Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-815/2026 17.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclasının katibi Əfəndiyev Azər İlham oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin sahə rəisi X4, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokollara baxılması üçün Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN2728505 nömrəli protokola əsasən məlum olur ki, xx.xx.2025-ci il tarixdə vətəndaş X5 “lalafo.az” saytında elana yerləşdirilən “playstation 4” oyun aparatını almaq üçün vətəndaş Şəxs tərəfindən aldadılmışdır. xx.xx.2026-cı il tarixli MN2728506 nömrəli protokola əsasən məlum olur ki, vətəndaş Abbas Eyvazov xx.xx.2025-ci il tarixdə özünə məxsus B.Nuriyev küçəsi, ev 52, mənzil 51də yerləşən evinə mətbəx mebeli düzəltməsi üçün elanda qoyulmuş telefon nömrəsi ilə əlaqə saxlamış, vətəndaş Şəxs tərəfindən 80 manat məbləğində aldadılmışdır. Məhkəmə iclas zalında Nizami RPİ-nin 24-cü PŞ-nin sahə rəisi X6 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə vətəndaş X5 “lalafo.az” saytında elana yerləşdirilən “playstation 4” oyun aparatını almaq istəyərkən vətəndaş Şəxs tərəfindən aldadılmışdır. Əlavə olaraq, vətəndaş Abbas Eyvazov da xx.xx.2025-ci il tarixdə özünə məxsus B.Nuriyev küçəsi, ev 52, mənzil 54-də yerləşən evinə mətbəx mebeli düzəltməsi üçün elanda qoyulmuş telefon nömrəsi ilə əlaqə saxlamış, vətəndaş Şəxs tərəfindən 80 manat məbləğində aldadılmışdır. Şəxs saxlanılaraq 24-cü PŞ-nə dəvət edilmişdir. Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək digər sənədlərlə birlikdə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolu tərtib etmiş şəxs bildirmişdir ki, Şəxs zərərçəkmişlərə dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ziyanın tam şəkildə ödənilməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclas zalında zərərçəkmiş şəxs X5 izahat verərək hal hazırda ona dəymiş ziyanın tam ödənildiyini, Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını qeyd etmişdir. Məhkəmə iclas zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək özünü təqsirli bildiyini, əməlindən çox peşman olduğunu bildirmiş, bu əməlin bir daha təkrarlanmayacağına söz vermişdir. Zərərçəkmiş şəxslərə ziyanı tam ödədiyi üçün iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək, aşağıdakılara və İXM-in tələblərinə əsasən hesab edir ki, Şəxs barəsində AR İXM-in 227-ci maddəsilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Zərərçəkmiş şəxs X1 Suraxanı RPİ-nin 33-cü PŞ-nə verdiyi izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə özünə məxsus Nizami rayonu, B.Nuriyev küçəsi, ev 52, mənzil 54də yerləşən evində mətbəx mebellərinin sıradan çıxması ilə əlaqədar divarda gördüyü mebel ustası elanında qeyd olunan ***-***-**-** mobil nömrə ilə əlaqə saxlamış, özünü Elməddin kimi təqdim edən mebel ustası ilə həmin ünvanda görüşərək ümumi 140 manata razılaşdıqlarını bildirmişdir. Daha sonra material almaq üçün 100 manat istəmiş və həmin vaxt zərərçəkmiş özünə məxsus “Kapital Banka” aid 4169-7388-7187-9908 nömrəli kart hesabından “Kapital Banka” aid 4169-7388-6564-5620 nömrəli kart hesabına 80 manat göndərmişdir. Daha sonra Elməddin adlı şəxs zənglərə cavab verməmişdir. Hadisə ünvan 1 ünvanında olarkən baş vermişdir. - xx.xx.2026-cı il və xx.xx.2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarlardan müəyyən edilir ki, Nizami RPi-nin 24-cü polis şöbəsinin təhqiqatçıları tərəfindən toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi Şəxsnın əməlində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan qəbul edilmiş qərarın surəti barəsində inzibati qaydada tədbir görülməsindən ötrü aidiyyəti üzrə Nizami RPİ-nin 24-cü PŞ-nə göndərilmişdir. - xx.xx.2026-cı il tarixli “Raport”dan müəyyən edilir ki, polis əməkdaşları xx.xx.2026cı il tarixdə saat 01:00 radələrində Nizami rayonu, 8-ci kilometr bazarı yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını görərək, ona yaxınlaşmış, həmin şəxslə söhbət edən zaman əsaslı şübhələr doğurduğunu görərək Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmişlər. Həmin şəxslə söhbət aparılan zaman xx.xx.2025-ci il tarixdə lalafo sosial şəbəkəsində tanımadığı şəxsi aldadaraq 50 manat pulunu ələ keçirdiyini etiraf etmişdir. - xx.xx.2026-cı il tarixli MN2728505 nömrəli inzibati xəta haqqında protokola əsasən məlum olur ki, xx.xx.2025-ci il tarixdə vətəndaş X5 “lalafo.az” saytında elana yerləşdirilən “playstation 4” oyun aparatını almaq üçün vətəndaş Şəxs tərəfindən aldadılmışdır. - xx.xx.2026-cı il tarixli MN2728506 nömrəli inzibati xəta haqqında protokola əsasən məlum olur ki, vətəndaş Abbas Eyvazov xx.xx.2025-ci il tarixdə özünə məxsus B.Nuriyev küçəsi, ev 52, mənzil 51-də yerləşən evinə mətbəx mebeli düzəltməsi üçün elanda qoyulmuş telefon nömrəsi ilə əlaqə saxlamış, vətəndaş Şəxs tərəfindən 80 manat məbləğində aldadılmışdır. - “İnzibati qaydada tutma haqqında” protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 01:00-da inzibati qaydada tutulmuşdur. - Şəxs xx.xx.2026-cı il tarixdə polisə verdiyi izahatdan müəyyən edilir ki, o, zərərçəkmiş şəxs X3 dəymiş 80 manat məbləğində ziyanı ödəmişdir. - Zərərçəkmiş şəxs X5 məhkəməyə ərizə ilə müraciət edərək, ona dəymiş ziyanın ödənildiyini, Şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. Lakin hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən dəymiş ziyan ödənildiyi və zərərçəkmiş şəxslərin heç bir şikayəti və tələbi olmadığı üçün Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə maddəsinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1981-ci təvəllüdlü, Cəlilabad rayonu, Babalı kəndində qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs inzibati qaydada tutmadan dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Bakı Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(5-99)-815/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-815/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver