Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-820/2026 26.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X4 Azərbaycan Respublikası Bakı şəhər DYPİ-nin xx.xx.2026-cı il tarixli, İXP ******* seriyalı protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli nömrəsiz inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Bakı şəhər DYPİ-nin xx.xx.2026-cı il tarixli, İXP ******* seriyalı protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli nömrəsiz inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2026-cı il tarixdə, saat 11:05 radələrində idarə etdiyi “Changan Qiyuan A05” minik markalı, **-QV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvan 1 ilə hərəkət edərkən heç bir yol hərəkəti qaydasını pozmamasına baxmayaraq, DYP əməkdaşı tərəfindən saxlanılmışdır. BDYPİ-nin əməkdaşları tərəfindən barəsində qanunsuz olaraq Azərbaycan Respublikası İXM-nin 327.2, 327.7-ci maddələrinə əsasən protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən yol ayrıcı keçmə qaydalarının pozulmasına görə 100 manat, 3 bal inzibati cərimə növündə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Yol ayrıcını düzgün keçməməsini, baş yoldan gələn avtomobilləri gözləmədən keçməsini iddia etsələr də, o, bu qayda pozuntusunu etməmişdir. Özü taksi fəaliyyəti ilə məşğul olur, bu qərara görə 7 gündür ki, işsizdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Bakı şəhər DYPİ-nin xx.xx.2026-cı il tarixli, İXP ******* seriyalı protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli nömrəsiz qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər DYPİ-nin xx.xx.2026-cı il tarixli nömrəsiz qərarına əsasən X5 xx.xx.2026-cı il tarixdə, saat 11:05-də idarə etdiyi **-QV-*** dövlət qeydiyyat nişanlı “Changan Qiyuan A05 Plug-İn Hibrid” minik markalı nəqliyyat vasitəsi ilə yolayrıcı qaydalarının pozulmasına, bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2-327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343- 1.1 və 346.2-346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə İXM-in 327.2, 327.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin qərar xx.xx.2026-cı il tarixli, İXP ******* seriyalı protokol əsasında qəbul edilmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş video materiala baxış keçirilərkən müəyyən edilmişdir ki, şikayətçi tərəfindən həmin inzibati xəta hadisəsi həqiqətən törədilmişdir. Belə ki, “Changan Qiyuan A05 Plug-İn Hibrid” minik markalı, **-QV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə yol vermədən sola dönmə əməliyyatı həyata keçirir, yolayrıcı keçmə qaydalarını pozur, bununla da İXM-nin 327.2-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 40cı hissəsinə əsasən üstünlük – nəzərdə tutulan istiqamətdə digər hərəkət iştirakçılarına nisbətən ilk növbədə hərəkət etmək hüququdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin X hissəsinə əsasən nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin İ hissəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Həmin maddənin İV hissəsinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, X5 xx.xx.2026-cı il tarixdə, saat 11:05-də ünvan 1 ünvanında yolayrıcını keçmə qaydalarını pozmuşdur. Belə ki, X5 baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə yol verməli, onları gözləməli, daha sonra yolayrıcını keçməli idi. Lakin sürücü qanunun bu tələblərinə əməl etməyərək həmin nəqliyyat vasitələrinə yol vermədən birbaşa yolayrıcına daxil olmuşdur. Bu səbəbdən X5 barəsində tərtib olunmuş protokol əsasında qəbul edilmiş qərar tam əsaslıdır və ləğv edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, şikayətçinin həmin inzibati xətanı törətməsi qərar, protokol, video material və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə müəyyən edilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Bakı şəhər DYPİ-nin xx.xx.2026-cı il tarixli, İXP ******* seriyalı protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli nömrəsiz qərarından verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(5-99)-820/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-820/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver