıqlarının) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətə, yəni xx.xx.2025-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2026-cı il tarixli, 10/342 saylı rəyinin nəticə hissəsindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST-ün 1.2” bəndinin (5-ci və 8ci abzaslarının) tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-ixtisas Sorğu KitabçasTnda olan “Müəssisə direktorunun əmək funksiyasf’nın tələblərinə əsaslanaraq ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin istehsalat yerində istifadə olunan induksiya sobasının təhlükəsizlik istismarı üçün qoruyucu (mühafizəedici) vasitələrin tətbiqinin təmin edilmədiyinə görə, “istehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST”-ün 1.2 bəndinin (5-ci və 8-ci absazlarının) tələbləri cəmiyyətin direktoru tərəfindən pozulmuşdur. Vəzifə təlimatının tələblərinə görə istehsalat proseslərinin, işlərin düzgün təşkilinə və dəzgahların, mexanizmlərin, qurğuların təhlükəsiz istismarına nəzarət etmək vəzifələri həvalə edilmiş, "xxxx" MMC-nin “ƏM və TT üzrə mühəndisi” istehsalat sexində istifadə olunan avadanlıqdan çıxan qığılcımların işçilərə əxsarət yetirməsinin qarşısını almaq üçün tədbirlər görmədiyinə görə onun tərəfindən “istehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST”-ün 1.2 bəndinin tələbləri pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2026-cı il tarixli qərar, ekspertiza rəyləri və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.2ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar